Gənclər daim diqqət mərkəzindədir
10.02.2022 [11:34]
Uğurlu dövlət siyasəti gənc nəslin hərtərəfli inkişafını təmin edir
Pərviz SADAYOĞLU
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti gənclərin hərtərəfli inkişafının təmin olunmasında əsaslı rol oynamaqdadır. Aparılan siyasətin nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycanda yürüdülən gənclər siyasətinin əsasında həm də gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi dayanır. Bu mənada da milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə yetişməsi üçün gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Qlobal inkişaf dövrü sayılan XXI əsrdə xalqımızın milli dəyərlərinin qoru?ması, onların tanıdılması yönündə mühüm işlər aparılır.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva bildirib ki, dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli şəkildə reallaşdırılmasını təmin edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi isə gənclərin dövlətin və cəmiyyətin həyatında iştirakının təmin edilməsidir. Millət vəkili bildirib ki, bu gün ölkəmizdə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı istiqamətində davamlı addımlar atılır: “Yaradılan bu münbit şərait gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasını təmin edir. Yeri gəlmişkən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin mühüm amillərindən birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Vətənin azadlığı uğrunda mübarizəyə qalxan on minlərlə gənclərimiz bütün dünyaya Azərbaycan nümunəsini təqdim etdi. Azərbaycan gənci öz Vətəni uğrunda mübaorizəyə hazır olduğunu hər kəsə nümayiş etdirdi”.
Millət vəkili bildirib ki, həyata keçirilən dövlət gənclər siyasəti həm də gələcək nəslin intellektual səviyyəsinin artması, onların müasir çağırışlara cavab verən təhsillə təmin edilməsində yeni mərhələ yaratmaqdadır. Bunun nəticəsidir ki, hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Ötən dövr ərzində gənclərin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb. Qəbul edilmiş qanunlar, o cümlədən, Dövlət proqramları gənclərin intellektual inkişafının müasir tələblər səviyyəsində formalaşdırılmasına şərait yaradır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. Bu proqramların uğurlu icrası gənclərimizin inkişafı və rifahı yönündə müsbət nəticələrlə müşayiət olunub. Hazırda isə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunur. Bu, strategiya mövcud nailiyyətlərin möhkəmləndirilməsini və davamlı inkişafını təmin edir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”, - deyən millət vəkili onu da əlavə edib ki, istedadlı və yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların məşğulluğunun təmin edilməsi dövlətin daim nəzarətindədir. Prezident İlham Əliyev həm də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bundan başqa, gənc nəslin peşə hazırlığı və bazar iqtisadiyyatının tələblərinə dair biliklərə yiyələnməsi, gənc ailələrə dövlət yardımının gücləndirilməsi də dövlətin prioritetlərindəndir. Eyni zamanda ölkədə gedən dövlət quruculuğu prosesinə gənclərin cəlb olunması, onların ictimai - siyasi həyatda fəal iştirakının təmini dövlətin gələcək inkişafı üçün mühüm amillərdəndir.
S.Vəliyeva onu da qeyd edib ki, bu gün yalnız paytaxtda deyil, eləcə də regionlarda fəal gənclərin ictimai fəaliyyətə, könüllülük fəaliyyətinə cəlb olunması onların gələcək inkişafına mühüm təsirlər yaradır. Bu, həm də gənc nəslin zərərli vərdişlərdən uzaq olmasında, dövlətə, Vətənə bağlı şəkildə tərbiyələnməsində mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

