Ermənilərin saxta iddiaları...
11.02.2022 [23:12]
Azərbaycanın tolerant ölkə kimi imicinə zərbə vura bilməz
Nardar BAYRAMLI
Hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir. Ciddi narahatlıq doğuran məsələlərdən biri də qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin çoxalmasıdır. Dünyanın dörd bir tərəfində, o cümlədən Yaxın Şərqdə, Avropada, ABŞ-da, MDB məkanında milli-dini-irqi zəmində qarşıdurmalar baş verir. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı daha da dərinləşdirir.
Dünyadakı narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir. Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətimizin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib.
Təəssüf ki, Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə İslam dininə aid abidələr məhv edilib, xristian-alban məbədləri isə erməniləşdirilməyə cəhd göstərilib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Həmin ərazilərdə bərpa-quruculuq işləri başlayıb. O cümlədən tarixi-dini abidələrin də bərpası diqqət mərkəzindədir. Eyni zamanda, dövlət tərəfindən ermənilərin özününküləşdirməyə çalışdığı qədim alban məbədləri ilə bağlı əsl həqiqətlərin dünyaya təqdim olunması üçün işlər görülür. Bu isə erməni tərəfini ciddi narahat edir. Ermənistan hakimiyyəti yalandan hay-küy salaraq guya Azərbaycanın “erməni xalqının Qarabağdakı izini silməyə çalışdığını” iddia edir. Belə ki, bu tipli fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər erməni rəsmiləri səsləndiriblər.
Mövzu ilə bağlı millət vəkili Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, ermənilərin belə iddiaları tamamilə əsassızdır. Onun sözlərinə görə, qarşı tərəfin “narahatlığı” başa düşüləndir: “Çünki Azərbaycan dövlətinin gördüyü işlər əsl həqiqəti üzə çıxaracaq. Ermənilər hansı vəhşiliklə bizim tarixi-mədəni irsimizi işğal altında saxladığı ərazilərdən silməyə çalışdığı üzə çıxacaq. Həm də işğalçılar qədim alban məbədlərini də öz adlarına çıxarmaq üçün tarixi abidələrin görünüşünü dəyişməyə çalışıblar. Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində isə bütün tarixi-mədəni, dini abidələrimiz məhv edilib. Erməni tərəfi 30 il ərzində işğal etdiyi ərazilərimizdə UNESCO-nun missiyasının monitorinq aparmasına imkan verməyiblər. İndi isə saxta iddialarla çıxış edirlər. Bilirsiniz ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq. Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.
Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib. UNESCO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb”.
Millət vəkilinin fikrincə, missiya gerçəkləşərsə Ermənistanın tolerantlıqdan uzaq, İslam dəyərlərinə düşməncəsinə yanaşan ölkə olduğu bir daha təsdiqlənəcək: “Dünya ictimaiyyəti ermənilərin dini abidələrimizə qarşı vəhşiliyinin şahidi olacaq. Azərbaycan isə hər zaman dünyada tolerant ölkə kimi tanınır. Ölkəmiz bu baxımdan digərləri üçün nümunədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

