Qarabağın sayrışan işıqları ...
01.04.2022 [10:22]
Mübariz ABDULLAYEV
Zaman ötdükcə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad olunmuş ərazilərin siması dəyişir. Mənfur düşmən burada hər şeyi dağıtmışdı. Azad edilmiş şəhər və kəndlərin mənzərəsi adamı heyrətə gətirir-sanki bu yerlərdən sivilizasiyadan uzaq düşmüş vəhşi qəbilələr gəlib keçiblər. İndi isə Qarabağın kədərli, qəm-qüssəli dövru arxada qalıb və burada quruculuq, bərpa mərhələsi başlayıb. Azərbaycan dövləti və xalqı böyük əzmlə Qarabağı dirçəldir, şəhər və kəndləri yenidən qurur. Bu gün işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur qurulur, dağıdılmış tarixi mədəni-dini abidələr bərpa olunur, yeni konseptlər əsasında kəndlərin, şəhərlərin inşası həyata keçirilir. Görülən işlər, reallaşdırılan layihələr bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır.
Qarabağ işıqlı günə çıxıb
Vətən müharibəsində işğaldan azad edilmiş 10 min kvadratkilometrdən artıq ərazidə aparılan böyükmiqyaslı bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini isə bölgədə dayanıqlı enerji təchizatı sisteminin qurulması təşkil edir. Ötən bir il yarımda bəhs olunan ərazilərdə “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri tərəfindən reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Deyə bilərik ki, mənfur düşmənin üç onillik ərzidə havadarlarının köməyi ilə öz nəzarətində saxladığı ərazilərimiz işıqlı günə çıxıb. Qarabağımızda işıqların getdikcə daha gur sayrışması qəlbimizi iftixar hissi ilə doldurur, bizim mənəvi gücümüzü daha da artırır.
Ötən il Prezident İlham Əliyev tərəfindən qarşıya işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsi kimi mühüm hədəf qoyulmuşdu. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən bir neçə elektrik stansiyası istismara verilib. Hazırda mənfur düşmən tərəfindən dağıdılan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.
İşğaldan azad edilmiş ərazilərdə 110 kV-luq elektrik şəbəkənin qurulması istiqamətdə intensiv işlər aparılır. Bu proqram 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq yarımstansiyalar artıq istismara verilib. Eləcə də bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına müasir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın energetika tarixinin əlamətdar hadisələrindəndir.
Daha bir neçə yarımstansiyanın tikintisi də davam etdirilir. 2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.
İşğaldan azad edilmiş ərazilərdə paylayıcı şəbəkənin qurulması istiqamətində də işlər uğurla davam etdirilir. İndiyədək bəhs olunan ərazilərdə təxminən 300 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, çoxlu sayda yeni transformatorlar quraşdırılıb.
Ölkənin elektroenergetika tarixində bir ilk
Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.
Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən “Azərenerji” ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

