Heç vaxt susmayan Vətən mahnısı
05.04.2022 [10:53]
Müşfiqə BAYRAMLI
Müasir müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını məhz azərbaycançılıq təşkil edir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Üçrəngli bayrağınla məsud yaşa...
Azərbaycançılığın əsas atributu, milli birliyimizin müqəddəs rəmzi dövlət himnimizdir. Musiqisini dahi Üzeyir Hacıbəyovun bəstələdiyi, sözlərini isə böyük şairimiz Əhməd Cavadın yazdığı milli himnimiz milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir. Bu da milli himnə olan sevgi və sayğımızı, vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir.
Qürur hissi ilə deyə bilərik ki, bu gün Qarabağdan himnimizin səsi gəlir. Dosta güvən, düşmənə qorxu verən himnimizin səsi üçrəngli bayrağımızla birgə dalğalanır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdi: “Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”.
Şair, sorma nədən Vətən yaxşıdır?
Sevindirici haldır ki, bu gün vətənpərvərlik ruhunda yazılan çoxlu sayda mahnılar var. Bu mahnılar insanlarda vətənpərvərlik hisslərini gücləndirir. Belə mahnıları dinləyən gənclərin qəlbində vətən sevgisi kök salır. Belə mahnıların bəstəkarı, ifaçısı isə hər zaman xatırlanır, sevilir. Haqqında söhbət açacağımız mahnının çox ifaçısı olub, amma onu elə bir səs ifa edib ki, bu mahnıya əbədi möhürünü vurub. Qarabağ müharibəsinin səsinə çevrilib. Söhbət əlbəttə ki, Azərbaycan Silahlı qüvvələrin giziri Xudayar Yusifzadədən gedir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmazdan 3 gün öncə ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə döyüş yoldaşlarına qələbə ruhu aşıladı. Həmişəlik ürəklərə qonaq oldu. Şəhidimizin duyğulu səsi o qədər qəlblərə işıq saçdı ki, böyük şair Əliğa Vahid və Xalq artisti Əlibaba Məmmədovun “Vətən yaxşıdır” əsəri indi artıq “Xudayar təsnifi” adlanır.
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən yazılıb. 1918-ci ildə Üzeyir bəy bu şeirə musiqi bəstələyib. Mahnı Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusuna həsr edilib. 1926-cı ildə Qarsa gələn Mustafa Kamal Atatürk bu mahnını eşidibmiş. Sözlərdən təsirlənərək ifaçılara təşəkkür edib.
AXC-nin süqutundan sonra sovet hakimiyyəti 70 ildən çox mahnının Azərbaycanda səsləndirilməsinə qadağa qoyur. Bundan istifadə edən ermənilər mahnını özününküləşdirməyə cəhd edir. 1993-cü ildə isə Əhməd Cavadın 100 illik yubileyində mahnı yenidən səsləndirilir. Ən nəhayət, Əhməd bəyin gözlədiyi gün gəlib çatır. Azadlıq, mübarizə əzmi ilə zəngin olan şah əsərin sorağı bütün türk elinə yayılır və türk dünyasının himninə çevrilir.
Bu əsər həm Azərbaycanda, həm də qardaş Türkiyədə Xalq artisti Azərinin ifası ilə gənc nəsillərin ürəyində yer tapır. Dönə-dönə təkrarlanan Azərbaycan nidası olur:
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Ayağa qalxan xalq,
yeri məhvərindən titrətdi
Vətənpərvərlik mövzusunda yazılmış mahnılardan bəhs edərkən “Ulu torpaq”ı xatırlamamaq günah olardı. Sözləri Nahid Hacızadə, musiqisi isə Eldar Mansurova aid olan bu əsərə Xalq artisti Mübariz Tağıyev öz möhrünü vurub. İgidlərimizin milli mənlik şüurunu formalaşdırır, insanlarda, əsasən də gənc nəsildə vətənpərvərlik hissini gücləndirir. Bu mahnı torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan oğullarımıza ən gözəl ərmağandır:
Qalx qalx, ulu torpaq!
Qalx qalx, ulu bayraq!
Qalx qalx, sən, ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Mahnıda deyildiyi kimi, artıq nə günəşimiz, nə də Qarabağımız saralıb. O, günü-gündən dirçəlir və çiçəklənir. Yanan ocaqlarının tüstüsü düşmən gözü çıxarır. Bir sözlə, ayağa qalxan xalq yeri məhvərindən titrətməyi bacardı. Zəfər çaldı.
Qarabağa aparan “Əsgər marşı”
Müstəqillik qazandıqdan sonra torpaqları uğrunda savaşa qalxan Azərbaycan xalqının haraylayacaq marşlara ehtiyacı yaranmışdı. Bu zaman hərb musiqisinin yaddaqalan nümunələrindən biri ərsəyə gəldi. Həmin nümunə ilə də bu janrın müasir tarixi başladı. 1992-ci ilin mart ayında Cavanşir Quliyev bəstəsi “Əsgər marşı” Dövlət Televiziyasının “Xəbərlər” proqramında səsləndi:
Marş, irəli ! Marş irəli,
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!
Hərbi ritmlər üzərində yazılmış mahnı ürəyi qana döndürən avazlar ilə birlikdə döyüşçünü mənəvi hazırlayır. Onu dinləyənlərin igidlik, mərdlik, vətənpərvərlik hisslərini cuşa gətirir.
Mahnının taleyinə birinci Qarabağ nüharibəsinin ən parlaq işlərindən olan “Fəryad” filminin soundtreki olmaq yazılır. Əsər filmin əsas musiqi leytmotivinə çevrilir.
Cavanşir Quliyev deyir ki, marşı mən yazsam da, onun müəllifi xalqdır, cəmiyyətin ab-havasıdır. Sadəcə mənim əllərimdən süzüldü çıxdı:
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima için-için.
Azərbaycan əsgəri dönmədi, Vətən daşını özünə yastıq, qarını yorğan bildi. Yalnız irəli deyib, Qarabağa yollandı. İkinci və sonuncu Qarabağ savaşında Azərbaycan əsgəri bir daha sübut etdi ki, zəfər ona çox yaraşır. Qəhrəman əsgərlərimiz şanlı bayrağımızı həsrət qaldığımız torpaqlara sancır. Budur musiqinin gücü, əsgərimizin qüvvəti və azərbaycançılığımızın mahiyyəti.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52

