Cəhalətə və xürafata yox!
13.04.2022 [09:45]
Azərbaycanda dinin fundamental elmi əsaslarının öyrənilməsi istiqamətində mühüm addımlar atılmaqdadır
Pərviz SADAYOĞLU
Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenefobiyanın artdığı bir dövrdə Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə - multikulturalizm və tolerantlıqla səciyyələnir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlərdir ki, fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır. Dünyada nadir tolerantlıq nümunəsi sayılan Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Bu amil istər qanunvericiliyimizdə, istərsə də gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
2021-ci ilin statistik yekunlarına görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) var ki, onların 115-də ayinlər Ramazan ayında və dəfn mərasimlərində icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Fəaliyyət göstərən məscidlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən 1650 nəfərdən çox rəsmi din xadimi təyin edilib.
Ölkəmizdə dinin fundamental elmi əsaslarının öyrənilməsi istiqamətində də mühüm addımlar atılmaqdadır. Dini maarifləndirmə istiqamətində aparılan fəaliyyət həm də cəhalətin, xürafatın aradan qalxmasına şərait yaradır. Bu gün vətəndaşlarımızın dini ritualların həyata keçirilməsinə elmi baxış sərgiləməsi, eləcə də İslamı həm də bir elm olaraq mənimsəməsi dövlətimizin bu istiqamətdə nail olduğu mühüm nəticələrdən sayılmalıdır.
Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı olub. Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. Burada ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.
Ölkəmizdə həm də bütün mədəniyyətlərə və dinlərə məxsus maddi və mənəvi dəyərlər qorunub saxlanılır. Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.
Təəssüfləndirici haldır ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızda yerləşən dini - tarixi abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Ötən 30 il ərzində bütün mədəni, dini, irsi, o cümlədən tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıb və təqhir edilib. Erməni vandalizminin qurbanına çevrilmiş bu abidələrə qarşı əsl soyqırımı həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Torpaqlarımızın düşmən işğalının ardından aparılan uğurlu bərpa-quruculuq işləri mədəni-dini, tarixi abidələrimizi də əhatə etməkdədir. Ermənistan tərəfindən bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində yerlə-yeksan edilmiş məscidlərimiz, qəbiristanlıqlarımız bərpa olunur. Ən əsası isə, bu bərpa prosesində də fərq qoyulmadan bütün dinlərə məxsus abidələr yenidən qurulur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı bu tarixi və dini abidələrimizin bərpası ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti öz gücünü, qüdrətini, qətiyyətini bütün dünyaya, o cümlədən Ermənistana nümayiş etdirir. Ən əsası isə, dövlətimiz fərq qoymadan bütün dinlərə məxsus tarixi abidələri yenidən qurur, yaşadır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

