Bu gün tezdir, sabah isə çox gec ola bilər...
19.04.2022 [10:08]
“Ötüb keçən zaman deyil, ömürdür!..”
Nicat PAŞA
Bu gün gənclərin ən çox şikayətləndiyi məsələlərdən biri də onların bu və ya digər bir işə lazımınca vaxt ayıra bilməmələridir. Belə olan halda bir çox problemlər üzə çıxır. Belə ki, orta məktəb dövründə valideyninin hər səhər əzizləyə-əzizləyə yuxudan oyatmağına arxayın düşən şagird gənc yaşa çatanda da bir çox hallarda bu “nəvaziş”ə ehtiyac duyur. Belə olduğu halda yüksək perspektivli, bacarıqlı tələbə və ya işçi hər nə qədər çalışsa da, uğursuzluq onun həyatında ana xəttə çevrilir. Təyin olunan zamanda lazım olan yerə xeyli gecikən, tələsə-tələsə qapıdan güclə içəri girən bir şəxs elə yerindəcə yarıtmaz biri kimi qəbul edilir. Çünki heç bir rəhbər öz yuxusuna güc gələ bilməyən işçidən hansısa böyük uğur gözləyə bilməz. Dünyada uğur qazanmış məşhur şəxslərin bioqrafiyasına nəzər yetirsək, onların cəmi 5-6 saat, bəzi hallarda isə daha az yuxu yatdığını da görmüş olarıq. Təbii ki, düzgün vaxt planlamasında yuxu rejiminin çox böyük önəmi var. Amma mövzumuz yuxu deyil. Keçək əsas məsələyə.
Vaxtı düzgün idarə etmək üçün bəzi xırda məsələlər üzərində düşünmək lazım gəlir. Müşahidələrə əsasən, cəmi bir neçə praktik üsulu tətbiq etməklə gün ərzində bütün vacib işlərimizi səliqəli şəkildə həll etməyə vaxtımız çatır.
Qeydlər aparmaq köməyinizə çatacaq
Texnologiyanın işıq sürətilə inkişaf etdiyi dövrdə qalaq-qalaq kağızlar yığmağa, evdə, iş yerində divardan iri ölçüdə yazılmış plakatlar, cədvəllər asmağa ehtiyac yoxdur. Ağıllı cihazların köməyi ilə bütün qrafikinizi tərtib edə, hətta səsli bildirişlər də ala bilərsiniz. Çünki insan beyni avtomatlaşdırılmış robot deyil, hər an xüsusi əhəmiyyət kəsb edən bir şeyi anidən unuda bilər. Lakin gün ərzində hansı işlər görəcəyini ardıcıl şəkildə həyata keçirmək üçün apardığı qeydlərə baxmaq kifayət edir.
İdarəçilik qabiliyyəti
Hər kəs özünə müdirlik (rəhbərlik) etməlidir. Hər nə qədər rəhbərliyi nizamlı, ciddi şəkildə edərsə, bir o qədər də uğurlarının sayı artmış olar. Bunun üçün isə gəncləri lap uşaq yaşlarından düzgün tərbiyə etmək vacibdir. Həddindən artıq nəvaziş valideynin övladının gələcəyi üçün verəcəyi pis bir “hədiyyə”yə çevrilə bilər.
Özünüzə istirahət verin
Həm fiziki, həm də mənəvi baxımdan bütün gücümüzü səfərbər edib həftə ərzində bu və ya digər planlarımızın icrasını həyata keçirməklə məşğuluq. Heç də hamısı uğurlu olmur. Ona görə də həmin anlarda keçirdiyimiz stress hissi də beynimizin yorulmasına səbəb olur. Hər nə qədər gərgin qrafikimiz olursa-olsun, mütləq şəkildə həftənin bir gününü də olsa, istirahətimiz üçün ayırmalıyıq. Bunsuz olmaz.
İndi qədrini bilməsək, sonra çox gec olacaq
İnsan üçün ən dəyərli məfhumlardan biri də zamandır. Demək olar, hər birimiz uşaqlıqdan bu sözü eşidirik, amma nə fayda? Elə bəlkə də çox eşitdiyimizə görədir ki, bəzi hallarda qızıldan qiymətli olan vaxtımıza lazımi qədər diqqət yetirmirik. Çünki nə qədər ki, yaşayırıq, hər yeni saatda bir ümid doğulur içimizdə. Maraqlı bir aforizm yadıma düşdü. Belə deyilirdi: “Axşam yatmağa uzananda səhər oyanıb-oyanmayacağımızı bilmirik, amma buna baxmayaraq, yenə də zəngli saatımızı quraşdırırıq. Bunun adı ümiddir.”
Nə qədər bədiilik qatıb rəngləndirməyə çalışsaq da, həyatımızdan gedən hər bir saniyə bir də geri dönməyəcək. Və ya başqa sözlə desək, vaxt bizim ziyanımıza işləyir. Biz isə bütün ömrümüz boyu onunla mübarizədəyik.
Elə ona görə də vaxtımızın dəyərini bilməli, ondan düzgün qaydada istifadə etməliyik.
P.S. Təbii ki, yazıda diqqət yetirilməli olan önəmli məqamların yalnız bir neçəsi qeyd olunub. Buna baxmayaraq, bəzən həyat tərzimizin müsbətə doğru dəyişməsinə elə xırda nüanslar da vəsilə olur. Bu səbəbdən də haradansa başlamalıyıq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

