Müasir dövrün tələbi - Elektron xidmət və “elektron hökumət”
20.04.2022 [10:31]
Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti yeni mərhələdə
Günel ABBAS
İnternetlə olan bağlarımızı nəzərə alsaq, komp?ter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Qloballaşan dünyamızda cəmiyyəti İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) olmadan təsəvvür etmək qeyri-mümkündür. Hətta İKT bu gün elə bir vasitəyə çevrilib ki, artıq dövlət quruculuğu prosesinin də əsaslarını təşkil edir. Ölkəmizdə müstəqillik dövründən bu günə qədər dövlət quruculuğu məsələlərinə xüsusi diqqət ayrılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu prosesi hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün standartlarına uyğun inkişaf etdirilir. Bunun nəticəsidir ki, XXI əsrin əvvəllərindən başlayaraq ölkəmizdə İKT-nin sürətli inkişafı istiqamətində əsaslı addımlar atılıb.
Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli məlumatlandırma mübadiləsinin təmin olunması, eyni məlumatların müxtəlif mənbələrdə formalaşmasını aradan qaldırmaq üçün artıq vahid informasiya portalları yaradılıb və istifadəyə verilib. Beynəlxalq təcrübəyə əsaslanaraq təməli qoyulmuş “Elektron hökumət” insanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir. Dövlət başçısının da vurğuladığı kimi, “Elektron xidmət”, “Elektron hökumət” layihələri rüşvətxorluğa qarşı atılan çox önəmli addımlardır.
Elektron xidmət vətəndaşlara nəyi təqdim edir?
Demokratiyanı daha da inkişaf etdirən amillərdən biri olan “Elektron Hökumət”in ölkəmizdə formalaşdırılması müasir tendensiyanın daha bir nümunəsidir. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Bu xidmət vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün pəncərə rolunu oynayır. Elektron hökumət həm də informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir. Elektron hökumət portalında mütəmadi olaraq yeniliklər barədə məlumatlar verilir və əhaliyə göstərilən xidmətlərin sayı getdikcə artırılır. Hazırda E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E-Məktəb,
E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə, E-poçt, E-məktub, E-Xidmət, E-Ticarət ifadələri gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara çevrilib. Sevindiricidir ki, “elektron hökumət” barədə məlumatlandırıcı tədbirlər, seminarlar regionlarda da təşkil olunur. Bu yolla rayonlarda yerləşən əhalinin hökumət işlərində birbaşa iştirakı təmin edilir.
“Elektron hökumət”in üstünlükləri nədir?
“Elektron hökumət”in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. Xidmətin əsas məqsədlərindən biri vətəndaşın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən respublika ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. “Elektron xidm?t”, “Elektron hökumət” sahəsindən nazirliklər və qurumlar müxtəlif formalarda istifadə edirlər. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini genişləndirmək, qulluqçular və vətəndaşlar arasında olan “məsafə”ni azaltmağa hədəflənir. Hətta “elektron hökumət”in ən uğurla tətbiq olunduğu sahələrdən biri də xüsusilə pandemiya dövründəki üstünlükləri ilə təhsil sahəsi oldu. Birinci sinfə qəbul olan şagirdlərin istəklərinə uyğun formada elektron sənəd qəbulu təşkil edildi. Olduqca uğurla nəticələnən bu addım insanları həm vaxt, həm də pandemiya qaydalarına riayətə təşviq etdi.
Dövlət və vətəndaş münasibətlərində yeni cığır...
Bu mənada “elektron hökumət” sisteminin tətbiqi dövlətin əhali ilə münasibətlərində yeni cığır açmaq üçün atdığı addımdır. “Elektron hökumət” bütün dünya üçün yeni bir anlayışdır və hər gün daha da təkmilləşməyə davam edir. Buna baxmayaraq ölkəmizdə sistemin son zamanlarda tətbiq olunmasına baxmayaraq, sürətli inkişaf yolu keçməkdədir. Qeyd edək ki, hazırda Azərbaycan “elektron hökumət” sistemindən istifadə indeksinə görə dünyanın ilk 50 dövləti arasında yer alır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

