Ali məqsəd insan hüquqlarının müdafiəsidir
21.05.2022 [11:04]
Azərbaycan insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq konvensiyaları dəstəkləyir
PƏRVİZ
Məlum olduğu kimi Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub. Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət edib. Müraciətdə bildirilib ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər - dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanıb və təsdiq edilərək icra olunub. “Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”Azərbaycan xalqının ?mummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir” - deyə müraicətdə vurğulanır. Ombudsman əlamətdar gün ərəfəsində ölkədə “İnsan Hüquqları Aylığı” (18 may - 18 iyun 2022-ci il) elan edib. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müracət edilib, təşəbbüsə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlərin təşkil edilməsinə çağırış olunub. Qeyd edilib ki, builki Aylığın elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.
Müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır. İctimai həyatın demokratik inkişafında, cəmiyyətin harmonik və sabit yüksəlişində əsas ana xətt hesab edilən fundamental hüquq və azadlıqların qorunması müstəqil dövlət quruculuğu yolunun mayakıdır. Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin aparıcı komponenti sayılan hüquqi dövlət anlayışı kompleks şəkildə hüquq və azadlıqların təminini özündə ehtiva etməklə yanaşı, sabit inkişafın da təməli rolunda çıxış edir. Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin ed?lməkdədir. Qeyd edildiyi kimi, hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqların?? təmini və qorunması, fundamental azadlıqların təmini Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb: “Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən qanunvericil?klər toplusu - ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasın? təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Eləcə də, bu gün Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bir sözlə, ölkəmizdə əsas fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri ilə qorunur, inkişaf etdirilir”.
Millət vəkili bildirib ki, ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. Dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir. “Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq. Çünki dünyada insan hüquqlarının pozulması faktları kifayət qədər artmaqdadır. Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərqqoyma kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda keçirilən İnsan hüquqları aylığı bu mənada olduqca mühüm əhəmiyyət daşıyır”, - deyə T.Kərimli əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması ” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

