İşğaldan azad edilmiş ərazilərdə necə biznes qurmaq olar?
05.07.2022 [10:22]
MÜŞFİQƏ
Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq. Bu müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır. Bu məqsədlə də, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yerli və xarici sahibkarlıq subyektləri biznesin qurulmasına böyük maraq göstərir. Bilirik ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərdə çalışanların ilkin zəruri ehtiyaclarının (yeməkxana, ərzaq və xırdavat malları, aptek, tibb məntəqələri, çörək istehsalı, bankomat və s.) ödənilməsi məqsədilə Füzuli-Cəbrayıl-Xocavənd, Kəlbəcər-Laçın, Tərtər-Ağdam, Qubadlı-Zəngilan marşrutları üzrə sahibkarların səfərləri həyata keçirilir.
Qarabağda biznes qurmaq istəyənlərlə KOBİA əl-ələ
KOBİA Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılıb. Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək agentliyin başlıca fəaliyyət istiqamətləridir. Eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim ediblər. Bu günlərdə sahibkarların müraciətlərinin sayı açıqlanıb. Bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlardan bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Ki?ik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olub. Müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlarımızın rolu
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən qadın sahibkarlar da var. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin əksəriyyəti ticarət və xidmət, sənaye, kənd təsərrüfatı, turizm, tikinti işləri, təhsil, səhiyyə sahələri və s. üzrə olub. KOBİA qadın sahibkarlara da dəstək və xidmətlər göstərir. İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. 2021-ci ildə Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlimlərdən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar yararlanıb, o cümlədən KOBİA, Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə həyata keçirdiyi “Məktəbim” layihəsi çərçivəsində 65 qadın biznes təlimlərinə cəlb olunub, 3 qadın sahibkara qrant, 4 qadın sahibkara isə “Startap” şəhadətnaməsi verilib. KOBİA Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına qadın sahibkarların da öz töhfəsini verməsi üçün onlara dəstək göstərməyə hazırdır.
Sahibkarlara güzəştli kreditlər veriləcək
Sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olmaqda davam edir. Fond həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərir. Eləcə də işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər aparılır.
Bir sözlə, bütün bu sadalananlar Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

