Gender bərabərliyi
12.08.2022 [10:21]
Azərbaycanda necə tənzimlənir?
Yeganə BAYRAMOVA
Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyi” şəklində daxil olub. Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bu bərabərliyi tənzimləmək üçün inkişaf etmiş ölkələrin bir çoxunda müxtəlif qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Qeyd edək ki, ölkəmizdə gender bərabərliyinin hüquqi təməli Cümhuriyyət dövründə qoyulub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb.
Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir. Lakin gender məsələləri ilə bağlı müəyyən problemlər də mövcuddur ki, bunun aradan qaldırılması üçün dövlətlə yanaşı, cəmiyyət də öz töhfəsini verməlidir. Ən əsas da qadınlara qarşı zorakılıq hallarına və ailələrdə qız uşaqlarına qarşı fərqli münasibətə son qoyulması üçün güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı müəyyən mexanizmlər tətbiq edilir: “Lakin bəzi boşluqlar hələ də qalmaqdadır. Biz əvvəlcə müəyyən etməliyik ki, gender bərabərliyi bizim üçün nədir və bunu nədə görürük? Çünki gender bərabərliyi geniş sahəni əhatə edir. İlk növbədə, ailədə gender bərabərliyinin təmin olunması çox vacibdir. Ailə dövlətin kiçik bir modelidir. Gender bərabərliyinin pozulması ailə münasibətlərində ciddi problemlərə yol açır. Ailədə bölgünü düzgün aparmaq lazımdır ki, normal münasibətlər formalaşsın və tərəflərin biri özünü digərindən üstün hesab etməsin. Bu gün Azərbaycanda ailələrin əksəriyyətində bərabərlik təmin olunmur. İstər kişi, istərsə də qadın bu bərabərliyi pozur. Kim çox pul gətirirsə fikirləşir ki, ailənin böyüyü odur. Bu münasibətlərin tənzimlənməsi üçün insanları maarifləndirməyə ehtiyac var. Əvvəlcə özümüzə gender bərabərliyinin izahını verməliyik. İnsanlar bərabərlik anlayışından qorxmamalıdır. Bunu yalnız maarifləndirmə işləri apararaq izah etmək mümkündür”.
S.Altay əlavə edib ki, bu istiqamətdə elmi təhlillər aparılmalıdır: “Gender əsaslı zorakılığın qarşısını almaq üçün də yenə maarifləndirmə işinə ehtiyacımız var. Dövlət tərəfindən lazımi addımlar atılsa da, inzibati tədbirlər kifayət etmir. İnsanlar bu məsələyə diqqət ayırmalıdır. Cəmiyyətin şüurunda dəyişiklik olmalıdır. Gender bərabərliyinin nə olduğunu dərk etmirik. Bizdə bu məsələ tərəflərdən birinin digərinin yerini alması kimi qəbul edilir. Lakin gender bərabərliyi kişinin qadının yerini alması və ya qadının kişinin yerinə keçməsi demək deyil. İnsanlar arasında diskriminasiya yolverilməzdir.
Hesab edirəm ki, bizim bu istiqamətdə düzgün yol xəritəsinə ehtiyacımız var. Ailədaxili münaqişələr bir çox hallarda gender zorakılığından yaranır. Bunun üçün isə Məişət Zorakılığı haqqında Qanuna diqqətlə baxılmalıdır. Onun işləmə mexanizmi olmalıdır. Boşanmaların sayı günü-gündən artır. Bu istiqamətdə elmi təhlillər aparılmalıdır. Qadınların, yoxsa kişilərin boşanması haqda statistik göstəricilərə nəzər salmalıyıq.
Cəmiyyətdə oğlan uşaqları qızlara nisbətən daha çox sevilir. Lakin uşaqlar arasında bölgü olmamalıdır. Oğlanların üstün görülməsi yolverilməzdir və belə hallar qınanılmalıdır. Bu, cəmiyyətimizin təməl problemlərindən biridir. Burada dövlətin hansısa qanun qəbul etməsini gözləyə bilmərik. Çünki belə problemlərin kökü maarifləndirmə işlərinə gəlib çıxır. Ailə münasibətlərində gender bərabərliyi uşaqların tərbiyəsində də mühüm rol oynayır. Uşaqlara diqqət ayırmaq, onların təlim və tərbiyəsində ortaq iştirak etmək üçün bu vacibdir”.
Ekspertin sözlərinə görə, gender zorakılığı cəmiyyətin mental dəyərlərindən irəli gəlir: “Hər cəmiyyətin və ailənin özünəməxsus dəyəri var. Belə olan təqdirdə dövlətin qoyduğu qanunlar cəmiyyətdə arxa plana keçir. XXI əsrdə mental dəyərlərimizdən qurtulmadıqca, problemlər qaçılmaz olacaq. Bəziləri deyir ki, siz Azərbaycanı Avropaya çevirmək istəyirsiniz. Gender bərabərliyi Azərbaycana Avropanın gətirilməsi demək deyil. Məsələyə, hətta dini aspektdən yanaşsaq belə Quranda qadın-kişi münasibətlərinin tənzimlənməsinə dair məqamlar var.
Biz hamımız bir toplumun içində yaşayırıq. Bu toplumun içində siyasətçi, alim, fəhlə, kəndli, şəhərli yaşayır. Öz üzərimizə düşən vəzifəni yerinə yetirsək gender bərabərliyi problem olaraq gündəmə gəlməz. Gender əsaslı zorakılıq əhalinin demoqrafik vəziyyətinə də təsir edir. Bu gün selektiv abortların sayına görə Azərbaycan ilk sıralarda yer tutur. Önəmli olan insanlarımızın maariflənməsi və bilik sahibi olmasıdır. Yalnız bu halda gender zorakılığının qarşısı alına bilər. Bu gün sığınacaqlara üz tutan qadınların sayına baxsaq ümumi mənzərəni görə bilərik”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

