Gənclərin inkişafı məqsədi ilə....
19.10.2022 [12:55]
İşlər davam etdirilir
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
N.Dilqəmli
Cəmiyyətin ən əsas, diqqət tələb edən təbəqələrindən biri də gənclərdir. Əbəs yerə deməyiblər ki, sağlam gələcək məhz sağlam gənclərin olduğu bir mühitdə formalaşa bilər. Sağlam, savadlı, intellektual gənc nəslin yetişməsi üçün onların hərtərəfli inkişafı ən əsas şərtlərdəndir. Bu mənada, yeni, müasir dünyanın çağırışları ilə ayaqlaşmaq, innovasiyaların geniş tətbiqini təşviq etmək olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi, ölkəmizdə də gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi hazırda kifayət qədər fəaldır.
Gənclər dövlət başçımızın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə, layihələrə hər zaman öz dəstəklərini göstərirlər. Bu yerdə ölkəmizdə geniş yayılmış könüllülük fəaliyyətini xüsusi qeyd etməkdə böyük fayda var. Xüsusilə, son bir neçə il ərzində respublikamızda geniş vüsət alan könüllülük hərəkatı, xüsusən də, onların müxtəlif qruplar üzrə bölgüsü, yüksək səviyyədə təşkilatlandırılması və digər bu kimi amillər gənclərin gələcək fəaliyyətlərində, onların ixtisaslaşmış, peşəkar kadr kimi formalaşmasında xüsusi əhəmiyyətə malikdir. 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun ölkəmizdə könüllülük fəaliyyətində yeni mərhələyə keçid rolunu oynadı. Bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. İlk dəfə Bakı şəhəri ərazisində yaradılan könüllülük fəaliyyəti tezliklə bütün ölkə ərazisindəki “ASAN Xidmət” mərkəzlərində təşkil olundu.
Sevindirici haldır ki, sonradan bu tendensiya digər dövlət orqanlarının fəaliyyətində də tətbiq olunmağa başlandı. Deyilənlərin təsdiqi olaraq Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər dövlət orqanlarının təcrübələrini göstərmək olar. Beləliklə, gənclərə öz bilik və bacarıqlarını praktiki cəhətdən inkişaf etdirmək və gələcək karyeralarını qurmaq üçün çox geniş imkanlar yarandı. 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər mötəbər, irimiqyaslı tədbirlərdə könüllülərin iştirakı böyük əhəmiyyət kəsb etdi. Eyni zamanda gənclərin gücünü, önəmini bir daha əyani şəkildə nümayiş etdirdi. Bu gün də minlərlə gənc müxtəlif müəssisə və təşkilatlarda, dövlət qurumlarında könüllülük fəaliyyəti göstərmək üçün müraciət edir, özlərinin bilik və bacarıqlarını artırmağa çalışır.
Paytaxtda olduğu kimi, respublikamızın digər şəhər və rayonlarında da gənclərin inkişafı üçün lazımı şərait yaradılıb. Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri yaradılıb. Mərkəzdə gənclər müxtəlif seminarlarda iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Onların gələcəkdə işə qəbul olunmalarında da GİKM olduqca böyük əhəmiyyətə malikdir. Mərkəzdə təşkil olunan layihələrdən biri də “Səyyar Gənclər Xidməti” layihəsidir. Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də, ucqar kəndlərdə yaşayan gənclər üçün həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin ilk hissəsi başa çatıb. Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Füzuli və Beyləqan rayonlarında baş tutan layihədə 30 kənd üzrə 4000-dən artıq gənc əhatə olunub.
GİKM-dən bildirilib ki, sözügedən layihənin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılması olan layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir.
Vurğulanır ki, bu çərçivədə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib: “Səyyar Gənclər Xidmətinin əyləncəli hissəsində kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, müxtəlif oyunlar üzrə mini müsabiqələr təşkil olunub. Yarışlarda fərqlənən gənclər hədiyyələrlə mükafatlandırılıblar”.
“Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur”, - məlumatda qeyd olunur.
Əlavə məlumat üçün bildirək ki, hazırda Mərkəzin 55 rayonda nümayəndəlikləri fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

