Gözəl günlər görəcəyik, günəşli günlər...
04.11.2022 [10:46]
MÜŞFİQƏ
Güzel günler göreceğiz, çocuklar
Motorları maviliklere süreceğiz,
Çocuklar, inanın, inanın, çocuklar,
Güzel günler göreceğiz, güneşli günler.
Uşaqlar üçün yazılmış ən gözəl şeirlərdən biridir. Görkəmli şair Nazim Hikmət “Dünyayı verelim çoçuklara” deyəndə yaxşı bilirdi ki, gələcəyin xilası məhz sonsuz təsəvvür gücünə malik olan uşaqlardadır.
Elmi araşdırmalar göstərir ki, uşaqların intellekti təkcə genetik faktorlara görə inkişaf etmir. Uşaqların həyatında və psixoloji inkişafında filmlərin də rolu danılmazdır. Bir sözlə, onların təsəvvür gücünü daha da formalaşdırmaq üçün yeni ekran işlərinə ehtiyac var.
Əfsuslar olsun ki, valideynlər uşaqlarının izləyə biləcəyi filmləri seçərkən çox çətinlik yaşayırlar. Çünki seçim etmək şansları yoxdur. Onlar belə deyirlər. Son illərdə Azərbaycan kinematoqrafiyası demək olar ki, uşaq filmi istehsal etməyib. Niyə uşaqlar üçün maarifləndirici və tərbiyəvi xarakter daşıyan yerli filmlər çəkilmir? Bəs uşaqların kinoya olan ehtiyacını necə təmin edək?
Uşaq dünyasından bəhs edən filmlər niyə qeybə çəkilib?
“Lətif”, “Ögey ana”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şir evdən getdi” , “Mən mahnı qoşuram”, “Asif, Vasif, Ağasif”, “Bizim Cəbiş müəllim”, “Musiqi müəllimi” “Gəmi saatının sirri”, “Qaraca qız” və s. ekran əsərləri vaxtilə uşaqların tərbiyəsində, yetişməsində və kino zövqünün formalaşmasında mühüm rol oynayıb. Şübhəsiz ki, ekran əsərlərinə bu gün də maraqla baxanlar az deyil. Lakin danılmaz faktdır ki, azyaşlı tamaşaçılarımız daha çox Qərb istehsalı - heç bir süjet xətti olmayan, mənəviyat və tərbiyə aşılamayan filmlərə meyil edirlər.
Bizim uşaqların kinoları və yaxud bizim kinonun uşaqları
“Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nənə himayəsində böyüyən və ögey ana istəməyən azyaşlının zaman içindəki müsbət dəyişimi diqqətimizdən yayınmır. Obrazımız nə qədər kiçik olsa da, böyük ürək sahibidir. Bu film İsmayılın timsalında bir çox uşaqlara mərdliyi və daim yaxşılıq etməyin vacibliyini aşılayır. Bu mənada rejissor Həbib İsmayılova da böyük alqış düşür.
Mövzu baxımından Şamil Mahmudbəyovun “Şərikli çörək” filmi öz dramatikliyi ilə seçilir. Uşaq aktyorların da istedad və bacarıq nümayiş etdirdiyi filmdə yaradıcı heyət İkinci Dünya müharibəsi illərinin ağır günlərini yüksək peşəkarlıqla əks etdirib. Həmin illərdə arxa cəbhədəki insanların çətinliklərlə üzləşməsi, uşaqlığı əlindən alınan, müharibənin ağrı-acılarını yaşamağa məcbur olan azyaşlı və yeniyetmələrin fərdi cizgiləri filmdə həssaslıqla təsvir olunub. Filmin baş qəhrəmanı Vaqifin evlərində tək qalması səhnəsini ürək ağrısı ilə xatırlayırıq. Həmin kadrlar müharibə uşaqlarının ağır həyat şəraitinin bariz nümayişi idi.
Kinoşünaslara görə, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” filmləri Azərbaycan kinematoqrafiyasında nağıl janrında çəkilən uğurlu filmlər kimi ibrətamiz ideyalar daşıyırlar. Hər üç filmdə Xeyirin Şər üzərində qələbəsi məhz elm, bilik vasitəsilə əldə olunub.
“Qaraca qız” filmi acınacaqlı taleyi olan yetim qızın cəsarəti, nəcibliyi fonunda xeyirxahlığın həmişə xilasedici bir vasitə olduğunu psixoloji cəhətdən geniş aspektdə önə çəkir. Valideynlərindən məhrum olan azyaşlı Tutunun çalıb oynaması ətrafdakılar üçün yalnız əyləncə, varlığı isə köləlikdən başqa bir şey deyil. Mühitinin, dövrünün ona bəxş etdiyi sosial mənsubiyyəti sayəsində Tutunun cəmiyyətdəki mövqeyi acınacaqlıdır. Filmin finalında o, öz həyatı bahasına rəfiqəsi Ağcanın həyatını xilas edir.
Eləcə də 1969-cu ildə Həsən Seyidbəylinin lentə aldığı “Bizim Cəbiş müəllim” filmində hadisələr İkinci Dünya Müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, Vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Bütün epizodların hamısını birləşdirən yeganə bir məna vardı: məhəllələrdə insani münasibətlərin hansı kontekstdə cərəyan etməsindən asılı olmayaraq müharibə atasız-anasız qalan uşaqların hamısına təsir edir. Adam var cibgir olur, adam var məhv olur, adam var “adam” olur...
Sadaladığımız bütün filmlər uşaqlara müsbət duyğular aşılayır. Onlara aqressiya və zorakılığı deyil, mehribanlıq, humanistlik və səmimiyyəti öyrədir. Ümid edirik ki, uşaq qəhrəmanı olan mövzulara daima müraciət ediləcək və kinostudiyalarımız uşaq səsləri ilə dolacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

