Azərbaycançılıq ideologiyasının yaratdığı milli birlik...
16.12.2022 [10:54]
Hər bir vətəndaşımız milli maraqlarımızın qorunmasında fəal iştirakçıya çevrilib
Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri milli maraqların və xalqa məxsus milli-mənəvi dəyərlərin, milli sərvətlərin qorunmasıdır. Mütərəqqi baxışları özündə ehtiva edən milli ideologiyanın təbliği bu prosesdə mühüm rol oynayır. Çünki bu, bir tərəfdən xalqın vahid amal ətrafında sıx birləşməsini təmin edirsə, digər tərəfdən də xalqın vətənpərvərlik ruhunun yüksəldilməsinə mühüm töhfə verir. Şübhəsiz ki, bütün bu proseslərdə bir sıra subyektlərlə yanaşı, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayırlar. Belə ki, həmin təsisatlar müxtəlif layihələr vasitəsilə vətəndaşların və bütövlükdə cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunmasına töhfə verir, ictimai həmrəyliyin və milli birliyin təmin olunmasında fəal iştirak edir. Bu kontekstdə Azərbaycan nümunəsi də müsbət örnək kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, ölkəmizdə xalqımızı vahid amal uğrunda sıx birləşdirən milli məfkurə məhz azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq ideologiyası gənc nəslin tərbiyəsində, vətənə bağlılığında, milli maraqlarımızın qorunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycançılıq, eyni zamanda, milli həmrəyliyi təmin edən mütərəqqi dəyərlər sistemidir.
Yeri gəlmişkən, dekabrın 12-dən etibarən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında ekoloqlarımızla yanaşı, Azərbaycan QHT-ləri də təmsil olunurlar. Bəlli olduğu kimi, bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq həyata keçirilir. Bu mənada, vətəndaş cəmiyyətinin vahid amal uğrunda birlik nümayişi olduqca təqdiredicidir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində də mühüm rola malik QHT-lər 44 günlük Vətən müharibəsi dövründə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdi. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin milli həmrəylik nümayiş etdirərək işğalçı Ermənistana qarşı birgə bəyanat qəbul etməsi, beynəlxalq təşkilatlara müraciətlər ünvanlaması haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rollardan birini oynadı.
Məsələ ilə bağlı fikirlərini bölüşən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, vətəndaş cəmiyyəti institutları hər zaman öz fəaliyyətlərində milli-mənəvi dəyərlərin qorunması və təbliği, milli birliyimizin gücləndirilməsi, dünya azərbaycanlıları arasında azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi kimi mühüm amilləri ön plana çəkməlidirlər. Eləcə də gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi, o cümlədən Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mütləq şəkildə davamlı iş aparılmalıdır. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin sağlam inkişafı üçün hər cür şərait mövcuddur. QHT-lərimiz də bütün sahələr üzrə fəal fəaliyyət nümayiş etdirməkdədir: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, ordumuzun, silahlı qüvvələrimizin təbliği mövzusuna xüsusi diqqət yetirilir. Ölkəmizdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları, ehtiyatda olan hərbçilər, 20 Yanvar şəhidləri, əlilləri və digər istiqamətləri öz fəaliyyətində ehtiva edən QHT-lər mövcuddur. Onların fəaliyyəti üçün Azərbaycan dövləti hər bir şərait yaradıb. Eləcə də QHT-lərimiz dövlətlə sıx əməkdaşlıq edir. Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının problemlərinin həlli istiqamətində mütəmadi olaraq təkliflər hazırlanıb təqdim olunur. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir çox layihələr həyata keçirir”.
Vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın milli maraqları ətrafında sıx birləşməsini yüksək qiymətləndirən E.Həsənli bu amilin dekabrın 12-dən başlayaraq Qarabağ iqtisadi rayonunda - ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında da özünü göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün hər bir vətəndaş öz dövlətinin milli maraqlarını qorumaq üçün bütün gücünü səfərbər etməlidir. “Mən də bu aksiyada fəal şəkildə iştirak edirəm. Bu gün fəaliyyət istiqamətindən, fəaliyyət profilindən asılı olmayaraq hər bir vətəndaş cəmiyyəti institutu təmsilçisi anlayır ki, bu fəaliyyət dövlətimizin maraqlarının qorunmasına xidmət edir. Biz bu dinc aksiyamızla Azərbaycanın milli sərvətlərinin talan edilməsinə öz etirazımızı bildiririk. Və bu gün bizim sıralarımızda Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri təmsil olunurlar. Necə ki, 44 günlük Vətən müharibəsində dinindən, dilindən, milli etnik kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı eyni səfdə yer alaraq Vətəni qorudu, bu gün eyni mənzərə aksiyamızda müşahidə edilir”, - deyə E.Həsənli əlavə edib.
P.İSMAYILOV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55

