Qırmızı qəsəbə - Azərbaycanın dini və etnik tolerantlıq simvolu
24.12.2022 [10:40]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
MÜŞFİQƏ
Bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, dostluq, multikulturalizm dəyərləri və birlik siyasətini təbliğ edir. Ölkəmizdə multikulturalizm ənənələrinin əsl nümunələrindən birini Qubanın Qırmızı qəsəbəsində görmək olar. Qubada dağ yəhudiləri ilə yanaşı,
20-dən çox etnik azlıqların nümayəndələri dostluq, qardaşlıq və tolerantlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalamadan birgə yaşayır. Yüz illərdir eyni torpaqlarda dostluq və qardaşlıq şəraitində yaşayan azərbaycanlılar və dağ yəhudiləri şad gündə də, dar gündə də həmişə bir yerdə olublar.
Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb.
Bu günlərdə Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Azərbaycanda multikulturalizm və tolerantlıq” sərlövhəli məqaləsində də qeyd edildiyi kimi, Azərbaycan dini və etnik tolerantlıq simvoludur. Məqalədə müasir Azərbaycan ərazisində yəhudiliyin tarixinə toxunan səfir bu tarixin 1300 ilə yaxın olduğunu, 1731-ci ildə yəhudilərin Azərbaycanda qəsəbə qurduqlarını xatırladıb. Qırmızı qəsəbənin dünyada yəhudilərin İsrail və ABŞ-dan kənarda kompakt yaşadığı, təqribən üç min yarım əhalisi olan yeganə yer olduğu vurğulanıb.
Qəsəbənin 3 mindən çox sakini var
Söz yerinə düşər, deyiblər. Bu gün sizinlə birgə Qudyalçayın sol sahilində yerləşən, 3 mindən çox dağ yəhudisinin yaşadığı Qırmızı qəsəbəyə səyahət edəcəyik. Budur, ilk nəzərimizi təpənin üzərindəki “Qırmızı qəsəbə” sözü çəkir. Dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. İqlimi Quba və Qusardan bir az fərqlidir. Qəsəbədə hansı səmtə, hansı yana baxsanız, dəbdəbəli villalar və fərqli arxitekturaya malik evlər görə bilərsiniz. Buraya “Qafqazın Yerusəlimi” də deyirlər. Qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir ki, burada öz adət-ənənələrini yaşadırlar.
Tarixi vərəqləsək görərik ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Bir çox mənbələr də təsdiqləyir ki, yəhudilər Qubaya Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülüb. Bakıxanov yəhudilərin Qırmızı qəsəbəyə köç etməsinə və burada yaşayaraq kompakt məskunlaşmasına rəvac verib. Məhz elə bu səbəbdəndir ki, bu qəsəbədə Bakıxanovun xatirəsi əbədiləşdirilir, böyük ədibin şəninə müxtəlif tədbirlər təşkil olunur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün respublikada olduğu kimi, Qırmızı qəsəbədə də dirçəliş dövrü başlanıb. Sinaqoqlar təmir edilib, dini ayinlər yenidən sərbəst şəkildə yerinə yetirilməyə başlanılıb. Burada sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, dağ yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var. Sinaqoqların birində Yəhudi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Qırmızı qəsəbənin şagirdləri
Qırmızı qəsəbədə hazırda iki orta məktəb fəaliyyət göstərir. İsak Xanukov adına 1 saylı məktəbdə yəhudilər, azərbaycanlılar, ləzgilər, xınalıqlılar, ruslar və başqa xalqların nümayəndələri birlikdə elmin sirlərini öyrənirlər. Burada 300-ə yaxın şagird təhsil alır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra burada uşaqlar ivrit dilini də öyrənməyə başlayıblar. Hazırda ibtidai siniflərdə həftədə iki saat ivrit dili dərsləri tədris olunur. Təhsil müəssisəsində ivrit dili kabineti də fəaliyyət göstərir. Elm ocağında pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Bu məktəbin yetirmələri sırasında torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunov da var.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17

