Tariximizi və mədəniyyətimizi tanıdaq!
14.01.2023 [10:40]
Nardar BAYRAMLI
Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır. Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır. Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər şəklində təmin edilir, milli və dini bayramlar dövlət səviyyəsində qeyd olunur.
Məlumdur ki, minilliklər boyunca Cənubi Qafqaz regionunda yaşayan Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir. Bununla belə, uzun illər boyu, əsasən də çar Rusiyası və Sovet İttifaqı dönəmində Azərbaycan xalqının dövlətçilik tarixi təhrif olunurdu.
Müstəqilliyimizin bərpa olunması isə tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı. Ulu öndər Heydər Əliyevin bu sahədə alimlərin fəaliyyətini dəstəkləməsi, elmin bütün sahələrinin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verdi. Ümummilli Liderin də söylədiyi kimi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.
Müstəqillik dövründə Azərbaycan tarixi ilə bağlı bir çox yeni araşdırmalar aparılıb. Bununla belə, xalqımızın, Cənubi Qafqaz regionunun tarixinin saxtalaşdırılması yönündə erməni təxribatları davam etməkdədir. Bu isə tarixi həqiqətlərin daha geniş işıqlandırılmasına, araşdırmaların nəticələrinin beynəlxalq səviyyədə təbliğinə ehtiyac yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb. Tarixi faktlar da göstərir ki, istər indiki Ermənistan, istərsə də Qarabağ ərazisindəki yer adları Azərbaycan mənşəli, əhalisi isə azərbaycanlılar olub. Həmçinin ölkə başçısının tövsiyəsi ilə İrəvan xanlığı haqqında sanballı elmi əsər yaradılaraq bir neçə xarici dilə tərcümə edilib. Eləcə də, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu tarixi, elmi faktlarla ortaya qoyan əsərlərin də dünya ictimaiyyətinə çatdırılması üçün onların fərqli dillərdə çapı həyata keçirilir. Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından, eləcə də suveren dövlətçiliyimizin gücləndirilməsi cəhətdən prinsipial əhəmiyyət daşıyır.
Hazırkı dövrdə xalqımızın zəngin tarixinin beynəlxalq aləmə tanıdılmasında elm və mədəniyyət amilinin də mühüm rolu var. Nəzərə almaq lazımdır ki, müasir dövrdə elm, innovasiyalar ölkələrin davamlı inkişaf hədəflərinə nail olunmasında daha çox öz sözünü deyir. Dövlətin mədəniyyət sahəsində də həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir. Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə ulu öndər Heydər Əliyevin adını daşıyan Fond da müstəsna xidmətlər göstərir.
Beləliklə, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin qorunması və təbliği sahəsində olduqca genişmiqyaslı işlər görülür. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

