Azərbaycanın ali məqsədi
04.02.2023 [11:00]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
MÜBARİZ
Hüquqi dövlət quruculuğu Azərbaycanın strateji prioritetləri sırasında yer alır. Bu strateji kursa uyğun olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, aktiv vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların sosial və siyasi fəallıqlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Məhz bu yolla vətəndaşların idarəetmədə, ictimai proseslərdə daha geniş iştirakçılığının təmin edilməsinə, ictimai nəzarətin səmərəli şəkildə gücləndirilməsinə nail olmaq mümkündür.
Geniş qanunvericilik bazası
Respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində özünün spesifik modelini təqdim edir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə geniş təminat verir. Bu öhdəliklər isə istisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların sosial və siyasi fəallıqlarının artırılmasına yüksək təminatlar verən təkmil qanunvericilik bazası formalaşıb. Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır. Əsas qanunda ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Konstitusiyaya uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Eyni zamanda, ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Yeri gəlmişkən, qeyd edək ki, Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. Eyni zamanda, həyata keçirilən konstitusiya islahatları çərçivəsində Əsas Qanuna insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən bir sıra dəyişikliklər olunub. Konstitusiyamızın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Sonrakı mərhələdə ölkəmizdə Əsas Qanunun tələblərinə uyğun olaraq insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən qanunvericilik bazası daha da genişləndirilib. O cümlədən ölkədə aparılan hüquqi islahatlar çərçivəsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndirilib. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul olunub. Hazırda ölkəmizdə Ombudsman institutu uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən çoxsaylı tədbirlər həyata keçirilib. Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması Azərbaycan dövlətinin bu sahəyə necə böyük önəm verməsinin daha bir ifadəsidir.
Eyni zamanda, ölkəmiz insan hüquq və azadlıqlarının qorunması üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulub. “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyası” da bu sırada yer alır. Həmin konvensiyalardan irəli gələn öhdəliklər ölkəmizdə tam şəkildə yerinə yetirilir və bununla bağlı müvafiq hesabatlar hazırlanır. Yeri gəlmişkən, Prezident İlham Əliyev 3 fevral 2023-cü il tarixində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Sərəncam imzalayıb. Sənədə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilməsi qərara alınıb.
Vətəndaşların siyasi fəallığının artması üçün yeni imkanlar
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının qanunvericilik bazasının möhkəmləndirilmsi ilə paralel şəkildə, vətəndaşların sosial və siyasi fəallığının artması üçün münbit zəminin formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaratdığı geniş imkanların önəmini xüsusi qeyd edə bilərik. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul olunmuşdu.
Ötən dövrdə Azərbaycanın mənzərəsi dəyişib, ölkəmizdə yeni reallıqlar formalaşıb. Azərbaycan dövlətinin siyasi iradəsi ona yönəlib ki, ölkədə yeni siyasi konfiqurasiyanın palitrası daha da zənginləşsin, burada bütün siyasi partiyaların, cəmiyyətin bütün təbəqələrinin iştirakı təmin olunsun. Buna isə vətəndaşların sosial və siyasi fəallığının artırılması yolu ilə nail olmaq mümkündür. Dövlət başçısı tərəfindən təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni Qanun bunu təmin etmək üçün geniş hüquqi əsaslar yaradır.
Yeni Qanun qəbul edilərkən bir sıra beynəlxalq sənədlər, inkişaf etmiş 24 ölkənin təcrübəsi, respublikamızda fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim etdiyi 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisin komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə şərait yaradılır. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

