Güclü hakimiyyətlər güclü mediadan qorxmurlar
01.03.2023 [10:50]
Azərbaycan fikir plüralizminin təminatçısıdır...
Yeganə BAYRAMOVA
Azərbaycanda azad söz və media mühiti mövcuddur. Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı dövlətlərin və xalqların siyasi inkişafında, cəmiyyətin formalaşmasında müstəsna rola malikdir. Bu baxımdan Azərbaycan da mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdən biridir. Məlumdur ki, dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına qapı açıb. Beləliklə, KİV - qəzetlər, jurnallar, televiziya və radiolar cəmiyyətin inkişafına ciddi təsir göstərir.
Söz azadlığının təmin edilməsində hüquqi baza
Ölkəmizdə fikir və söz azadlığı üçün hüquqi tənzimlənmə prosesi effektiv şəkildə həyata keçirilir. Bu məqsədlə qanunların qəbulu, mövcud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi aktuallığını qoruyur. Konstitusiyamızda söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa, fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.
Media islahatlarının “yol xəritəsi”
2022-ci il fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər.
Güclü hakimiyyət güclü mediadanqorxmur
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycan mediasında fikir və söz azadlığının təmin olunması mücərrəd anlayış deyil. O qeyd edib ki, ölkəmizin milli mətbuat tarixi olduqca zəngindir: “Azərbaycanda media azadlığının təmin olunması əsasən iki istiqamətdə həyata keçirilən dərin və məzmunlu fəaliyyətdən ibarətdir. Birincisi, media azadlığı qanunvericiliklə və konstitusiya əsasları ilə möhkəmləndirilir. İkincisi, media orqanlarının müstəqilliyinin, iqtisadi inkişafının və maddi-texniki bazasının möhkəm olması üçün dövlətimiz öz dəstəyini verir. Bu iki istiqamət dövlət xətti ilə sistemli şəkildə həyata keçirilir. ?eləliklə, söz və ifadə azadlığının dövlət təminatına alınması üçün ciddi nəticələr əldə olunur”.
Media azadlığı dövlətin himayəsindədir
Baş redaktorun sözlərinə görə, Prezident İlham Əliyev medianın, söz azadlığının inkişafı üçün dövlətin dəstək siyasətini bir neçə prizmadan həyata keçirir. Burada həm dünya praktikası, həm Azərbaycan mediasının özünün inkişaf meyilləri nəzərə alınır: “Bəllidir ki, İlham Əliyevin hakimiyyəti ölkənin qarşısında dayanan ən aktual problemlərin həlli yönündə əsaslı və dəyişdirici addımlar ata bilir, problemlərin həlli kontekstində rəqib tanımır. Belə güclü hakimiyyətlər güclü mediadan qorxmur. İlham Əliyevin timsalında dünyada araşdırma aparsaq görərik ki, güclü hakimiyyətlər azad və güclü mediadan nəinki qorxmurlar, əksinə medianın daha da güclü olmağında maraqlıdırlar. Ona görə ki, obyektiv tənqidi media dövlətin daha səmərəli idarə olunmasında ölkə başçısının dostuna və yandaşına çevrilə bilər. Bununla bağlı cənab Prezidentin açıq bəyanatlarına şahid olmuşuq. Dövlət başçısı hər zaman deyir ki, “obyektiv tənqidi media ölkə idarəçiliyində mənim dostum və köməkçi qüvvəmdir!”. Bu nöqteyi
nəzərdən Azərbaycanda media azadlığının inkişaf prosesi həm təminatlı, həm də dövlətin himayəsi altındadır”.
A.Quliyev bildirib ki, “Media haqqında” qanun müasir tələblərə cavab verərək, ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır: “Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə şərait yaradır. Media subyektlərinin ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin gücləndirilməsi üçün hüquqi əsas da məhz bu qanunla formalaşır.
Özünü jurnalist kimi qələmə verən amma bu sahədə heç bir fəaliyyəti olmayan, şəxslər media reyestrinə düşə bilməyəcək. Həmin şəxslər çox zaman söz və məlumat azadlığından sui-istifadə edənlər olurdu. Bu baxımdan “Media haqqında” qanun ölkəmizin fikir və söz azadlığının inkişafında və qorunmasında müstəsna əhəmiyyətlərə malikdir”
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09

