İqtisadi müstəqilliyin Azərbaycan modeli
11.04.2023 [10:49]
Hədəfimiz “Böyük Qayıdış”ın qısa müddətdə tam reallaşmasıdır
Günel ABBAS
Baş verən geosiyasi proseslər, qlobal pandemiya və digər mənfi təsirlər fonunda ayrı-ayrı ölkələrin iqtisadi inkişafla bağlı ciddi problemlərlə üzləşdiyi heç kəsə sirr deyil. Ancaq respublikamız daxili resurslarına istinad etməklə və preventiv tədbirlər görməklə belə mənfi təsirləri önləməyə nail olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Belə ki, milli iqtisadiyyatda makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində rəqabətqabiliyyətlilik və məhsuldarlıq xeyli artıb, daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan görüşdə bildirdiyi kimi, son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər.
Deputat Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizin maliyyə müstəqilliyinin təmin olunması da böyük uğurdur: “Hazırda Azərbaycan dünya miqyasında donor təşkilatlarından, beynəlxalq maliyyə qurumlarından asılı olmayan azsaylı ölkələr sırasında yer alır. Respublikamızın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Müqayisə aparsaq görərik ki, ayrı-ayrı ölkələr məcburiyyət qarşısında qalaraq borclanma siyasətinə əl atırlar. Azərbaycan isə əksinə, xarici borcun azaldılması strategiyasını qəbul edib.
Azərbaycan iqtisadiyyatında neft-qaz amili xüsusi yer tutur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Uğurlu enerji siyasəti sayəsində ölkəyə gələn vəsaitlərin bir hissəsi məqsədyönlü şəkildə neft və qazdan kənar sahələrin inkişafına yönəldilir. Bu da öz bəhrəsini verir. Artıq ölkə üzrə ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür”.
Deputat qeyd edib ki, uğurlu inkişaf Azərbaycanı özünün əsas hədəfinə çatmasına - iqtisadi müstəqilliyə nail olmasına imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkənin siyasi müstəqilliyini şərtləndirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Bildiyiniz kimi, dövlət başçısının imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir”.
Onun sözlərinə görə, artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb: “Ölkənin perspektiv planlarında təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Bu mənada, “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək. İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri yeni yanaşmalar əsasında reallaşdırılır. Həmin ərazilərdə tamamilə yeni, müasir standartlar əsasında layihələrin icrası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunub. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət göstərəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

