Lobbiçiliyin təməl istiqamətləri...
20.04.2023 [10:55]
Dövlət maraqlarının təminatı əsas məqsəd olmalıdır
Günel ABBAS
Diaspor və lobbiçilik fəaliyyəti hər zaman öz aktuallığını qoruyub və hazırda dəyişən dünya nizamında bu fəaliyyət daha prioritet hesab olunur. Ələlxüsus milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır ki, bu mənada həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur.
Diasporumuzun inkişafında sözsüz ki, Dünya Azərbaycanlıların Şuşada keçirilən V Qurultayının da böyük önəmi var. Çünki Azərbaycan yerləşdiyi regionda yeni reallıqlar yaradıb və Azərbaycan diasporu da bu reallıqlardan çıxış edərək, öz fəaliyyətində yeni istiqamətləri müəyyən etməlidir. Şuşa qurultayı postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdəki yerli qurumlar, media və digər təsisatlarla aparılan işin yenidən dəyərləndirilməsi, vahid şəbəkə formasında yeni konsepsiyalara əsaslanan tədbir və layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsinin şahidi olduq.
Bu gün dünyada ən uğurlu lobbiçilik fəaliyyəti nümunəsi ortaya qoyanların təcrübəsinə baxsaq, hamısında ən azı bir amil əsaslı təsir vasitəsi kimi formalaşdırılıb. O cümlədən də ermənilər, demək olar ki, həm hakimiyyətə yol tapıblar, həm də kompakt formada yaşamaqla seçki nəticələrinə təsir imkanları formalaşdıra biliblər. Amma etiraf etməliyik ki, Prezident İlham Əliyevin əvvəlcə “hücum diplomatiyası”, daha sonra isə “hücum siyasəti” doktrinaları erməni lobbi mifini alt-üst etdi.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov vurğulayıb ki, lobbiçilik diaspor fəaliyyətinin ən yüksək səviyyəsi sayılır: “Belə ki, lobbizmin kökündə xaricdə yaşayan azərbaycanlıların həmin ölkədəki yerli hakimiyyət orqanlarında iştirak etməsi və arzuolunan halda isə, əlbəttə ki, dövlət orqanlarında vəzifələrin tutulması ilə bağlıdır.
Hazırkı dövrdə lobbiçiliyi dünyanın bütün ölkələrində baş verən proseslərdəki ən aktual məsələlərdən biri - iqtisadi məsələlərlə bağlamaq olar. Yəni, istənilən seçkidə iştirak etmək, yaxud da diaspor nümayəndələrinin hansısa vəzifələrə lobbizmin köməyi ilə təyin olunması üçün, əlbəttə ki, orada iş adamlarının birgə fəaliyyəti çox vacibdir. İqtisadi məsələ burada özünü göstərir. Belə ki, seçki kampaniyalarında iştirak edən nümayəndələrimizə maliyyənin ayrılması, eləcə də onların seçki öncəsi yetişdirilməsi və s. məsələlərdə maliyyə məsələsi çox vacibdir. Buna görə də, diaspor fəaliyyətində iş adamlarının bu məsələlərə cəlb olunması, diaspor hərəkatında yaxından iştirak etməsi əsas amildir”.
H. Cavadovun sözlərinə görə, bu mərhələyə qədər lobbizmin uğurlu nəticəsi olaraq bu vəzifəyə təyin olunan və yaxud seçiləcək şəxslərin özlərinin yetişdirilmə prosesi də çox vacib prosesdir və bunu nəzərdən qaçırmaq olmaz: “Diaspor nümayəndələri öncədən yerli siyasi partiyalarda tərənnüm olunmalıdırlar. Bu da qısamüddətli bir proses deyil. Çünki bilirsiniz ki, seçkiyə gedən partiyaların proqramları seçki öncəsi elan olunsa da, bu proses uzun illər davam edir. Bunun üçün də burada yetərincə aktiv nümayəndələrimiz olmalıdır. Əgər seçki 6 aydan sonradırsa, ona həmin an start verməklə nəticəyə nail olmaq çox çətindir. Bizim nümayəndələr siyasi partiyalarda, yaxud dövlət orqanlarında ən aşağı vəzifələrdə belə olmalıdırlar ki, diasporamız onların orada karyera inkişafı üçün iş adamlarının dəstəyi ilə nəsə edə bilsin.
O, proseslərin UABD tərəfindən Ukraynada uğurla həyata keçirildiyini söyləyib:
“Diaspor təşkilatları bu istiqamətdə öz işlərini aparmalıdırlar. Ukraynada biz bu istiqamətdə olan işlərə başlamışıq və demək olar ki, işimiz uğurla davam edir. Yerli seçkilərdə artıq azərbaycanlıların, diaspor nümayəndələrimizin iştirakı, dövlət orqanlarında həmyerlilərimizin çalışması bunun bariz nümunəsidir.
Azərbaycan dövlətinin bu proseslərdə iştirakı isə əlbəttə ki, vacibdir. Həmin ölkələrlə Azərbaycan arasında olan münasibətlərin inkişaf etdirilməsində həmin şəxslərin iştirakı vacibdir ki, yerli hakimiyyət orqanlarında da bu şəxslərin nüfuzu artsın”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

