Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin rolu
02.05.2023 [10:54]
Vətəndaş cəmiyyəti ümummilli məsələlərdə dövlətinin yanındadır
Nicat Dilqəmli
Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin inkişafının təmin edilməsinin çox böyük rolu və xüsusi yeri var. Müxtəlif istiqamətlər üzrə fəaliyyətini təşkil edən ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını, icmaları, hansısa təşəbbüs qruplarını özündə birləşdirən vətəndaş cəmiyyəti həm də dövlətin mütərəqqisini və inkişafını göstərən əsas faktor hesab olunur. Bu mənada vətəndaş cəmiyyətinin düzgün şəkildə formalaşması, inkişaf etməsi hüquqi dövlətin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Elə bu səbəbdən də qeyri-hökumət təşkilatlarının uğurlu, məhsuldar fəaliyyəti üçün zəruri tədbirlərin görülməsi, hərtərəfli imkanların yaradılması mütləqdir.
Qeyri-hökumət təşkilatlarına, ictimai birliklərə dövlət qayğısı
Məsuliyyətli dövlət olan Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlər - prioritetlər sırasındadır. Ölkəmizdə bu günə qədər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xeyli sayda tədbirlər həyata keçirilib. Azərbaycanda qeyri-hökumət təşkilatlarına, ictimai birliklərə dövlət dəstəyinin göstərilməsi müsbət bir ənənə halına çevrilib.
Demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir
Ötən əsrin 90-cı illərində müstəqilliyini əldə edən Azərbaycan Respublikası ilkin dövrdə çox böyük əngəllərlə üzləşsə də, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində özünə məxsus modeli yaratmağı bacardı. Bu modelin yaradılmasında isə o dövrdə ikinci dəfə hakimiyyətə gələn mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Məhz özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Ulu Öndər Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu. H.Əliyev bu barədə belə deyirdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir...”
Məqsədyönlü islahatların uğurlu nəticələri
Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasəti bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Sahibkarlığa Kömək Fondu və digər bu kimi sırf vətəndaş cəmiyyətinin inkişafına yönəlik təsisatların yaradılması və onların fəaliyyətinin stimulaşdırılması yönündə aparılan islahatlar deyilənlərin əyani nümunələrindəndir. Bundan başqa, bir sıra QHT-lərin xarici donorlardan asılılığının minimuma endirilməsi işinin təşkili istiqamətində atılan addımlar da öz növbəsində dövlətin ölkədə sağlam vətəndaş cəmiyyətinin formalaşmasında maraqlı olduğunu göstərir.
Pandemiya və müharibə dövründə vətəndaş cəmiyyətinin rolu
Ölkədə vətəndaş cəmiyyətinin davamlı inkişafını özündə əks etdirən uğurlu dövlət siyasəti bu sektorun daha yüksək tərəqqisini təmin edib. Bunun nəticəsidir ki, həm bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə, həm də Azərbaycan tarixinin şanlı səhifəsi, xalqımızın qürur yeri olan 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə vətəndaş cəmiyyətinin nümayəndələri birmənalı şəkildə dövlət başçımızın Dəmir yumruğu ətrafında sıx birləşdilər.
Məlum olduğu kimi, COVID-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunması üçün hərəkətə keçdi. Ölkədə xüsusi karantin rejimi tətbiq edildi, insanların ehtiyac olmadığı halda evdən çıxması qadağan edildi. Həmin dövrdə çaşqınlıq içərisində olan vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması ehtiyacı yarandı ki, bu işdə vətəndaş cəmiyyətinin nümayəndəri xüsusi fəallıqla seçildilər. Qorunma tədbirləri səbəbindən imkanların bir qədər məhdud çərçivədə olmasına baxmayaraq, müxtəlif təşkilatlar, QHT-lər sözün əsl mənasında əllərindən gələni etdilər. Bu yerdə maarifləndirici videoların hazırlanması, yardım kampaniyalarının təşkili kimi bir çox önəmli tədbirləri nümunə gətirmək olar.
Vətən müharibəsi dövründə də bu birlik özünü bir daha göstərmiş oldu. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün ictimai birliklər yekdilliklə dövlət başçımızın, Azərbaycan Ordusunun yanında olduqlarını açıq şəkildə ifadə etdilər. Vətəndaş cəmiyyətinin nümayəndələri ən fərqli formalarda öz dəstəklərini göstərirdilər. Bu dəstəyin ən aydın nümunələrindən biri də informasiya müharibəsində nümayiş etdirilən aktivlik idi. Mənfur düşmən hər vəchlə dezinformasiyalar yaymaqla dünya ictimaiyyətini çaşdırmağa çalışsa da, əsasən gənclərdən ibarət olan bir ordunun arxa cəbhədə göstərdiyi xidmət onların bu məkrli planını darmadağın etmiş oldu.
Bu gün də vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan dövlətinin yanında olaraq ümummilli məsələlərdə həmrəylik nümayiş etdirirlər.
Ümumilikdə isə sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerləri tutmaqdadır.
Xəbər lenti
Hamısına baxElm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17

