Xalq və dövlət maraqlarının uğurlu vəhdəti
06.06.2023 [10:32]
Yeganə BAYRAMOVA
Dünya düzəni qurulandan toplumların ən vacib xüsusiyyətlərindən biri cəmiyyət olaraq formalaşa bilmək olub. Formalaşan cəmiyyətin əsasında isə hüquqi normalar, qanunlar və insanların sosial rifahının təmin edilməsi dayanıb. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.
Bəs bu qarşılıqlı fəaliyyət necə tənzimlənir? İctimai maraqlar dedikdə nə nəzərdə tutulur?
İctimai maraqlar cəmiyyətdə fərdlərin tam şəkildə mənafe və hüquqlarının qorunması, təmin olunması və adekvat olaraq onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsidir. Bütünlükdə dövlətin prioritet vəzifələrindən biri ictimai maraqların müdafiəsidir. Şübhəsiz ki, Azərbaycanda, xüsusilə humanitar və sosial sahədə müxtəlif proqramların qəbul edilməsinin əsasında ictimai maraqlar dayanır. Qısa desək, ictimai maraqlar fərdin hüquqlarının, azadlığının, normal sosial durumunun təmin edilməsi yanaşmasıdır.
Milli Məclisin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir: “Respublikamızda dövlət, ictimai və milli maraqların təmin olunması prioritetdir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyətdir, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir. Son illər cənab Prezidentin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm və vacib addımlar atılıb. Sirr deyil ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür. Bəzi dövlətlər özünün inkişafını yaşadığı anda, digərləri tənəzzülə doğru gedir. Bu prizmadan baxsaq, Azərbaycan Respublikası fərqlənir. Dövlətimizin məhz 30 illik işğala son qoyması ən böyük dövlət marağının müdafiəsi ilə bağlı məsələ idi”.
M.Məmmədov qeyd edib ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də koordinasiyalı şəkildə vacib addımlar atır: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir”.
Millət vəkilinin sözlərinə görə, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə çox böyük vəzifə düşür”.
Nəticə etibarilə, qeyd etmək lazımdır ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də, bu maraqların qorunması vətəndaşlar üçün də əsas vəzifələrdən biri olmalıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

