Gənc nəsil!
14.06.2023 [10:37]
Millətin onurğa sütunu...
“Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür gənclik... Zamanın hər parçasını milləti, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiynində daşıyan xalq qəhrəmanıdır”.
“Füyuzat” jurnalı
Yazıya “Füyuzat” jurnalından olan bu sətirlərlə başlamaq əbəs deyil. Bu fikirlər gəncliyin tam olaraq kimliyini göstərən əsas faktdır. Gələcəyimizin təminatçısı olan gənclik ən zəngin milli sərvətimizdir. Və hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılıdır.
Mövuzunu “Yeni Azərbaycan”a dəyərləndirən millət vəkili İlham Məmmədov bildirib ki, ölkəmizdə gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Deputatın fikrincə, hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir: “Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Xalqımıza məxsus olan milli-mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Bəlli olduğu kimi, milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin də qorunması, yaşadılması deməkdir. Milli dəyərlərin təbliği təhsildə, milli ideologiyada, qanunvericilikdə, cəmiyyətdaxili münasibətlərdə geniş əksini tapıb”.
İ.Məmmədovun sözlərinə görə, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və bəzi hallarda assimilyasiyaya uğradığı dövrdə xalqımızın milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi irsimizin öyrənilib, qorunub saxlanma səviyyəsindən asılı olacaq: “Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.
Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır. Azərbaycan dünya mədəniyyətinə açıq olmaqla Qərbə inteqrasiya edən bir dövlətdir. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Bu gün dövlətimizin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir”.
Parlament üzvü qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün xalqın onurğa sütunudur: “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş və şəhid adına, Milli Qəhrəman adına layiq görülmüş minlərlə gənci var bu torpağın. Gənclərdə vətənpərvərlik hissinin müqəddəsliyi elə bir şəksiz və ülvi həqiqətdir ki, bu barədə danışmaq belə insanın qəlbini riqqətə gətirir. Gənclik dövlət, xalq, millət uğrunda öz evinin divarı üçün vuruşduğu kimi vuruşaraq gələcəyə gedən yolda zəfər çala bilər.
Bu gün hər bir sahədə əllərindən gələni əsirgəməyərək Vətənimizin adını göylərə qaldıran gənclərimiz hər birimizə örnəkdir. Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyən gənclərimiz Vətən sevgisini, Vətənə bağlılığı tam anlamı ilə dərk edirlər. Bu gün Azərbaycan gənci başa düşür ki, Vətən dedikdə müəyyən sərhədləri olan bir torpaq sahəsi başa düşülmür. Vətən- ulu babalarımızın uyuduğu torpaq, gələcək nəsillərin yaşayış yeridir. Vətənpərvərlik hissi olmayan bir gəncdə əxlaqi kamillikdən danışmaq olmaz. İctimai səciyyə daşıyan vətənpərvərlik gənclərin vətəndaş kimi formalaşmasında mənəvi təsir gücünə malikdir. Doğma yurda sədaqət, həm də mövcud çətinlikdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

