İqtisadiyyatın liberallaşdırılması məqsədi ilə...
15.08.2023 [11:38]
Əlverişli biznes mühiti formalaşıb
Günel ABBAS
Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir.
Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq olar. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.
Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması, azad sahibkarlığın daha yaxından dəstəklənməsi prioritet məsələdir: “Biz pandemiya dövründə də azad sahibkarlığın yaxından dəstəklənməsini müşahidə etdik. Təbii ki, bu istiqamətdə də işlərin davam etdiriləcəyi planlaşdırılır. Nəzərə alsaq ki, yeni strategiyada da sahibkarların yaxından dəstəklənməsi əsas prioritetlər siyahısındadır. Bunlara həm güzəştli kreditlər, həm də digər təşviqedici, o cümlədən vergi güzəştlərinin tətbiq edilməsi formasında həyata keçirilməkdədir”.
Onun sözlərinə görə, bütövlükdə azad sahibkarın fəxri xidmətlərinin əlçatanlığının artırılması prioritetdir: “Hesab edirəm ki, biz bu istiqamətdə fəaliyyəti növbəti dövrlərdə, xüsusən də yeni strategiya çərçivəsində daha sistemli və intensiv şəkildə davam etdiriləcəyini müşahidə edəcəyik”.
Deputat vurğulayıb ki, Azərbaycanda son neçə illərdə sahibkarlığın inkişafı üçün kifayət qədər işlər görülüb, mühüm qərarlar verilib: “Sahibkarlıq və investisiya mühitinin inkişafı haqqında da bir sıra qanunlar qəbul olunub. Ölkəmizdə sahibkarlığın inkişafı üçün kifayət qədər yaxşı şərait yaradılıb. Ancaq bir sıra problemlər olduğu da sirr deyil. Biz deputatlar dəfələrlə bu problemləri səsləndirmişik. Bilirsiniz ki, sahibkarlıq sahəsində ən mühüm problemlərdən biri kredit faizlərinin yüksək olmasıdır. Mərkəzi Bankın yeni sədri çıxış edəndə biz bir daha faizlərin aşağı olmasının vacibliyini vurğuladıq. Hesab edirik ki, faizlər ən azı bir rəqəmli olmalıdır. Heç olmasa ən azı 10-12 faizdən çox olmasın. Təbii ki, ondan yuxarı olan faizlər qeyri-məntiqli faizlərdir. Və bu faizlərlə sahibkarlıq işini nəinki inkişaf etdirmək, onu davam etdirmək belə çox çətindir. Ona görə ki, bütün dünyada bir meyar var. Meyar da onu deyir ki, sahibkar əgər ilə 10-12 faiz xalis gəlir əldə edirsə, o uğurlu bir sahibkar hesab olunur. Yəni, istisna hallar ola bilər. Burada söhbət qanuni bizneslərdən gedir. Bu da çox vacib və labüddür. Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülməlidir”.
V.Bayramov qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlıq həm inkişaf etməkdədir, həm də şaxələnməkdədir: “Təbii ki, dövlətimiz sahibkarlığın inkişafı istiqamətində bir çox addımlar atır. Amma, əfsuslar olsun ki, bizim sahibkarlar bir o qədər də maraqlanmır. Çünki çoxu atılan addımları bilmir və fikir vermir. Qeyd edim ki, daha çox kənd təsərrüfatının inkişafı istiqamətində dövlətimiz çox böyük işlər görüb. Bizim sahibkarlar da gərək bununla bağlı biraz diqqətli olsunlar, yaxşı mənada aqressiv olmalıdırlar və biznesə inamlıdırlar. Düzdür, biznes həmişə uğurlu ola bilməz, yəni bazar iqtisadiyyatının kredosu budur. Amalı budur ki, ancaq biznesini düzgün quran insanlar bu sahədə qalib gələ bilər. Bundan başqa, daimi 24 saat və 7 gün mübarizə aparmalıdır ki, biznesini inkişaf etdirsin. Bu bütün ölkələrdə belədir. Təbii ki, bu sahə geniş olduğu üçün problemlər və onların həlli istiqamətində, dövlət tərəfindən görülən işlər barədə günlərlə danışmaq olar. Bir açıqlama ilə onun həllini göstərmək çətindir. Sadəcə onu qeyd etmək istəyirəm ki, 2023-cü ildəki sahibkarlığı 2017-ci illə müqayisə etsək, 90-95 əminliklə böyük müsbət dəyişiliklərin olduğunu deyə bilərik. Bu dəyişilikləri və inkişafı sahibkarlar özləri də etiraf edirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13

