Demokratik dövlətin əsas istiqaməti
26.08.2023 [11:20]
Fikir, söz və məlumat azadlığının təminatı
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşan dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək mümkündür. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.
Azərbaycanda hər kəsin hansısa məsələ haqqında müstəqil fikirlərini bildirmək azadlığı var. Peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz hüquqlarını tələb edə bilir. Söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsində söz və mətbuat azadlığı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi əsas rol oynadı.
Milli Məclisin üzvü Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biridir, söz və mətbuat azadlığı demokratiyanın göstəricisidir: “Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar.
Azərbaycan söz və mətbuat azadlığının inkişafının qeydinə qalan, ən azından bu istiqamətdə iradə nümayiş etdirməyə çalışan ölkələrdəndir. Düzdür, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, bizim ölkəmizdə də söz və mətbuat azadlığı sahəsində bəzi problemlər var. Bu problemlərin bəzən subyektiv, bəzən isə obyektiv səbəbləri olur. Bəzi hallarda isə məmurlar, idarəçilik məsuliyyəti olan şəxslər ölkədə söz və mətbuat azadlığının tamamilə təmin olunmasına maraq göstərmirlər. Çünki açıq və şəffaf fəaliyyət onların bir çox kirli planlarını həyata keçirməsinə imkan vermir”.
Deputatın sözlərinə görə, azad, ədalətli və demokratik cəmiyyət qurmaq istəyiriksə, mütləq mətbuat azadlığının təmin olunmasına nail olmalıyıq: “Məhz mətbuat azadlığı, ictimai nəzarət dövlətin bütün qurumlarının şəffaf işləməsini təmin edən başlıca amildir. Güclü ictimai nəzarət olmazsa, məmurlar, vətəndaşın qeydinə qalmalı olan, onun rifahı üçün cavabdehlik daşıyan qurumlar öz fəaliyyətlərini düzgün qura bilməzlər. Çünki onlarda arxayınçılıq yaranar, hesabatlılıq məsuliyyəti ölər. Biz yalnız ictimai nəzarəti təmin etməklə həmin məmurların vəzifə məsuliyyətinin artırılmasına nail ola bilərik.
İctimai nəzarətin təmin olunmasının başlıca yolu azad və müstəqil mətbuatdan keçir. Əgər fikir müxtəlifliyi varsa, hər kəs eyni cür düşünmürsə, cəmiyyətdə fərqli səslər eşidilirsə, bu, demokratiyanın təzahürüdür. Təbii ki, ölkəmizdə bu sahədə bir sıra problemlər var. Problemləri inkar etmək yox, həll etmək lazımdır. İnkarçılıq yolunu tutmaqla özümüzə yalnız yeni problemlər yarada, vəziyyətimizi daha da ağırlaşdıra bilərik. Mən söz və mətbuat azadlığından sui-istifadənin tərəfdarı deyiləm. Söz və mətbuat azadlığının cəmiyyətin inkişafına yönəlməli olduğunu hesab edirəm”.
A.Badamov qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığının ideal şəkildə təmin olunması yalnız hakimiyyətdən, yaxud rəsmi qurumlardan asılı deyil: “Bu həm də vətəndaş cəmiyyətinin, media təsisatlarının şəffaf fəaliyyətindən asılıdır. Təəssüf ki, bir çox hallarda söz və mətbuat azadlığından sui-isifadə hallarına şahid oluruq. Bu da ümumilikdə prosesə zərbə vurur, söz və mətbuat azadlığının, fikir müxtəlifliyinin vacibliyi ilə bağlı problemləri arxa plana keçirir. Çünki bəzi adamlar sui-istifadə hallarını qabardaraq bütövlükdə demokratik təsisatları, mətbuatı, ictimai institutları, siyasi partiyaları gözdən salmağa çalışır. Buna yol vermək olmaz.
Hər iki tərəf-yəni həm rəsmi strukturlar, həm də söz və mətbuat azadlığı sahəsində çalışan insanlar, ictimai institutlar və media qarşılıqlı əməkdaşlıq etməyi bacarmalıdır. Biz yalnız qarşılıqlı əməkdaşlıq etməklə Azərbaycanda demokratik təsisatların kök atmasına, irəliləməsinə, ümumilikdə ölkədə demokratik ab-havanın yaranmasına nail ola bilərik”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

