Təhsil proqramları...
15.09.2023 [11:30]
Problemlər və həlli yolları
Yeganə BAYRAMOVA
Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması xüsusi bacarıq və qabiliyyət tələb edir. Xalqın ideologiyasının təbliğində belə proqramların rolu əvəzsizdir. Şübhəsiz ki, bu sahədə ciddi yeniliklərin olması arzuediləndədir. Azərbaycanda müxtəlif layihələr çərçivəsində bu istiqamətdə mühüm işlər görülür.
Ekspertlərin fikrincə, ölkəmiz tarixən dünyanın elm-mədəniyyət ocaqlarından biri olub və bundan sonra da bu yolda irəliləməkdə maraqlıdır. Bu sahənin təbliğində isə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının daha da təkmilləşdirilməsinə ciddi ehtiyac var.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, hazırda ölkəmizdə elmi-kütləvi, mədəni maarif və təhsil proqramları istiqamətində inkişaf istədiyimiz səviyyədə deyil. O, qeyd edib ki, Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən, dünyaya nümunə göstərilən ölkə hesab olunub. Ekspertin sözlərinə görə, azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar mövcuddur ki, bunun faydası cəmiyyət üçündür: “Əgər bu ənənələr davam etməzsə, deməli, həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat sayıla bilməz. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında rol oynayırsa, deməli, bu istiqamətdə diqqət daha da artırılmalıdır. Həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynadığı halda, onların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib məsələ olduğu ortaya çıxır. Bu baxımdan həmin proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsinin ləngiməsi heç cür qəbul edilən deyil”.
N.İsrafilovun fikrincə, sözsüz ki, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir: “Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş və əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların geniş şəkildə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalar da xüsusi yer ayırmalıdır. Şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır”.
Ekspert bildirib ki, təhsilin keyfiyyət səviyyəsi müəyyənləşməli, valideyn-müəllim münasibətləri, keyfiyyətli müəllim standartları üzərində ciddi işlər görülməlidir: “Hər keçən onillikdə biliyin statusu dəyişir. Təhsildə çox ciddi problemlərimiz var və bunlar yığılıb qalmaqdadır. İndi bilik mütləq tətbiq olunmalıdır ki, insan kapitalına çevrilsin. Ona görə də bu istiqamətdə Azərbaycanda tədqiqatların aparılması həddindən artıq vacibdir. Beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsində virnus proqramında hər zaman geridə qalırıq. Axrıncı dəfə PISA (Programme for International Student Assessment) proqramında 2018-ci ildə iştirak etmişik və 62-ci yerdə olmuşuq. Bu, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramıdır və 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmədə istifadə olunur. İbtidai təhsili bitirən uşaqların mətni anlamaq istiqamətində biliklərinin inkişafının qiymətləndirilməsi üzrə geri qalmışıq. Bu istiqamətdə çox ciddi işlər aparılmalı və proqramlar tərtib olunmalıdır. Dünyada adını çəkdiyim tədqiqatların toplandığı kitablar var. O kitabların dilimizə tərcümə olunması həddindən artıq maraq kəsb edə bilər”.
N.İsrafilovun qənaətincə, elmin populyarlaşdırılması istiqamətində layihələrin işlənməsi də olduqca vacibdir: “İndi biz informasiya əsrində yaşayırıq. Elm və təhsil sahəsində bir portal yaradılmalı və onlar arasında rəqabət təmin olunmalıdır. Elmi saytların yaradılması həddindən artıq vacibdir. Yeni məzmun istiqamətində addımlamalıyıq. Azərbaycanda universitetlərdə “?oloniya sistemi” tətbiq olunur. Boloniya bəyannaməsinin bizim üçün hansı tərəfinin vacib olmasına diqqət yetirilməlidir. Akkreditasiya məsələləri, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, tələbə-müəllim mobilliyi də mühüm məsələlərdən biridir. Bütün dünyada belə hesab edirlər ki, təhsilin əsas pilləsi və uşaqların təfəkkürü məhz ibtidai təhsil zamanı formalaşır. Peşə təhsili inkişaf etməlidir. Artıq bütün dünyada yeni peşə atlasları yaranıb. O atlaslara hansı peşələr daxildir və biz bunun hansı istiqamətini götürə biləriksə, onu aydınlaşdırmalıyıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

