Gender bərabərliyi...
19.09.2023 [11:21]
Yalnız qadınların yox, kişilərin də hüququ pozulur
Məlum olduğu kimi, gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə özünü fərqli formalarda büruzə verib. Bütün sahələrdə qərar qəbul edilərkən gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Tarixə nəzər salsaq, XX əsrdən başlayaraq Azərbaycan qadının cəmiyyətdə rolunun artdığını görərik. 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, o, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit edib. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Nəzərə alaq ki, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Fransada isə 1944-cü ildə verilib. O zamanlar bu, Azərbaycan üçün təkcə Şərqdə deyil, həmçinin dünyada əsl inqilab demək idi.
1988-ci və daha sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdiriblər. Həmçinin Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaşıblar.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin (GBQT) rəhbəri Ülviyyə Məmmədovanın fikrincə, Azərbaycanda gender bərabərliyi tam təmin oluna bilməz: “Çünki müsəlman ölkəsiyik. İstər-istəməz qadınlar və kişilər fərqli yerdədir. Lakin artıq Azərbaycanda da qadınların biznes kreditləri götürüb iş qurduğu, sahibkarlığa qoşulduğu müşahidə edilir.
Təəssüf ki, bəzən gender bərabərliyi dedikdə aydın olaraq nəyin nəzərdə tutulduğu başa düşülmür. Çünki bir çoxu gender bərabərliyi anlayışını “qadın və kişilərin sayı eyni olmalıdır” kimi dərk edir. Bu isə tamamilə yanlış yanaşmadır. Mən “gender bərabərliyi” yox, “gender münasibətləri” ifadəsinin işlədilməsinin tərəfdarıyam. Çünki insan təbiətinə uyğun olaraq istər evdə, istərsə də kollektivdə kişi və qadın bir-birini tamamlayır”.
Yanlış təbliğatlar...
Ü.Məmmədovanın sözlərinə görə, bəzi hallarda yanlış təbliğat səbəbindən gender bərabərliyi adı altında bir çox ailənin dağıldığına şahid oluruq: “Ailə dəyərlərini qorumaq üçün Azərbaycan xalqı bu adət-ənənəni nəsildən-nəslə ötürüb, qoruyub, saxlayıb. Ancaq bəzən mentalitetlə ailə dəyərləri səhv salınır. Mentaliteti insanların yaratdığını bilmək mütləqdir. Ailə dəyərləri isə qədimdən bu günümüzə qədər nəsildən-nəslə ötürülərək gəlib çatıb.
Qadın və kişinin özünə xas xüsusiyyətləri var. Bu xüsusiyyətlər bir-birini tamamladıqda gözəl olur. Təəssüflər olsun ki, ölkəmizdə gender bərabərliyi adı altında yanlış təbliğat aparılır. Bu da dağıdıcı xarakter daşıyır. Ölkəmiz və ümumiyyətlə, Şərq ölkələri üçün gender fəlsəfəsi tamamilə yeni əsaslarla işlənməlidir. Ərazidən, regiondan, ölkədən asılı olaraq gender məsələləri ahəngdar bərabərliyi tamamlayacaq şəkildə nizamlanmalıdır”.
Kişilərin də hüququ pozulur
Birlik sədri qeyd edib ki, gender bərabərliyinin təmini üçün görülən işlərdən, xüsusilə, regionlarda yaşayan qadınlar o qədər də məlumatlı deyillər: “Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Sadəcə ailədə məsuliyyət bölüşdürülməlidir. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, həmişə deyirik ki, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin.
Gender bərabərliyi ilə bağlı ölkəmizdə boşluqlar var. Məsələ ətrafında ciddi işlər görülməlidir. Bir çox hallarda gender bərabərliyi deyəndə insanlar bunu yalnız qadın hüquqlarının qorunması kimi başa düşür. Lakin bir məqamı etiraf edək ki, cəmiyyətdə yalnız qadınların deyil, eyni zamanda kişilərin də hüquqları pozulur. Əsas olaraq öz konsepsiyamız olmalıdır. Maarifləndirmə işləri aparılmalı, istər bağçalarda, istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində tədbirlər keçirilməlidir. Eyni zamanda gender məsələlərinin mahiyyəti cəmiyyətin yetişən gəncliyinə başa salınmalıdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

