Gənclərin inkişafı üçün
04.10.2023 [12:15]
Layihə və təşəbbüslərə yeni yanaşma gətirilməlidir
Günel ABBAS
Gənclər təşkilatlarının formalaşdırılması dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə rəhbərliyi gənclər siyasətini prioritet hesab edir və bu siyasətin həyata keçirilməsi üçün müvafiq qərarlar qəbul edir. Təşkilatlar gənclərin birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etmələri üçün əvəzsiz mühitdir. Gənclər bu təşkilatlarda həm öz mənini axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlət qayğısı gələcək nəslin hərtərəfli inkişafını təmin edir.
Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatındadır. Gənclər təşkilatlarının nizamnamə məqsədlərinə görə bir sıra fəaliyyət istiqamətləri var. Nizamnaməyə görə, təşkilatlar vasitəsilə gənclər Avropaya inteqrasiya və beynəlxalq mübadilə proqramlarında iştirak etmək hüququ qazanır. Eləcə də regionlarda yaşayan gənclərin sosial və təhsil problemlərinin həllində, vətənpərvərlik və vətəndaşlığın təşviq olunmasında iştirak edirlər.
Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir, mütəmadi olaraq sosial və ictimai layihələr həyata keçirir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Yeni Azərbaycan”a açıqlamasında gənclər təşkilatlarının fəaliyyətindən və öhdəliklərindən danışıb. Onun sözlərinə görə, Gənclər Birliyi həyata keçirdiyi layihələrlə partiya gənclərinin qarşısına qoyulan məqsədə ən uyğun şəkildə çatmaqdadır: “Həyata keçirdiyimiz layihələrdə gənclərin mənəvi inkişafını diqqətdə saxlayırıq. Gənclərlə mütəmadi görüşlər, diskussiyalar keçirir, onlara vətənpərvərlik hisslərinin aşılanmasına çalışırıq. Bunlar hər biri fəaliyyət planına əsaslanaraq sistemli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin gənclərimizlə bağlı səsləndirdiyi vacib bir fikir var, bu, gənclərimizin müasir dövrün yeniliklərinə bələd, savadlı, dünyagörüşlü, eyni zamanda, öz tarixi-milli kökünə bağlı şəkildə formalaşdırılmasıdır. Bu da YAP Gənclər Birliyi olaraq fəaliyyət prioritetlərimizin əsas özəklərindən birini, başlıca prinsipimizi təşkil edir. Belə ki, Azərbaycan gəncinin öz keçmişinə, ölkəsinə bağlı, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq, o cümlədən innovativ, yenilikçi yanaşmalara, dünyada baş verən rəqəmsal dəyişikliklərə reaksiya verə biləcək savadda və təhsildə formalaşması üçün fəaliyyətlər həyata keçiririk”.
Azərbaycan gənci beynəlxalq arenada ölkəmizin təmsilçisidir
B.İslamov bildirib ki, gənclərin öhdəlikləri bu günün reallığı ilə böyük və əhəmiyyətlidir: “Vətən müharibəsinə qədər Azərbaycan gənclərinin üzərinə düşən əsas vəzifənin işğal altında olan torpaqları azad etmək olduğunu qeyd edirdik. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması gənclərin üzərinə də yeni missiya gətirdi. Ölkəmizin inkişafına töhfə vermək, Azərbaycanın bütövlüyünü qorumaq, onun xaricdə tanıdılmasında fəal iştirak etmək gənclərimizin yeni öhdəliklərindən bir neçəsidir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının da üzərinə bu öhdəliklər düşür.
Azərbaycan gənci bu gün vətənpərvər olmaqla yanaşı, həm savadlı, həm də dövrün çağırışlarına uyğun inkişaf etməlidir. Bu mənada gənclər təşkilatları ənənəvi formada həyata keçirdikləri layihə və təşəbbüslərə yeni yanaşmalar gətirməlidirlər. Çünki məhz milli şüurumuzu özündə ehtiva edən layihələri yeniliklərlə əhatə edərək gənclərin diqqətini cəlb etmək mümkündür. Əgər belə olmasa, gənclər təşkilatları gələcəkdə müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Hesab edirəm ki, bəzi təşkilatlar bunu nəzərə alır və çevik addımlar atırlar. Eləcə də digər təşkilatlar lazımi addımlar atıb, vaxtında öz fəaliyyətlərində dəyişikliklər etməlidirlər”.
Sədr qeyd edib ki, xaricdə fəaliyyət göstərən diasporlarda gənclərin fəaliyyəti ön plana çıxarılmalıdır. “Çünki Azərbaycan gənci, eyni zamanda, beynəlxalq arenada ölkəmizin təmsilçisidir və xaricdə Azərbaycan həqiqətlərinin çatdırılmasında aparıcı şəxslərdən birinə çevrilə bilir. Xaricdə yaşayan Azərbaycan gəncləri düzgün və sağlam şəkildə birləşməlidir. Bu halda aktiv fəaliyyət göstərə bilərlər. Təbii ki, son illər Azərbaycan gənclərinin diaspor təşkilatlarda effektiv çalışmalarının şahidi oluruq. Bundan sonrakı dövrdə də gənclərin daha çox səy göstərəcəklərinə inanıram. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları müxtəlif ölkələrdə yaşayan gənclərlə kommunikasiyalar quraraq bu istiqamətdə dəstək mexanizmi formalaşdıra bilərlər. Sonrakı mərhələdə artıq hər iki tərəf vahid bir məqsəd, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin inkişafı üçün çalışmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

