Diaspor quruculuğu prioritet kimi
10.10.2023 [14:29]
Günel ABBAS
Tarixin bütün dövrləri üçün aktual olan məsələlərdən biri də diaspor quruculuğu və lobbiçilikdir. Xüsusilə son illər, daha dəqiq desək, pandemiya və postpandemiya dövrlərində dünyanın bir çox ölkəsində ciddi qlobal dəyişikliklərin müşahidə olunduğu bir vaxtda diaspor və lobbiçilik bir qədər də aktuallaşdı. Ölkəmizdə diaspor quruculuğu və soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi, həmrəyliyi, yəni dünya azərbaycanlılarının təşkilatlanması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması, onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Çünki həyatının müəyyən bir qismini işi ilə əlaqədar doğma Azərbaycandan kənarda yaşamağa məcbur olan Heydər Əliyev həmin insanların keçirdikləri hissləri də, onların düşüncələrini də hər bir kəsdən daha gözəl anlayırdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan diaspor cəmiyyətlərinə aid olan bütün məsələlərə hər zaman olduqca böyük həssaslıqla yanaşıb. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
Təşkilatlanmanın uğurlu nümunəsi
Bu gün isə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Onun milli inkişaf strategiyası uğurla davam və inkişaf etdirilir. Qloballaşan, müasir dünyanın reallıqlarına, yeni geosiyasi vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu istiqamətində olduqca mühüm, əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər barədə söz açarkən ilk növbədə dövlət başçısının 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını xüsusi qeyd etmək lazımdır. Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.
Etiraf etmək lazımdır ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın təşkilatlanmasının, vahid amal uğrunda sıx şəkildə birləşməsinin ən aydın nümunəsi 44 günlük Vətən müharibəsi dövründə müşahidə olundu. Məhz Zəfər tariximizin yazıldığı günlərdə dünya azərbaycanlıları ən müxtəlif vasitələrlə dövlətin yanında olduğunu göstərdi, Dəmir yumruğun ətrafında sıx birləşdi. Döyüş yalnız ön cəbhədə getmirdi. Arxa cəbhədə - informasiya müharibəsində də ən az cəbhədə olduğu qədər aktivlik müşahidə olunurdu. Ermənistan hər vəchlə dünya ictimaiyyətini aldatmağa çalışır, dezinformasiyalar yayırdı. Təbii ki, belə bir məqamda bütün vasitələrlə düşmən təxribatlarına cavab vermək hər bir azərbaycanlının vətəndaşlıq borcu idi. Məhz soydaşlarımızın birliyi, həmrəyliyi nəticəsində Azərbaycan bu sınaqdan da üzüağ çıxmağı bacardı - ön cəbhədə olduğu kimi, arxa cəbhədə də parlaq qələbəyə imza atdı.
Birliyimiz, həmrəylimiz bu gün də davam edir. Ali Baş Komandanın ətrafında birləşən xalqımız bu gün Qarabağımızda gedən təmir-bərpa, abadlıq-quruculuq işlərində böyük ruh yüksəkliyi ilə iştirak edir. İllərdir həsrətində olduğumuz mədəniyyət beşiyimiz - Şuşamız artıq bir çox yerli və beynəlxalq tədbirlərə, layihələrə, konsert və festivallara ev sahibliyi edir. Bu tədbirlər sırasında aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının keçirilməsi də olduqca əlamətdar bir hadisədir.
Həmrəylikdən qardaşlığa
Bu ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdə də ölkə vətəndaşları daha bir həmrəylik nümunəsi ortaya qoydu. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hər bir azərbaycanlı meydana atıldı, qardaşına yardım əli uzatdı. Zəlzələ həm Türkiyə, həm də Azərbaycan tarixlərinə dəhşətli bir faciə kimi yazılmaqla bərabər, həm də dostluq, qardaşlıq, həmrəylik məfhumlarının ən parlaq nümunəsi kimi tarixə əbədi həkk oldu.
Məlumdur ki, hər il yüksək intellektə sahib olan minlərlə azərbaycan gənci təhsil almaq üçün ölkə xaricinə üz tutur. Son illər bu sahədəki inkişaf əvvəlki dövrdən müsbət mənada bir xeyli fərqlənir. Məhz son bir neçə il ərzində ölkə gəncləri dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul qazanaraq həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Həmin tələbələr təhsil aldıqları ölkədə keçirilən mədəni tədbirlərdə ölkəmizin milli adət-ənənələrini, qədim tarixini nümayiş etdirməklə bərabər, həm də Azərbaycan gəncinin istedadını açıq şəkildə ortaya qoyurlar.
Bütün bunlar Azərbaycanda diaspor quruculuğu istiqamətində görülən işlərin uğurlu nəticəsi olmaqla bərabər, həm də qarşıdakı dövr üçün milli dəyərlərin daha da möhkəmlənməsinin, dünya azərbaycanlılarının indikindən də artıq həmrəy olacağının qarantıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

