Təhsil proqramlarının hazırlanması…
07.11.2023 [11:24]
Hansı işlər görülməlidir?
Yeganə BAYRAMOVA
Ölkəmizdə hər zaman elmə, təhsilə maraq olub. Bir sıra azərbaycanlı alimlərin, elm xadimlərinin ixtiraları bunun əyani sübutlarındandır. Bu gün qarşımızda duran ən vacib məsələ məhz bu ənənələri davam etdirmək, yenə də faydalı ixtiralar, yeniliklər bəxş edən alimlər yetişdirməkdir. Bunun üçün mühüm məqamlara diqqət etmək lazımdır. Həmin məqamlardan biri və ən əsası elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasıdır.
Belə proqramların inkişaf etdirilməsi, eləcə də təşviqi üçün ölkəmizdə internet şəbəkəsinin olması olduqca böyük imkanların mövcudluğunu təsdiq edir. Belə ki, həmin proqramların hazırlanması, eləcə də təşviqi üçün geniş imkanlarımız var. Bu imkanların olması həmin istiqamətdə yüksək nəticələrin əldə edilməsi üçün müsbət haldır. İnternet resurslarından istifadə edərək, elmin, mədəniyyətin təbliğinə xüsusi yer ayrılması məqsədəuyğundur.
Ciddi və əməli işlər görülməlidir…
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəni bildirib ki, hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır. Ekspertin qənaətincə, xüsusilə də təhsil dövlətin gələcəyi və güclənməsi baxımından ən vacib faktorlardan biridir: “Dövlətimiz hər bir sahənin inkişafı üçün bütün istiqamətlərdə mühüm addımlar atır. Amma buna baxmayaraq elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində təkmilləşməyə böyük ehtiyac var. Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin, elmi-kütləvi, mədəni-maarif sahəsində müəyyən addımların atılması zərurəti artır. Hazırda ölkəmizdə elmi-kütləvi, mədəni maarif və təhsil proqramları istiqamətində inkişaf istədiyimiz səviyyədə deyil. Bu məsələdə daha çox məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. Həmin qurumlar qeyd olunan istiqamətdə müştərək proqramların hazırlanması, onların təbliğatı və təşviqi ilə məşğul olmalıdır: Dövlət elmi-kütləvi və mədəni-maarif sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir”.
Elmi-kütləvi tədbirlər az keçirilir…
E.Əfəndinin sözlərinə görə, müasir dövrdə təhsil proqramlarının araşdırılması, daha çox inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiq olunması daha məqsədəuyğundur: “Hazırda informasiya texnologiyaları əsrində yaşayırıq. İnformasiya texnologiyaları hər gün inkişaf edir. Texnologiyanın sürətli inkişafı müasir dünyanı, o cümlədən Azərbaycanı çağırışlara dərhal cavab verməyə səsləyir.
Bu gün Azərbaycanda fəaliyyət göstərən orta ümümtəhsil müəssisələrində dərslər kurikulum təhsil proqramı əsasında keçirilir. Ali təhsil və orta ixtisas təhsil müəssisələri isə boloniya sisteminə əsaslanır. Bu yaxınlarda Elmlər Akademiyasının bir sıra qurumlarının Elm və Təhsil Nazirliyi tabeliyinə verilməsi bu istiqamətdə işlərin görülməsinin zəruri olduğunu göstərir. Bizdə elmi-kütləvi tədbirlər demək olar ki, çox az keçirilir.
Olimpiadaları, müəyyən təhsil yarışlarını, müsabiqələri, Texnofest festivalını və s. keçirilməsini elmi-kütləvi bir tədbir kimi qeyd edə bilərik. Ümumiyyətlə, hər il davamlı olaraq müəyyən elmi-kütləvi müsabiqələri, festivalları təşkil etməliyik. Bura alimlərimiz dəvət olunmalı, müxtəlif universitetlərin və məktəblərin elmi işləri, layihələri orda önə çıxarılmalıdır. Eyni zamanda bu işləri beynəlxalq səviyyədə də aparmalıyıq. Beynəlxalq yarışmalarda azərbaycanlı alimlər, məktəblilər, tələbələr iştirak etməlidir. Azərbaycanın bütün sahələrdə elmi, iqtisadi, hərbi istehsalat məhsulları orda təqdim olunmalıdır”.
Mədəni-maarif verilişləri azdır…
Ekspertin fikrincə, mədəni-maarif proqramları sahəsində çatışmayan tərəflər daha çoxdur: “Çünki hazırda ölkəmizdə mədəni-maarif istiqamətində müəyyən tədbirlərin keçirilməsində sanki nəsə çatışmazlıq var. Buna kütləvi imformasiya vasitələrini, televiziyanı misal gətirə bilərik. Bu gün televiziyalarımızın daha çox şou istiqamətində inkişaf var. Mədəniyyət televiziyası istisna olmaqla digər televiziyalarda mədəni-maarifə həsr olunan verilişləri təsadüfi hallarda görə bilirik. Lakin 44 günlük müharibədən sonra bu istiqamətdə artıq müəyyən işlər görülməyə başlayıb. Məsələn, Şuşada “Xarı Bülbül” festivalı, ya da “Vaqif Poeziya Günləri”nin keçirilməsi elmi, mədəni-maarif istiqamətində atılan addımlardır”.
Dünya təcrübəsindən faydalanmalıyıq…
E.Əfəndi təhsil proqramlarının istər tam, istər ümumi, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində müasir çağırışlar əsasında yenilənməli olduğunu vurğulayıb: “Hazırda STEAM əsaslı təhsil tədricən inkişaf edir. Artıq bir neçə məktəb və liseylərdə bu proqramdan istifadə olunur.
Fikrimcə, dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin, xüsusilə də təhsil sahəsində uğurları olan ölkələrin təhsil proqramlarından maksiumum faydalanmalıyıq”.
“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

