Sağlam düşüncəli gənclər...
15.11.2023 [10:49]
Uşaqların mənəvi inkişafı vacibdir
Y.SAHİB
Uşaqlar və gənclər hər bir ölkənin gələcək inkişafında və tərəqqisində mühüm rol oynayır. Bu baxımdan gənclər cəmiyyətimizin ən fəal və təşəbbüskar üzvlərindən sayılır. Ümumiyyətlə, hər bir gənc mənsub olduğu xalqın simasını əks etdirməklə yanaşı, dövlətin inkişaf potensialının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Uzun illər ərzində Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş gənclərimiz ermənilərin Azərbaycanda törətdikləri hərbi təcavüzə qarşı mübarizədə ön sıralarda olublar. Ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar respublikamızın ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdiriblər. Ona görə də ölkəmizdə köklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılır. Onların dövlət quruculuğunun inkişafında irəli çəkilməsi bir daha sübut edir ki, gəncliyə diqqət hər zaman artmaqdadır.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən sosioloq Sahib Altayın sözlərinə görə, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. O, qeyd edib ki, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır: “Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində, özünün xoşbəxt və firəvan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.
Uşaqların mənəvi dünyasında valideynlərin rolu
Sosioloq qeyd edib ki, hər bir ailədə uşaqların formalaşması onların valideyn kimliyindən çox asılıdır. Onun sözlərinə görə, valideynlər birbaşa gənclərin mənəvi inkişafına təsir göstərir: “Valideyn kimliyi dedikdə, valideynin hansı dəyərlərə, hansı xarakterik xüsusiyyətlərə, hansı tərbiyə üsuluna malik olması mühüm rol oynayır. Çünki o uşağı həmin dəyərlər əsasında tərbiyə edir. Bu amillər də uşaqların özəlliklə mənəvi tərbiyəsindən birbaşa asılı olan bir məsələdir. İlk öncə uşağın mənəvi-əxlaqi cəhətdən sosialaşması üçün ailədə psixoloji mühit olmalıdır, sağlam psixoloji mühit olması üçün də ailə konfliktsiz olmalıdır. Ailə konfliktdə olarkən uşaq şübhəsiz ki, travma ilə böyüyür. Bu da bütövlükdə, filogenetik inkişaf boyu şəxsiyyət olaraq uşağı müşayiət edir. Ona görə də, ailədə birinci sosial psixoloji iqlim normal olmalıdır ki, uşaq şəxsiyyəti ahəngdar şəkildə inkişaf etsin”.
Ailədə varislik prinsipi...
S.Altay qeyd edib ki, uşaqların mənəvi inkişafı üçün ilk növbədə ailədə varislik prinsipi qorunmalıdır:
“Yəni uşaqlara ulu dədə-babadan, nənədən qalan dəyərlər, mənəvi-əxlaqi keyfiyyətlər ötürülməlidir. Çünki bu, həm də ailənin idektivliyi, mənəvi kimliyi üçün əsas şərtlərdən biridir. Hər bir xalqın, hər bir cəmiyyətin, millətin özünəməxsus mənəvi-əxlaqi dəyərlər kompleksi, eləcə də mental dəyərləri var. Hər bir cəmiyyət özünün arxetiplərinə malikdir. Uşaqların mənəvi inkişafına ilk növbədə valideynlər fikir verməlidir. Uşaqlara vətənpərvərlik hissləri aşılanmalıdır. Görkəmli azərbaycanlı ziyalılarından biri olan Xudu Məmmədov həmişə qeyd edirdi ki, uşaqları vətəni sevdirmək üçün vətənpərvərlikdən danışmaq yox, ?ətəni ona təqdim etmək, göstərmək lazımdır. Vətənin gözəlliklərini, təbiətini, sərvətlərini görəndə istər-istəməz onda vətənpərvərlik ruhu formalaşır. Deməli, vətənpərvərlik, böyük-kiçiyə hörmət, ənənələrə bağlılıq, adət-ənənələrə hörmətlə yanaşmaq, eyni zamanda, ünsiyyət vərdişləri formalaşmalıdır ki, bu da mənəvi inkişafın formalarından biridir.
Sağlam təfəkkürlü uşaqlar yetişdirilməlidir...
Sosioloq bildirib ki, mənəvi cəhətdən inkişaf etmiş uşaqlar həmişə cəmiyyətdə fərqlənir və ön sıralarda olur: “Sirr deyil ki, mütaliə uşaqların mənəvi inkişafına ən çox müsbət təsir edən amillərdəndir. Yəni mütaliəsi zəngin olanlar həyatda daha mübariz olurlar. Müasir dövrdə uşaqlar daha dərin düşünürlər və məsələlərə tez reaksiya verirlər. Ona görə də, düşünürəm ki, valideynlər daim övladına nəzarət etməli və onunla daha yaxşı vaxt keçirməyi bacarmalıdır. Ümumiyyətlə, xalqımızın fiziki və mənəvi xüsusiyyətlərə sahib olan gələcəyini təmin etmək üçün sağlam təfəkkürlü uşaqlar, gənclər yetişdirməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

