Reionların sosial-iqtisadi inkişafı gündəmdə
30.11.2023 [10:55]
Mühüm addımlar atılır...
Uğurlu sosial-iqtisadi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ölkəmiz əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada böyük nüfuza sahibdir. Xüsusilə də Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bölgə üçün yeni imkanlar yaratdı. Qısa müddət ərzində azad olunmuş ərazilərimizdə bərpa işlərinə başlanılıb, artıq azad olunmuş ərazilərə köç başlayıb.
İnkişaf yoluna qədəm bütün ölkələrdə olduğu kimi Azərbaycanda da investisiya layihələri həyata keçirilir. Bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı da önəmlidir. Bu istiqamətdə Azərbaycanda kifayət qədər işlər görülür, bununla bağlı dövlət proqramı da var. Əgər inkişafdan danışırıqsa, görülən işlər, investisiya layihələri Bakı və digər böyük şəhərlərlə məhdudlaşmamalıdır. Bölgələrimizin bütün potensialından istifadə etmək, eyni zamanda əmək bazarında müsbət təsir edəcək. Dünyanın bir çox yerlərində regionların inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılır. Elə Azərbaycanda da bu istiqamətdə tədbirlər var. Buna misal olaraq, azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara güzəşti göstərə bilərik. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliklə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Bu və bunun kimi addımlar bölgələrimizin sosial-iqtisadi inkişafına töhfə verən amillərdəndir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı prioritet məsələlərdəndir: “Burada məqsəd həm də balanslı iqtisadiyyatı gücləndirməkdir. Nəzərə alsaq ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf var. Bu inkişaf kontekstində xüsusən də son illərin nəticəsi göstərir ki, ümumi daxili məhsuldakı artım qeyri-neft sektorundakı inkişaf hesabına baş verib. Dayanıqlı inkişaf həm də inklüziv olaraq regionların daha da inkişaf etdirilməsini prioritetləşdirir. Bizim monitorinqlər göstərir ki, bu inkişaf üçün regionlara daha çox yerli və xarici sərmayənin cəlb edilməsinə ehtiyac var. Bu gün ən vacib məsələlərdən biri paytaxt və böyük şəhərlərlə müqayisədə bölgələrimizdə sərmayə portfelinin kiçik olmasıdır. Ona görə də sərmayənin cəlb edilməsi üçün bölgələrdə yersiz müdaxilələr aradan qalxmalıdır. Monitorinqlər göstərir ki, bəzi rayonlarda hələ də iş adamlarının fəaliyyətinə yersiz müdaxilələr müşahidə olunur. Bu istiqamətdə institusional islahatların davam etdirilməsi olduqca vacibdir”.
Deputat deyib ki, bəzi ölkələrdə regionların inkişafı ilə bağlı fərqli yanaşmalar var. “Məsələn, İtaliyada regionların inkişaf etdirilməsi üçün ayrıca güzəştlərin, aşağı dərəcəli vergilərin tətbiqi həyata keçirilir. Burada məqsəd bölgələrə daha çox sərmayənin cəlb edilməsidir, çünki İtaliyanın cənubu və şimalı arasında iqtisadi baxımdan fərq müşahidə olunurdu. Aparılan islahatlarla bölgələrlə iri şəhərlər arasında fərqi aradan qaldırmaq mümkün oldu. Ona görə də İtaliya təcrübəsi də bu kontekstdə Azərbaycan üçün faydalıdır”.
V.Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin inkişafı və o cümlədən həm iqtisadiyyatın formalaşması, həm də reinteqrasiyası əsas prioritetlərindəndir: “Cənab Prezidentin də əsas tapşırıqlarından biri Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasında özəl sektorun yaxından iştirakı və dəstəklənməsi ilə bağlıdır. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur üçün 10 illik güzəşt paketi var və sərmayənin cəlb edilməsi ilə bağlı işlər görülür. Ona görə də azad olunmuş ərazilərimizin Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanları var. Bu, iqtisadiyyatımız üçün əlavə 10 milyard manata yaxın yeni dəyər deməkdir. Ona görə də bu dəyərin formalaşdırılmasında özəl sektorun daha yaxından iştirakı olduqca vacibdir. Bu da ölkə iqtisadiyyatına reinteqrasiyaya imkan verəcək, ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir”.
Y.SƏLİM
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50

