Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunun əsası kimi
12.12.2023 [11:00]
Növbədənkənar seçkilər yeni reallıqlara əsaslanır
Günel ABBAS
Hüquqi dövlət quruculuğunun inkişaf etməsi bilavasitə vətəndaş cəmiyyətinin hansı səviyyədə formalaşmasından asılıdır. Ölkəmizdə bu iki anlayış qarşılıqlı formada inkişaf etməkdədir. Bu yaxınlarda ölkə rəhbərinin müvafiq sərəncamı ilə 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsinin təsdiqlənməsi bunun bir nümunəsidir. Ümumiyyətlə, Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə və hökumətin siyasi sabitliyi təmin etməsinə görə dünya miqyasında reytinqlərdə ön sıralarda yer tutur. Yəni, dövlətimiz gözlənilən və gözlənilməyən hər bir daxili və xarici məsələdə proaktiv yanaşma ortaya qoyur. Növbədənkənar istənilən seçki isə dünya tərəfindən qəbul və tətbiq olunan siyasi təcrübədir.
Demokratik prinsipləri daim rəhbər tutan Azərbaycan dövləti yenə də hər bir namizədə bərabər səviyyədə şərait, platforma yaradacaq. Şübhəsizdir ki, normal və sağlam cəmiyyət olaraq da müxalif fikirlər olacaq. Heç bir subyektiv fikrə müdaxilə və təzyiq ola bilməz. Lakin reallıq odur ki, azlıq çoxluğa tabedir. Odur ki, sağlam cəmiyyətin təzahürü olaraq bu kəsim çox aşağı faizli olduğundan onların hər biri daha əvvəlki vaxtlarda və fərqli dünya təcrübələrində, siyasi reallıqlarda da olduğu kimi, məğlubiyyətə məhkumdur. Bütün bu nəzəriyyənin və praktikanın təməlində dayanan əsl və yeganə reallıq isə ondan ibarətdir ki, xalq Prezident İlham Əliyevin hər bir qərarını alqışlamaqla ona səsini də bir gün yox, hər gün verir.
Sağlam cəmiyyətin təzahürü - Xalq bu qərarı dəstəkləyir!
Politoloq Şəbnəm Həsənova bildirib ki, torpaqlarımız işğaldan azad edildiyinə və ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduğuna görə hüquqi baxımdan Prezident də bütün ölkə boyu hakimiyyətini tam bərqərar etməlidir: “Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edən şəxsə isə xalqın heç bir şübhəsi yoxdur, sadəcə, tam dəstəyi var. Buna görədir ki, sosial vəziyyətindən, peşəsindən, yaşından, dilindən və dinindən asılı olmayaraq, hər bir fərd növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı xəbəri eşidən kimi bunu zamanında alınmış ən düzgün qərar olaraq qəbul etdi. Çünki xalq nəyi, necə, nə zaman etməyin lazım olduğunun kim tərəfindən aksioma çevrildiyini yaxşı bilir. Siyasətdə hər bir qərar daxili olduğu qədər, xarici amillərlə də sıx bağlıdır. İki siyasət sahəsi arasındakı əlaqə çox güclüdür. Bu əlaqə konsensus və razılaşma anlayışlarını özündə əks etdirən dövlət liderlərinin qərarları ilə müəyyən olunur. Odur ki, xalq həm də beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli məsələlərin əksini regiona köçürmək istəyən qüvvələri də aydın gördüyünə görə bu qərarı ən doğru və düzgün hesab edir. Bütün ölkə boyu seçkilərin keçirilməsi isə ilk dəfə olacağı üçün bu məsələ, sadəcə, qeyd etdiyimiz siyasi, hüquqi deyil, həm də mənəvi baxımdan xüsusi və tarixi əhəmiyyətli bir hadisədir”.
Münaqişələrin idarə edilməsinin, həllinin, sonrakı mərhələdə isə sülhün qurulmasının və qorunmasının real dünya üçün çətin və ziddiyyətli məsələ olduğunu vurğulayan politoloq bildirib: “Bu, həm də idarə edilməsi çətin olan dilemmalarla doludur. Prezident İlham Əliyev bu çətin dilemmalarının öhdəsindən mahir şəkildə gəlir, həm də bütün regionun rifahını öz qoruyucu missiyası altında saxlayır. Bəli, Azərbaycanın da, regionun da həyatında yeni, tarix boyu misli görünməmiş bir mərhələ başlayıb. Bu, geriyə dönüşü və aparılmağa cəhd belə göstərilməsi mümkün olmadığı qədər, irəlidə isə, sadəcə, perspektivlər vəd edən bir eradır. Xalqımız üçün qürur, fəxr və iftixar mənbəyidir ki, hər yeni səhifəni açan, xalqın etimadını hər zaman doğruldan, məhz xalqın seçdiyi, güvəndiyi, sığındığı, inandığı üzvü İlham Əliyevdir”.
Siyasətdə təsadüflərə yer yoxdur. Prezident İlham Əliyev isə xalqın qətiyyətli qərarının nəticəsini praktikada tətbiq edən, sadəcə, ölkənin deyil, regionun təhlükəsizliyini təmin edən siyasi fiqurdur. Bu məqamda Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlaması da növbəti dəfə göstərdi ki, Müzəffər Ali Baş Komandan hər bir əsgərinin, onun ailəsinin yanındadır. Məhz belə həssas amillər də xalqı bir daha dövlətinin başçısının ətrafında sipər kimi birləşdirir. Hər bir addım aydın, şəffaf və ən əsası, əməkdaşlığa yeni imkanlar vəd edir. Odur ki, regionun qeyri-sabitliyində maraqlı olan istənilən pozucu regional və beynəlxalq aktor da mövcud reallığı dərk etmək üçün bir daha şans əldə edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

