Dəmir yumruq ətrafında birləşənlər...
26.12.2023 [11:20]
Azərbaycançılıq ideologiyasının təntənəsi
Günel ABBASOVA
Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında birləşməklə, Vətən müharibəsində iştirak etməklə Azərbaycanın böyük zəfərinin əldə edilməsinə töhfə verib. Heç şübhəsiz bu tarixi zəfər Azərbaycandakı bütün xalqların həmrəyliyi nəticəsində əldə edilib.
Prezident İlham Əliyev çıxışlarının birində bu məqama toxunaraq deyir: “Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, Vətən müharibəsindəki tarixi zəfər Azərbaycandakı xalqların birliyinin, tarixi dostluq və qardaşlığının məntiqi nəticəsi idi və bu azərbaycançılıq ideologiyasının nəcibliyindən, aliliyindən xəbər verirdi.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 44 günlük müharibənin ilk günündən etibarən Azərbaycan xalqının birliyini pozmağa, həm arxa, həm də ön cəbhədə çaxnaşma yaratmağa, cəmiyyətimizdə inamsızlıq və etimadsızlıq mühiti formalaşdırmağa çalışan rəsmi İrəvan, bu məqsədlə müxtəlif təxribatlara əl atır, ən çirkin üsul və vasitələrdən istifadə etməyə çalışırdı: “Azərbaycan xalqının birliyini pozmaq, bu yolla onu məğlub etməyə çalışan düşmən müxtəlif media resursları, internet televiziyaları, sosial şəbəkələr vasitəsi ilə həqiqətdən tamamilə uzaq, təxribat xaraketerli məlumatlar yayır, ölkəmizdəki xalqları qarşı-qarşıya qoymağa çalışırdı. Düşmənin təxribat xarakterli məlumatlarından biri guya Azərbaycanda azsaylı xalqlara ögey münasibətin göstərildiyi, dövlətin onların qeydinə qalmaması ilə bağlı idi. Hətta erməni təxribatçıları iddia edirdi ki, guya Azərbaycan Ordusunun hücumçu dəstələri, ön xətdəki hissələri əsasən azsaylı xalqların nümayəndələrindən təşkil olunub və guya hərbi komandanlıq öz məqsədinə onların qanı və canı bahasına nail olmağa çalışır.
Vətən müharibəsi tarixinin qürurverici səhifələrindəndir ki, bu cür erməni təxribatlarına cavab ilk növbədə elə azsaylı xalqların nümayəndələri tərəfindən verilir, onlar erməni məkrini öz açıqlamaları ilə ifşa edirdi. Bəzi hallarda onlar bunu öz əməlləri ilə bəyan edir, bununla da ermənilərin səsləndirdiyi uydurma fikirlərin reallıqla heç bir əlaqəsi olmadığını diqqətə çatdırırdı. Hərbçilərimizin işğaldan azad edilən ərazilərdə küçə və divarlara yazdıqları yazılar, sadə dillə ermənilərə və bütün dünyaya verdiyi mesajlar da bu qəbildən olan addımlar hesab edilə bilər”.
O qeyd edib ki, Azərbaycan vətəndaşı olan müxtəlif xalqların nümayəndələrinin işğaldakı əraziləri öz canları bahasına azad etməklə Azərbaycanı həyatlarından daha çox sevdiklərini, doğma vətənləri uğrunda, Azərbaycan xalqının birliyi, xoşbəxt gələcəyi uğrunda canlarından sevə-sevə keçdiklərini sübut etdilər: “2020-ci ilin 10 noyabr tarixində - Vətən müharibəsinin sonuncu günündə Azərbaycandakı bir çox xalqların nümayəndələri Prezident İlham
Əliyevə müraciət edərək Ali Baş Komandanla həmrəyliklərini dilə gətirmiş, hər zaman olduğu kimi bundan sonra dövlət başçısının səsinə səs verəcəkələrini vurğulamışdılar. Məlum tarixi bəyanatda ölkəmizdə xalqların dostluq və qardaşlığına da toxunulmuş, bu dostluq və qardaşlığın əbədi olduğu qeyd edilmişdi.
44 günlük Vətən müharibəsi dövlətimizin düşmən üzərindəki qələbəsini təmn etməklə yanaşı, azərbaycançılıq ideyasının, bu ideyanın əsas tərkib hissələrindən biri olan multikulturalizm dəyərinin inkişafına da töhfə verdi. Müharibə bir daha sübut etdi ki, ölkəmizdə bütün xalqların səmimi, tarixi və qırılmaz birliyi mövcuddur. Məhz bu birliyin nəticəsidir ki, respublikamızın hakim partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən Vətən müharibəsində şəhid olan rus və digər millətlərin ailələri ziyarət edilmiş, partiya nümayəndələri bu ziyarətlər əsnasında şəhidlərimizə olan sevgi və ehtiramı bir daha ortaya qoymuşlar”, - o vurğulayıb.
Göründüyü kimi, Vətən müharibəsi ermənilərin iddia etdiyi kimi, nəinki Azərbaycandakı xalqlar birliyini pozdu, əksinə bu qardaşlığı daha da inkişaf etdirdi və yeni zirvəyə qovuşdurdu.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideologiyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

