Gənclərin vətənpərvərlik tərbiyəsi...
27.12.2023 [11:05]
Mənəviyyat məsələsidir
Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclər saysız-hesabsızdır. Buna dəfələrlə əmin olmuşuq. Baxmayaraq ki, torpaqlarımız 30 ilə yaxın düşmənin işğalı altında qaldı, lakin Azərbaycan gəncliyi bununla barışmadı. Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı. Amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun rəşadəti ilə Azərbaycan gəncliyi öz sözünü dedi.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, bu gün dövlətimizin əsas prioritetlərindən biri gənc nəslin milli mənlik şüurunda yetişdirilməsidir. O qeyd edib ki, ölkəmizdə milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirilir: “Bu gün gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması vacib işlərdən biridir. Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında təhsil ocaqlarının və hərbi xidmətin əvəzedilməz rolu var. Ordu dövlətin müstəqiliyini, suverenliyini və ərazi bötövlüyünün qorunmasının təminatçısıdır. Ordunun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir. Müharibə dövründə Prezident İlham Əliyevin gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət idi. Bu çağırışdan sonra gənclərin Vətənin müdafiəsinə könüllü olaraq qoşulması, xüsusilə ölkə xaricində yaşayan gənclərin də bu çağırışa səs verməsi tarixi qələbənin ilk qığılcımları oldu. 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu”.
R.Zeyni bildirib ki, gənclər Azərbaycan dövlətinin yaratdığı imkanlardan yararlanır, özlərini inkişaf etdirir, bilik və bacarıqlarını artırırlar: “Gənclərimiz dövlət və cəmiyyət qarşısında məsuliyyətini hiss edir qarşısına qoyulan öhdəlikləri layiqincə yerinə yetirirlər. Təbii ki, ökə rəhbərinin gənclərə inamı Vətən müharibəsində Azərbaycan gənclərinin böyük şücaət göstərməsinə zəmin yaratdı. Son illər ölkədə gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin artıq mükəmməl bir sistemi formalaşıb. Həyata keçirilən tədbirlər silsilə xarakter alıb. Bütün bunlar isə təbii ki, aparılan təbliğat işlərinin nəticəyönümlülüyünə müsbət təsir edir”.
R.Zeyni vurğulayıb ki, gənc nəslin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biri də mənəviyyat məsələsidir: “Mənəviyyat olmayan yerdə nə milli mənlik şüurundan, nə də vətənpərvərlikdən söz gedə bilməz. Maddi və mənəvi dəyərlərə malik yetişdirilən, tərbiyə olunan gənc nəsil heç bir halda zərərli axınların qurbanına çevrilməz və gələcəkdə də dövlətin yükünü layiqilə daşıya bilər. Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır. Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində həm ölkə daxilində, həm ölkə xaricində Azərbaycanımızı layiqi ilə təmsil edən gənclər yetişib. Həmin gənclər xarici dövlətlərin aparıcı və qabaqcıl universitetlərində oxuyaraq ölkəmizi həmin ölkədə layiqilə təmsil edirlər. Hər birimizə yaxşı məlumdur ki, bir dövlətin bayrağı başqa bir dövlətdə iki halda qaldırılaraq dalğalanır. Biri ölkə başçısı başqa bir ölkəyə rəsmi səfər etdikdə, digəri isə idmançılar beynəlxalq tədbirlərdə qələbə qazandıqda. Məhz bu baxımdan da gənc idmançılarımızın da beynəlxalq tədbirlərdə qazandığı qələbə aparılan uğurlu siyasətin bariz nümunəsidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

