Ağdama Böyük Qayıdış!
28.12.2023 [11:33]
4-cü və 5-ci yaşayış məhəlləsi 8 mindən çox sakini qəbul edəcək
Ağdam rayonu işğaldan azad edildikdən sonra bu ərazidə sosial-iqtisadi quruculuq məqsədilə işlər görülür. Dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biri isə keçmiş məcburi köçkünlərin Ağdama qayıdışıdır. Bu ərazinin iqtisadi inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq Ağdamda tədbirlər, konfranslar həyata keçirilir. Görüləcək işlər barədə ictimaiyyətə geniş məlumat ötürülür.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı yeni layihələrin təməlinin qoyulması bu diqqət və qayğının bir nümunəsidir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev KİV-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur: “4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan ibarət olan mənzillərin sayının 1 080 olması nəzərdə tutulur. 5-ci yaşayış məhəlləsinin isə ərazisi 12,12 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 3 803 nəfər təşkil edir. Mənzillərin sayının isə 1 115 olması planlaşdırılır.
Burada mənzillərdən başqa istirahət guşələrinin, futbol meydançalarının, yerüstü dayanacağın, söhbətgahın, uşaq oyun meydançalarının tikintisi nəzərdə tutulub. Həmçinin yaşayış kompleksləri daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. İstilik və isti su təchizatının isə mərkəzi qazanxana sistemi vasitəsi ilə təmin edilməsi planlaşdırılır. Yaşayış komplekslərində işlər mərhələli şəkildə həyata keçiriləcək. Yaxın zamanlarda ilk olaraq söküntü və şaquli planlama işlərinə başlanacaq. Növbəti mərhələdə isə yaşayış binalarının tikintisinə başlanması nəzərdə tutulub”, - deyə o qeyd edib.
Mərkəzi parkda məşhur çay evinin inşası nəzərdə tutulub
Bəşir Hacıyev həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq.
“Bunun 70 %-ni yaşıllıqlar, 25 %-ni səki və meydançalar, 5 %-ni isə tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin, məşhur Ağdam Çay Evinin inşası nəzərdə tutulub”, - deyə o qeyd edib.
“Azərenerji” enerji xəritəsi hazırlayıb
“Azərenerji” səhmdar cəmiyyətinin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Mircəlal Hüseynovun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam” qovşaq yarımstansiyası həmin enerji xəritəsinə daxildir: “Bu yarımstansiyanın çox böyük əhəmiyyəti var. Belə ki, bu obyekt Ağdam şəhərinin bir hissəsinin, ətraf kəndlərin, yaxınlıqda yerləşən Xocalı rayonunun Əsgəran qəsəbəsinin və digər ərazilərinin, Ağdərə rayonunun enerji təchizatında mühüm rol oynayacaq. Yarımstansiyada 2 ədəd 40 MVA-lıq transformator çalışır, obyekt 35/10 KV-luq qapalı, 110KV-luq açıq paylayıcı qurğulardan ibarətdir. Bu qovşaq yarımstansiyaya “Ağdam 1” yarım?tansiyasından 10 km məsafədə 110 KV-luq ikidövrəli elektrik verilişi hava xətti çəkilib. Eyni zamanda quraşdırılan bütün avadanlıqlar SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunub”.
Şəhərdaxili yolların inşası 2026-cı ildə yekunlaşacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov qeyd edib ki, Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub.
Onun sözlərinə görə, Ağdam şəhərinin Baş Planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir: “Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub”.
O bildirib ki, 189,7 km-lik yolun 17,5 km hissəsində 6-8 zolaqlı olmaqla torpaq yatağının eni 55-60 metr, 50 km hissəsində torpaq yatağının eni 35-40 metr olmaqla hərəkət zolaqlarının sayı 4 ədəd, 122,2 km hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla torpaq yatağının eni 20-24 metr təşkil edəcək: “Artıq tikinti işlərinə başlanıb. Birinci mərhələ üzrə avtomobil yollarının 58,7 km-lik hissəsinin tikintisi nəzərdə tutulub. Ümumilikdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub”.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29

