Vətəndaş cəmiyyəti!
13.01.2024 [11:12]
Hüquqi dövlətin bünövrəsi...
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti mühüm amil kimi dəyərləndirilir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutların formalaşması bu gün aktual məsələlərdən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşması məhz hüquqi dövlətin bünövrəsini təşkil edir. Bu iki amil- vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini izləyir. Biri olmadan digərinin varlığı da mümkün deyil.
Vətəndaş cəmiyyətinin formalaşmasında Qeyri-Hökumət Təşkilatlarının (QHT) xüsusi rolu var. Belə ki, müasir dövrdə dünya ölkələrində hər bir sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini görmək mümkündür.
Son 1 ayda...
Bu günlərdə Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu 25 ildir ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir.
Bildirilib ki, son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda - Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda regional forumlar keçirib. Qeyd edək ki, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib: “Ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib.
Ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb. Dünyada Azərbaycan liderinin hər bir sözü imzası kimi qəbul olunur.
Otuz ilə yaxın müddətdə işğal altında qalmış bütün torpaqlarımız məhz Prezident
İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı sayəsində azad olunub, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır.
İki yüz ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu”.
Vətəndaş cəmiyyəti üçün yeni imkanlar...
Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycanın vətəndaş cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevlə fəxr edir: “Bu gün Azərbaycan dünyada təhlükəsizlik adası, əmin-amanlıq diyarı kimi tanınır. O qədər də uzaq olmayan bölgələri, coğrafiyanı qanlı hadisələr, aramsız böhranlar, təlatümlər bürüyüb. Azərbaycan isə gündən-günə güclənir, inkişaf etmiş dövlətə çevrilmək yolunda sürətlə irəliləyir.
Ulu öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti Azərbaycanın bütün uğurlarının təməlində dayanır.
Ölkədə gedən ümumi inkişaf vətəndaş cəmiyyəti üçün də yeni imkanlar açır. Yaradılmış sərbəst və azad mühit QHT-lərin fəaliyyətini, onların təşəbbüslərini önə çıxarır. Hər il yüzlərlə QHT-yə müxtəlif dövlət qurumları qrantlar ayırır. Bu sahədə sistemli dövlət dəstəyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi təsis olunub.
Vətəndaş cəmiyyəti bu
prosesdə fəal iştirak edir
Azərbaycan Milli QHT Forumunun bəyanatına görə, Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir: “İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.
Azərbaycan QHT-ləri bu gün bir çox sahələrdə cəmiyyət həyatına layiqli töhfələri ilə seçilir, beynəlxalq miqyasda uğurlar qazanırlar. Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik. Bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!”.
Bu, böyük tarixi hadisədir...
Forumun bəyanatında bildirilib ki, 2003-cü ildən bu yana Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib: “İlham Əliyev qalib xalqın qalib Lideri kimi dünya miqyasında böyük şöhrət qazanıb.
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırır”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

