30 il sonra…
17.01.2024 [10:42]
Vətəndaşlar azad olunmuş rayonlarda səs verəcəklər!
Yeganə BAYRAMOVA
Məlum olduğu kimi, bu il fevral ayının 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Birmənalı şəkildə deyə bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçkisi kimi tarixə düşəcək. Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bundan böyük qürur və sevinc hiss ola bilməz…
26 seçki məntəqəsi yaradılıb…
Bəllidir ki, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. MSK-dan bildirilib ki, azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlar da rahatlıqla səsə verə bilərlər: “Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib”.
Vətəndaşlar üçün hər cür şərait yaradılıb…
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev bildirib ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır: “Artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib. Min seçki məntəqəsinə vebkameraların quraşdırılması təmin edilib.
Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır. MSK nümayəndələri ilə bir yerdə seçki məntəqələrinin monitorinqini keçiririk. Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb”.
Qalib vətəndaşların səsi…
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Prezident seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində, kənd və şəhərlərində keçiriləcək.
Əminliklə deyə bilərik ki, 2024-cü il fevral seçkiləri hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda - Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Zəngilan və s torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq”.
Bu məntəqələrdə seçicilər az olmayacaq…
R.Zeyni qeyd edib ki, azad olunmuş ərazilərdə yeni məntəqələrin yaradılması mühüm amildir: “Bəziləri deyə bilər ki, o ərazilərdə hələ məskunlaşma istənilən səviyyədə deyil, az sayda insan məskunlaşıb. Amma yaddan çıxarmaq lazım deyil ki, keçmiş məcburi köçkünlərin geri qayıtması və məskunlaşması davam edir, azad olunmuş ərazilərdə çox geniş quruculuq işləri gedir. Yəni, Azərbaycanın digər ərazisində qeydiyyatda olan vətəndaşlar həmin ərazilərdə işləyirlər. Ona görə də seçki günü onların işlərini dayandırıb qeydiyyata olduqları məntəqəyə gəlmələrinə ehtiyac yoxdur, onlar məhz işlədikləri yerlərdə yaradılan yeni məntəqlərdə səs verəcəklər. Bu mənada yeni yaradılan məntəqələrdə seçicilərin sayının heç də az olmayacağı qənaətinə gəlmək olar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması”istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

