Nazirliyin dəyirmi masasında...
07.02.2024 [10:40]
Utilizasiya ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir
Y.SAHİB
İstifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulması, eləcə də yol-nəqliyyat hadisələrinin artması ilə nəticələnir. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab edilir.
2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu məqsədə çatmağın yollarından biri şübhəsiz ki, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdır. Ona görə də ölkəmizdə köhnə avtomobillərin utilizasiyası xüsusi aktuallıq kəsb edir.
Yeri gəlmişkən, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyində nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı dəyirmi masa təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Müasir dünyada havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir. Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir.
Son zamanlar qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi və bu qəbildən digər məsələlər yer alır. Utilizasiya proqramının təsdiq olunması nəticəsində nəqliyyatlardan atılan zərərli maddələrin miqdarı azalacaqdır ki, bu da insanların sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Yeni utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə həm də tullantıların idarə olunmasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən öz töhfəsini verəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova qeyd edib ki, Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyini nəzərə alınsa, bu tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yaranıb: “Bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər. Dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir. Azərbaycanda da avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə ehtiyac yaranıb. Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Bu qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiyanın tətbiqidir”.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizdə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: “Prezident İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək”.
İclasda iştirak edən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, bu gündən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb: “Maliyyə Nazirliyi tez bir zamanda Fonda hesab açdı. Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə danışıqlar aparırıq ki, tez zamanda vəsaitlərin ödənilməsini təmin etsinlər. Məndə olan məlumata görə, artıq hər iki qurumda işlər yekunlaşıb və köçürülmə ilə bağlı problem yoxdur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

