Azərbaycanın qadın hakimləri UEFA-da
08.02.2024 [12:05]
Günel ABBAS
Qadınlar uşaq və gənclərin fiziki, mənəvi tərbiyəsində aparıcı mövqedə dayanırlar. Bu mənada idman sahəsində də qadınların xüsusi rolunun olduğunu qeyd etmək lazımdır. İdmanın demək olar ki, hər bir növündə qadın idmançılara rast gəlinir. Bu da öz növbəsində idman yarışlarına olan marağı birə-beş artırır.
Hazırda idmançılarımız müxtəlif yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Həmin idmançılar arasında qadınlar fəallıq nümayiş etdirirlər. Bu hal cəmiyyətimizdə də olduqca müsbət qarşılanır. Artıq hər bir valideyn cinsindən asılı olmayaraq öz övladının fiziki və mənəvi cəhətdən sağlam olması üçün idmana müraciət edir. Nəticədə ölkədə gələcəyimiz olan sağlam gənc nəsil formalaşır. Və idman sahəsində qadınların rolu artırılır.
Yeri gəlmişkən, Azərbaycanın FIFA dərəcəli hakimləri Fəridə Lütfəliyeva və Sevda Nuriyeva UEFA-dan təyinat alıblar. AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail yığmalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək. Qeyd edək ki, Fəridə Lütfəliyeva FIFA referisi, Sevda Nuriyeva isə FIFA referi köməkçisidir.
Ümumilikdə, tarixə nəzər salanda görürük ki, yerli əhali arasında milli mentallığa uyğun - qızların idman sahəsinə cəlb olunması ağır proses sayılırdı. Nəinki peşəkar səviyyədə, bədən tərbiyəsi və idmanla məşğulluq dərəcəsinin artırılması yolunda zərif cinsin nümayəndələri üçün təhlükəsiz, münasib şərait yaradılmalı idi. 1940-50-60-cı illərdə, əsasən, gəlmə xalqların nümayəndələri bu sahədə böyük üstünlük təşkil edirdi. Ara-sıra idmançı qadınlar arasında yerli qızları görmək olardı. Digər sahələrdə bu, bir o qədər problem yaratmasa da, yerli qızların idmana cəlb olunması üçün mərhələli inkişaf proqramı hazırlanmalı idi.
Müstəqillik dövründən orta məktəblərdən başlayaraq ali təhsil ocaqlarına kimi idman dərslərinin, müxtəlif idman cəmiyyətlərində qızlar seksiyalarının sayı artırıldı. Paytaxtda, böyük şəhərlərimizdə, ümumən bölgələrdə, rayonlarımızda qısa vaxt ərzində idmanın kütləviliyi təmin olundu. İnfrastruktur formalaşdırılır, qızların daha əsaslı şəkildə özlərinə inanması, peşəkar idman yolunun seçilməsi istiqamətində də fundanental proqramlar işlənirdi.
Azərbaycan hər zaman tolerantlığı ilə seçilib və respublikada yaşayan bütün xalqların nümayəndələrinə eyni qaydada şərait yaradılıb. Bunun nəticəsi olaraq, ölkəmizdə yetişmiş məşhur qadın idmançılar I. Rıskal, V.Landratova voleybol üzrə SSRİ qadınlardan ibarət yığmasının aparıcı üzvlərindən sayılırdılar və dünya, Avropa çempionatlarının, Olimpiya Oyunlarının qalibləri, medalçıları sırasında idilər. Dünya çapında göstərilən nəticələr yerli qızlarımıza əlavə inam, güc verirdi.
70-ci illərdən başlayaraq qadınlardan ibarət komanda idman növlərində Azərbaycan nümayəndələri yeni mərhələyə qədəm qoydu. Voleybolla yanaşı, həndbol, otüstü hokkey komandalarımız SSRİ miqyasında lider mövqelərə yüksəldilər. Şahmatçı qızlarımızı da bura əlavə etsək, qadın idmançılarımızın qısa vaxt kəsiyində zirvələr fəth etdiyini görmüş olarıq. İlk uğurlarımız voleybolçu və həndbolçu qızlardan gəldi.
Bununla yanaşı, ötən əsrin 70-ci illərində bünövrəsi salınmış şahmat məktəbimiz tək kişilər arasında deyil, qadınlar arasında da Avropa və dünyada öz layiqli yerini tutur. Dünyada ilk müsəlman qadın qrossmeyster adını qazanmış azərbaycanlı Aynur Sofiyevadır. Qadın həndbolçularımız IV İslam Həmrəylik Oyunlarında qızıl, növbəti yarışlarda isə gümüş medallara layiq görülüb. Faiq Qarayevin məşqçilik bacarığı sayəsində qadın voleybolu yenidən yüksəliş yoluna qədəm qoydu, milli, klub səviyyəsində qitə və dünya miqyasında müstəsna uğurlar qazanıldı.
Təsadüfi deyil ki, Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandası, dünyada sayılıb seçilən millilərdən biridir. İnfrastrukturun qurulması, yaradılan şərait nəticəsində Azərbaycan Avropa və dünyanın gimnastika mərkəzlərindən birinə çevrilməkdədir. Görülən işlərin bəhrəsi artıq özünü çox gözlətmir. Qızlarımızın adı mötəbər yarışlardan gəlir, böyük uğurlar qazanılır. Bütün bunlar zamanında Azərbaycan gəncliyinə, qadınlarımızın, qızlarımızın cəmiyyətdə, eyni zamanda idmanda layiqli yer tutması üçün qoyulmuş əvəzolunmaz təməlin nəticəsi və davamıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

