Demokratik dəyərlərin təbliği!
14.03.2024 [10:32]
İctimai maraqların müdafiəsində Azərbaycan modeli...
Demokratik dövlət olmadan hər hansı bir cəmiyyətin davamlı inkişafı qeyri-mümkündür. Çünki demokratiya cəmiyyətlərin maraqlarına xidmət etməyə yönəlmiş dövlət quruculuğu üçün əvəzolunmaz şərtdir. Təbii ki, demokratiya bir anda yaradılmır. Bunun üçün dövlət-vətəndaş münasibətlərini yeni səviyyəyə yüksəldəcək islahatların dərinləşdirilməsi qaçılmaz zərurətdir. Siyasi müstəqiliyimizin bərpasından ötən müddət ərzində davamlı islahatlar həyata keçirən Azərbaycan bu sahədə böyük uğurlara imza atması ilə seçilir.
İctimai və dövlət maraqlarının müdafiəsi Azərbaycan güclü xalq-iqtidar birliyini şərtləndirir. Xalq dövlət rəhbərliyinin həyata keçirdiyi işləri, əhaliyə göstərilən qayğını, ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür. Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, bu birliyin əsasını Azərbaycan xalqının öz liderinə olan sevgisi və inamı təşkil edir. Ölkə Prezidenti dövlət strategiyasının əsasını təşkil edən amillərdən biri də xalqın milli maraqlarının qorunması və təmin olunmasıdır. Hər zaman öz xalqına böyük diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri əhalinin sosial problemlərinin həllinə, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verib. Məhz bu kimi amillər xalqın İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardır.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən millət vəkili İlham Məmmədov bildirib ki, inkişaf etmiş ölkələrdə həyata keçirilən islahatlar daimi tərəqqi yolu və yeni çağırışlara cavab deməkdir: “Bu islahatlar dövlətin davamlı inkişafını təmin etmək, yeni çağırışlara adekvat cavab vermək, eyni zamanda, idarəetmə sistemini təkmilləşdirmək bacarığıdır. Siyasi müstəqilliyini bərpa etdikdən sonra yeni çağırışlar qarşısında qalmış Azərbaycan da islahatlar yolunu tutdu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar ölkənin simasını kökündən dəyişdirdi. Növbəti islahatlar dalğasının başlanacağının anonsu isə 2018-ci ildə verildi. Məhz həmin il aprelin 18-də andiçmə mərasimində Prezident İlham Əliyev islahatların yeni dalğasını elan etdi. Bununla da ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlandı. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində Azərbaycanda demokratiya quruculuğu sahəsində 15 illik təcrübənin olduğunu, siyasi mübarizə fenomeninin özünün düzgün istiqamətdə inkişaf etdiyini bildirdi”.
Deputat qeyd edib ki, bu gün hakimiyyətin bütün qollarında - qanunvericilik, icra və məhkəmə sistemlərində islahatlar aparılır, prosesin sadələşdirilməsi məqsədilə yeni hüquqi aktlar qəbul edilir: “Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi, hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından başlayaraq daha da intensiv həyata keçirilir. İslahatların ən mühüm nəticəsi ondan ibarətdir ki, Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası sayəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikada inkişaf edir. Ötən müddət ərzində aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan digər sahələrdə - orduda islahatların aparılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, ictimai maraqların təmin edilməsində, həmçinin təhsil sahəsində islahatların aparılmasında inkişafı davam etdirdi”.
İ.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəmiz qarşısında ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, xalqın əksər hissəsini siyasi sistemin daha da demokratikləşməsinə səfərbər etməyi bacardı: “Siyasi kursun həyata keçirilməsi üçün əhalini səfərbər etmək siyasi liderin həyata keçirdiyi ən mühüm vəzifələrdən biridir. Digər vəzifələr siyasi sistemin vəziyyətinin diaqnostikası və onun dəyişmə istiqamətinin seçilməsidir. Beləliklə, Azərbaycan Prezidentinin demokratikləşmə lehinə etdiyi seçim ölkəmizin hərtərəfli inkişafına yeni təkan verdi.
İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır. Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17

