Ən ağır hüquq pozuntusu
15.03.2024 [10:25]
Ermənistanın müharibə cinayətləri dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb
Beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə zamanı mülki şəxslərin, o cümlədən yaralı və xəstələrin hüquqlarının pozulması müharibə cinayətləri kateqoriyasına daxil edilir. Bu cinayətləri törətmiş şəxslərin həm milli, həm də beynəlxalq səviyyədə cəzalandırılması nəzərdə tutulur. Xüsusilə də 1949-cu il 12 avqust Cenevrə konvensiyalarının müddəalarına uyğun olaraq mülki şəxslərə və onların əmlakına qarşı törədilən hüquqazidd hərəkətlər birmənalı şəkildə müharibə cinayətləri siyahısına daxildir. Beynəlxalq hüququn norma və prinsiplərinə görə, münaqişə vəziyyətində olan və müharibə aparan hər bir dövlət bu prinsiplərə əməl etməli, müharibə qanunlarına hörmətlə yanaşmalıdır. Məlumdur ki, beynəlxalq humanitar hüquq normalarının əsasında min illər boyu mövcud olan və ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi və mənəvi dəyərlər dayanır. Bu mənada Ermənistan qeyd edilən normaların heç birinə əməl etməyərək müharibə cinayətləri törətmiş olur. 44 günlük Vətən müharibəsinin başlanğıcından mülki əhalinin hüquqlarının pozulması, müharibə cinayətlərinin törədilməsinin aşkara çıxarılması bunun əyani sübutudur. Azərbaycan Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini Qarabağ və Şərqi Zəngəzura dəvət edərək vəziyyətlə tanış edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə inkişafın, tərəqqinin yeni mərhələsinə qədəm qoyub: “Vətən müharibəsinin parlaq nəticəsi bütün dünyaya bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycanda yaşayan bütün xalqlar və millətlər vətənin dar günündə bir yumruq kimi birləşib mənfur düşmənin başını əzə bilirlər. Bu mənada demək olar ki, “Dəmir yumruq” xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir”.
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə kobud şəkildə pozub: “2020-ci il 27 sentyabr - 10 noyabr tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub olan Ermənistan davamlı olaraq Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrinə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib və öz vəhşiliklərini nümayiş etdiriblər. Nəticədə insanların çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları dağıdılaraq məhv edilib.
Azərbaycan onun suverenliyinə, ərazi bütövlüyünə və mülki əhalinin təhlükəsizliyinə qarşı olan təhdidləri dəf etmək üçün öz suveren torpaqlarında adekvat tədbirlər görüb. Hücumların davamlılığı, Ermənistan tərəfinin verdiyi bəyanatlar Azərbaycanın dinc əhalisi və mülki infrastrukturuna qarşı törədilmiş hücumların öncədən planlaşdırıldığını və Ermənistanın cinayətkar müharibə planının bir hissəsi kimi həyata keçirildiyini nümayiş etdirib. Əslində bu müharibə cinayəti deyil, insanlıq əleyhinə terror aktı idi. Azərbaycanın şanlı ordusu döyüş meydanında göstərdiyi şücayiət ilə təcavüzkar erməni cinayətlərinin layiqli cəzasını verib”.
C.Məmmədov bildirib ki, Ermənistanın törətdiyi cinayətlər dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb: “Prezident İlham Əliyev bütün çıxışlarında, rəsmi görüşlərində ermənilərin əsl üzünü ortaya çıxarıb. Bu mənada deyə bilərik ki, Vətən müharibəsi Azərbaycanın gücünü dünyaya tam şəkildə göstərdi. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı və beynəlxalq aləmdə öz qüdrətini sübut etdi. Heç şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Ermənistan isə bu prosesdə dünyada diz çökmüş, məğlub ölkə kimi tanındı. Beləliklə, 44 günlük müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Yenilənən tariximizin, işğal olunmuş torpaqlarımızın azad olunması bizim də üzərimizdə müəyyən vəzifələr qoyur. Uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq bizim müqəddəs vətəndaşlıq borcumuzdur”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

