İllüminatlar kimdir?
16.08.2024 [10:40]
İllüminatlar! Bu sözdə çox sirlər, eləcə də uzun bir tarix gizlənir...
İstənilən sui-qəsd nəzəriyyəçisi bu gizli təşkilatın uzun əllərinin dünya hökumətlərinə və banklarına necə nüfuz etdiyini, liderlərini necə ələ keçirmək istədiyini, onların artıq bütün dünyanı zəbt elədiyini iddia edə bilər. Amma bu gizli, həm də çox məşhur strukturun o qədər də zəngin olmayan ciddi bir tarixçəsi var.
Kilsənin düşmənləri
“İllüminat” adı ilk dəfə 1492-ci ildə İspaniya kilsə inkvizisiyasının protokollarında çəkilir. Kilsənin “bidətçi” elan etdiyi qrupun üzvləri özlərini “illüminadolar” adlandırırdılar. İllüminadolar kilsə qanunlarından kənara çıxan, bu səbəbdən də müqəddəs tribunalın məhkəməsinə çıxarılan xeyli təriqətdən biri idi. Həmin dövrdə kilsənin “mürtəd” elan etdiyi bu şəxslərin başına nələrin gəldiyi, hansı işgəncələrə məruz qaldıqları dəqiqliyi ilə məlum deyil.
Kilsənin qorxusundan uzun müddət gizlinə çəkilmiş həmin qüvvələrin bir dəstəsi 1634-cü ildə Fransanın şimalında özünü “İllüminati” adlandıraraq yenidən peyda olur.
Dövlət və kilsə onların varlığından xəbər tutanda
İllüminati təlimləri artıq geniş xalq kütlələrinin arasında populyarlıq qazanmışdı. Keşiş Pyer Qeren özlərinin daxili maarifləndirmə təlimini Pikardiya və Flandriya əyalətlərində fəal şəkildə yayırdı. Bidətin əhatə dairəsi o qədər böyük idi ki, getdikcə daha geniş vüsət alan təlimlər haqda kral XIII Lüdovikə xəbər verməli oldular. Kral qatı katolik olduğu üçün təriqətçilərin ən ağır şəkildə cəzalandırılmasını əmr etdi. Beləliklə, Fransada “İllüminat ovu” elə bir miqyas aldı ki, artıq ölkənin şimalındakı həbsxanalarda boş yer tapılmırdı. Həbsxanaların kameraları bidətçilərlə dolu idi. Fransada bir il çəkən sərt repressiyalar nəticəsində təriqət məğlubiyyətə uğradı, onun alovlu liderləri İngiltərə və İsveçrəyə qaçmalı oldular.
Alimlər niyə təşkilatlanırdı?
Aradan 140 il də ötdü, repressiyalar tədricən səngidi. Növbəti dalğanın başlanğıcı kimi Bavariyanın İnqolştadt şəhərində peyda olan beş nəfər İllüminatçı məxfi olaraq insanlığı təkmilləşdirmək qərarına gəldilər. Bu məqsədlə onlar 1776-cı il may ayının 1-də gizli cəmiyyət qurub, onun üzvlərini “İlluminati” adlandırmağa başladılar. Cəmiyyətin rəhbəri vəzifəsini universitetin hüquq professoru Adam Veyşaupt tuturdu. O, təşkilatın ilk beş üzvü qarşısına qlobal vəzifələr qoydu: monarxiyanı respublika ilə, xristianlığı deizmlə (yaradıcı Tanrının varlığını qəbul edən, lakin mistisizmi və dini konsepsiyaları inkar edən doktrina) əvəz etmək. Veyşaupta görə, anadan yaxşılıqla doğulan insan sonradan dinin, dövlətin və digər sosial institutların təsiri altında pozularaq pisləşməyə başlayır. Professor təşkilatın son məqsədini insanın səthi olan hər şeydən azad edilməsində görürdü. Buna nail olmaq üçünsə gizli cəmiyyətin ciddi iyerarxiyasını yaratmaq lazım idi. Veyşaupt əvvəlcə təşkilatın quruluşunu və rituallarını masonlardan götürmək istədi, lakin o zamanlar Almaniyada masonluq qeyri-ciddi imicə malik duruma düşmüşdü. İstənilən yeniyetmə azad masonların bütün sirlərini bilirdi və yaxud yaxın lojanın ünvanını bazardakı alverçilərdən öyrənmək olardı. Ona görə də professor Veyşaupt “İlluminati”nin qayda-qanununu özü hazırlamaq məcburiyyətində qaldı.
Təşkilatın strukturuna əvvəlcə üç səviyyə daxil idi: “dinləyici”, “minerval” və “aydınlanmış minerval”. Daxili qanuna görə, yeni dinləyici iki il böyük yoldaşlarından birinə şagirdlik etməliydi. O, hər şeydə öz “böyüyünə” tabe olmalı, lazım gələrdisə cəmiyyətdənkənar fəaliyyəti haqqında ona hesabat verməliydi. İyerarxiyanın aşağı səviyyəsində təmsil olunan yeni illüminatın bilgisi “bütün insanların həyatını yaxşılaşdırmağa kömək etmək”dən ibarət idi. Cəmiyyətin üzvləri təşkilatın həqiqi siyasi, dini məram və məqsədlərini yalnız minervalların liderinə yaxın olan şəxslərə açıb söyləyə bilərdilər.
Mübarizə və parçalanma
Cəmiyyət əsasən elm xadimlərini və universitet müəllimlərini gizli və qapalı şəkildə cəlb etdiyi üçün onların ideologiyası çox ləng yayılırdı. Böyük məqsədə çatmaqda vasitəçi olacaq insanları tapmaq üçün Veyşaupt 1777-ci ildə Münhen Mason Lojasına qoşulur. Professor 1780-ci ildə lojada İllüminat ideyalarından ilhamlanan və onlardan biri olmaq istədiyini etiraf edən baron Adolf fon Kniqqe ilə tanış olur. Kniqqe tezliklə cəmiyyətin liderlərindən birinə çevrilir.
Baronun təklifi ilə İllüminat strukturunda islahatlar aparılır. Bu minvalla onlar üçpilləli sistemdən altıpilləli iyerarxik quruluşa keçirlər. Cəmiyyətin aşağı üzvləri həmin mərhələlərlə irəliləyərək “areopaq” pilləsinə çata, yəni liderə ən yaxın on iki nəfərin cərgəsində ola bilərdilər.
Cəmiyyətin simvollarından biri kitab üzərində oturan Afina bayquşu idi. Yeni liderin təşəbbüsü ilə ayin və rituallar yenidən işlənmişdi. Bütün illüminatların öz çevrələri arasında istifadə etdikləri təxəllüsü vardı. Veyşauptun ikinci adı Spartak, fon Kniqqenin ləqəbi Filo idi. Baron təşkilatı getdikcə fəallaşdırmaqla genişləndirir, fəaliyyət dairəsini tədricən artırırdı. Bunlarla yanaşı, illüminatların sayı da artıb bir neçə yüz nəfərə çatmışdı. Bəzi mənbələrə görə, onların arasında İohan Volfqanq Höte də olub.
Veyşaupt var gücüylə çalışırdı ki, o dövrdə Bavariyada meydana gəlmiş başqa bir gizli cəmiyyətdən - “Rosicrucians”-dan mümkün qədər uzaq olsun. Bu ordenin ideologiyası İllüminatiyə daban-dabana zidd idi. Xristianlığa bağlı təşkilatın bütün üzvləri həm də monarxist idilər. Veyşaupt bu cəmiyyətlə toqquşmaqdan nə qədər qaçsa da, son nəticədə biri-birinin əksinə fəaliyyət aparan təşkilatlar gizli mübarizəyə başladı. Artıq hər iki təşkilat yerli hakimiyyət orqanları üzərində öz rıçaqlarından istifadə etməyə, biri-birinin sərbəst fəaliyyətini əngəlləməyə çalışırdı. İllərlə davam edən bu savaş heç-heçə hesabı ilə başa çatsa da, xal baxımından monarxistləri bir qədər irəli saymaq olardı.
“İllüminat”ın vahid idarəçiliyi uzun sürmür, 1784-cü ildə onların arasında da parçalanma baş verir. İddialı Filo cəmiyyətin lideri kimi Spartakdan daha yaxşı olduğuna inanırdı. Lakin Veyşaupt təslim olmaq istəmirdi. Nəticədə fon Kniqqe bir neçə ən yaxın tərəfdaşı ilə birlikdə təşkilatı tərk edir və hətta illüminatilərin kimliyi, nə işlə məşğul olduqları barədə bir neçə broşür də nəşr etdirir.
Ölən və dirilən “İllüminat”
Bu materiallar Bavariyanın ən nüfuzlu maarifçi monarxı sayılan Karl Teodora çatır və söz-söhbətlər, ziddiyyətlər onun xoşuna gəlmir. Buna görə də tezliklə ölkədə gizli cəmiyyətləri, xüsusilə də “İllüminat”ı qadağan edən dörd fərman ortaya çıxır. 1787-ci ildə bir neçə cəmiyyətin lideri tutulur və onların respublika qurmaq barədə xəyallarını əks etdirən gizli sənədlər aşkar olunur. Artıq “İllüminat” üzvlərini birbaşa edam cəzası gözləyirdi. Odur ki, Adam Veyşaupt, çətinliklə də olsa, 1830-cu ildə canını repressiyadan qurtararaq Türingiyaya qaça bilir və ömrünün sonunadək burada yaşayır. Bununla da Bavariyada “İllüminat”ın 11 illik tarixi başa çatır.
Lakin bu gizli cəmiyyət məğlub olsa da, asan unudulmur. Bir neçə onillikdən sonra təşkilat sui-qəsd nəzəriyyəsi həvəskarlarının ideyalarında və yazılarında yeni, daha aktiv bir formada üzə çıxdı. Sui-qəsd nəzəriyyəçiləri “İllüminat”ın məğlubiyyətini məqsədli şəkildə özlərinin elan etdiklərini bildirdilər. Bu bəyanat isə onların hələ də gizli sığınacaqlarda təhlükəsiz şəkildə gizləndiyindən, oradan qlobal maliyyə sistemini, eləcə də bütün dünyanı idarə etmək arzusundan xəbər verir...
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10

