Aclığa son...
16.10.2024 [07:17]
Ümumdünya Qida Günüdür
Keyfiyyətli və təhlükəsiz qida ilə təmin olunmaq hər birimizin istəyidir. Bu, daha yaxşı gələcək üçün vacib şərtlərdən sayılır. Bildiyimiz kimi, aclıq insan potensialını məhdudlaşdırır, nəticədə dayanıqlı inkişafın digər məqsədlərinə nail olmanı əngəlləyir. Təəssüf ki, bu gün bir çox ölkədə aclıqdan əziyyət çəkən çoxsaylı insan var. Bu hala səbəb olan əsas amillərdən biri isə qida çatışmazlığıdır.
Qida çatışmazlığı məhsul yığımında səmərəsiz üsullar və ərzaq itkiləri kimi müxtəlif amillərdən asılıdır. Müharibələr də qida məhsullarına çıxışa və əkin sahələrinə mənfi təsir göstərir.
Məlumdur ki, son illər bütün dünya bir çox sayda insanın təsirlənməsi ilə nəticələnən qlobal böhranlarla üzləşdi. Koronavirus pandemiyası, qida istehsalına təsir edən ekstremal hava hadisələri hər bir ölkəyə təsir etdi. Bu müddət ərzində təhlükəsiz, əlverişli və sağlam qidaya çıxışın olmasını təmin etmək üçün tədbirlərin görülməsinin vacibliyi sübut olundu. Ona görə də bu məqsədə çatmaq üçün qlobal cəmiyyət kimi birgə hərəkət etməliyik. Aclıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi və qıtlıq riskinin mövcud olduğu ölkələrə dəstək olmalı, onlara ərzaq sistemlərinin inkişaf etdirilməsinə kömək göstərməliyik.
“Daha yaxşı gələcək üçün qida hüququ”
Yeri gəlmişkən, bu gün “Ümumdünya Qida Günü” kimi qeyd edilir. 150-dən çox ölkə bu əlamətdar tarixi qeyd edir. 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis olunub. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsə, 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.
Qida günü hər il bir mövzuya həsr olunur. FAO bu il “Ümumdünya Qida Günü”nün şüarını “Daha yaxşı həyat və daha yaxşı gələcək üçün qida hüququ” olaraq təyin edib.
828 milyon insan aclıqla mübarizə aparır
Qida günü ilə bağlı FAO-nun rəsmi saytında qeyd olunub ki, bu gün dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan var. Məhz 16 oktyabr həmin insanlar üçün bütün bacardıqlarımızı səfərbər etmək günüdür: “Birlikdə çalışıb səylərimizi birləşdirərək dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan, uşaqlarımızın sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmalıyıq!.
Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat təşəbbüsü qida sistemlərinin səmərəli, dayanıqlı olmasına töhfə verəcək. Aqroərzaq sistemlərimiz ədalətli və güclü gələcək üçün böyük potensiala malikdir. Çünki onlar həyatımızın və iqtisadiyyatımızın bir çox sahələri ilə - kənd təsərrüfatından tutmuş təbii ehtiyatlara, enerjiyə, səhiyyəyə qədər bir-biri ilə bağlıdır.
Cari ilki Ümumdünya Qida Gününün bu səyləri sürətləndirərək, heç kimin kənarda qalmadığı, hər kəsin sağlam və faydalı qidaya çıxışı olduğu gələcəyə addım atmasına dəstək olacağına ümid edirik!”.
Aclığa son qoymaq üçün nə qədər vəsait tələb olunur?
FAO-nun məlumatına görə, qiymətləndirməyə əsasən, 2030-cu ilədək hər ilə orta hesabla 267 milyard ABŞ dolları həcmində əlavə vəsait tələb olunur. İmkansız və yoxsulların normal həyat tərzi və qidaya çıxışını təmin etmək üçün kəndlərə və şəhərlərə, həmçinin sosial müdafiə sahəsinə investisiyalar tələb olunacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46

