Brokolinin kolon xərçənginə qarşı qoruyucu təsiri ortaya çıxıb
25.08.2025 [13:32]
Kolon xərçəngi qlobal səviyyədə ciddi ictimai sağlamlıq problemi olaraq qalır. Təkcə 2022-ci ildə bu xəstəlik 903 min 859 nəfərin həyatına son qoyub və hər il təxminən 1,9 milyon yeni hal qeydə alınır. Hazırda kolon xərçəngi dünyada üçüncü ən çox rast gəlinən xərçəng forması və xərçəngdən ölüm səbəbləri arasında ikinci yerdədir. Risk faktorları arasında pəhriz ən mühüm və nəzarət edilə bilən amillərdən biri hesab olunur. “BMC Gastroenterology” jurnalında dərc edilən genişmiqyaslı sistematik araşdırma göstərib ki, brokoli, Brüssel kələmi, gül kələm və digər xaççiçəkli tərəvəzlərin daha çox istehlakı kolon xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmada 639 min 539 iştirakçının məlumatları, o cümlədən 97 min 595 kolon xərçəngi hadisəsi təhlil edilib. Ümumilikdə 17 tədqiqatın nəticələrinə əsaslanaraq, müntəzəm şəkildə bu tərəvəzləri qəbul edən şəxslərdə xəstəlik riski 20 faiz aşağı olduğu müəyyənləşib. Tədqiqatçılar gündəlik 20-40 qram xaççiçəkli tərəvəz qəbulunun riskin ən effektiv şəkildə azalması ilə əlaqəli olduğunu bildirirlər. Gündəlik 20 qramdan etibarən qoruyucu təsir müşahidə olunmağa başlayır, 40 qramadək isə artaraq davam edir. Lakin 40 qramdan yuxarı qəbul edildikdə əlavə əhəmiyyətli fayda qeydə alınmayıb. Xaççiçəkli tərəvəzlər flavonoidlər, lif, C vitamini və karotenoidlərlə yanaşı, qlükozinolatlar baxımından da zəngindir. Bu birləşmələr çeynəmə zamanı sulforafan kimi bioaktiv izotiyosiyanatlara parçalanır. Sulforafan kanserogenlərin təsirini azalda, xərçəng hüceyrələrində apoptozu stimullaşdıra, yeni damarların əmələ gəlməsini maneə törədə və hüceyrə dövrünü tənzimləyərək nəzarətsiz hüceyrə böyüməsinin qarşısını ala bilər. Analiz, həmçinin coğrafi faktorların təsir gücündə rol oynaya biləcəyini ortaya qoyub. Qoruyucu effekt Şimali Amerika və Asiyada aparılan tədqiqatlarda daha güclü, Avropa və Avstraliyada isə daha zəif müşahidə olunub. Bununla yanaşı, müəlliflər qeyd edirlər ki, nəticələr perspektivli olsa da, tədqiqat dizaynındakı fərqlər və pəhrizin qiymətləndirilməsindəki metodoloji çətinliklər səbəbindən ehtiyatla şərh edilməlidir.
Bu araşdırma gündəlik pəhrizə brokoli və digər xaççiçəkli tərəvəzlərin daxil edilməsinin kolon xərçəngi riskini azaltmaq üçün potensial olaraq mühüm qida strategiyası ola biləcəyini göstərir. Bununla belə, səbəb-nəticə əlaqəsini dəqiq müəyyən etmək üçün əlavə klinik və uzunmüddətli tədqiqatlara ehtiyac var.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

