Gülərək dünyamızı işıqlandıraq
07.10.2022 [10:46]
Bu gün Beynəlxalq Təbəssüm Günüdür
SƏİDƏ
1999-cu ildən bəri hər il oktyabr ayının ilk cümə günü rəsmi şəkildə qeyd olunan Beynəlxalq Təbəssüm Günü münasibətilə bütün oxucularımızı bu günə özəl gülümsəyərək təbrik edirik.
Bu özəl gün qrafik rəssam olan Harvi Bollu tərəfindən yaradılıb. O, XX əsrin ortalarında Amerikada yaşayırdı. Rəssamın işləri heç kim tərəfindən bəyənilmirdi. Harvi Bollun həyatında davam edən uğursuzluqlar “State Mutual Life Assurance Company of America” sığorta şirkətinin vizitka üçün simvol fikrini ona həvalə etməsiylə sona çatdı. Harvi çox keçmədən gülümsəyən sarı sima çəkib şirkətə tədqim etdi. Sifarişçilər bunu bəyəndi və vizitkalar qısa zamanda gözləniləndən daha çox uğur qazandı. Bir neçə ay sonra bu simvol köynəklərin, konvertlərin, açıqcaların, kibrit qutularının üzərində istehsal olunmağa başladı. Hətta ABŞ-ın poçt idarələri də markalarda bu simvoldan istifadə etməyə başladı. Hazırda internet vasitəsilə olan yazışmalarımızda emosiyalarımızı ifadə etməyi bizə asanlaşdıran “smaylik” Harvi Boll tərəfindən 1963-cü ildə bu şəkildə yarandı.
Rəssamın bu uğuru onu hər gün daha da fərəhləndirirdi. O, çoxsaylı müsahibələrinin birində bu haqda demişdi: “Tarix boyu bəşəriyyətdə və incəsənətdə hər tərəfə bunun qədər geniş yayılan, bu qədər xoşbəxtlik, sevinc və həzz gətirən, üstəlik asan tərtib olunmuş və hər kəs tərəfindən anlaşılan bir iş heç bir zaman olmayıb”.
Beynəlxalq Təbəssüm Gününün əsas şüarları olan “Xeyirxah iş gör”, “Kiməsə gülməyə kömək et” cümlələri insanları xoş əhval-ruhiyyəylə bir-birlərini gülümsətməyə sövq edir. Çünki insanların emosional halları bir-birinə asanlıqla təsir edə bilir. Emosional vəziyyətimizi daim şən saxlayaq ki, gülərkən enerjimiz yenidən bizə qayıtsın, əhval-ruhiyyəmiz a?tsın və ətrafımızdakı insanlarda da eyni təsiri buraxaq.
Gülüşün insan həyatını gözəlləşdirməsi ilə bağlı bir çox aforizmlər mövcuddur:
• “Gül ki, uğur səninlə olsun”;
• “Hər təbəssüm səni bir gün cavanlaşdırır”;
• “İnsan gülümsəyəndə daha gözəl görünür”;
• “Bir təbəssüm dünyanı dəyişdirə bilməz, ancaq mənimki dəyişə bilər” və s.
XX əsrin 70-ci illərində gülüşü orqanizmin çox güclü ehtiyat mənbəyi kimi ciddi şəkildə öyrənməyə başlayıblar. Gülüş haqqında elm olan hetologiyanın banisi sayılan amerikalı jurnalist Norman Kazinsi “ölümü güldürən adam” olaraq məşhurlaşdıran həyat hekayəsi də gülüşün insan üçün nə qədər xeyirli olduğunu sübut edir. Norman Kazins nadir sümük xəstəliyindən əziyyət çəkirdi və həkimlər bu xəstəliyə əlac tapa bilmirdilər. Norman öləcəyini düşünərək bir guşəyə çəkilib son günlərində doyunca gülmək üçün gününü komediya filmlərinə baxmaqla, lətifələr oxumaqla keçirir, bolluca C vitamini də qəbul edirdi. Nəticə isə heyrətamizdir. Norman Kazins həkimlərin əlac tapa bilmədiyi bu xəstəlikdən sağalır və öz müalicə metodunu “Gülüşün və C vitamininin superdozası” adlandırır. Gülüş də Vitamin C kimi bədənə təsir edir.
ABŞ-da aparılan tədqiqatlar nəticəsində gülüşün insan sağlamlığına olan faydaları müəyyənləşdirilib:
• antidepressant olaraq dəyərləndirilən gülüş stressin orqanizmə təsirinin qarşısını alaraq sinir sistemini rahatladır;
• ağrıları yüngülləşdirir;
• yaddaşı möhkəmləndirir;
• immunitetin yüksəlməsinə yardım edən hormonların düzgün işləməsinə səbəb olur;
• fiziki və zehni yorğunluğu aradan qaldırır;
• gərginliyi azaldır və depressiyanı sağalda bilir;
• orqanizmin müdafiə qüvvələrini artırır;
• ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır;
• qan təzyiqini aşağı salır;
• qanda şəkərin səviyyəsinin normallaşmasına yardım edir və s.
Gördüyümüz kimi, gülüşün insan sağlamlığına olan faydası danılmazdır. Gülmək həm bədənin, həm də ruhun qidasıdır. Gəlin gülüşlərimizin dozasını artıraraq həyatımızı daha da gözəlləşdirək.
7 Oktyabr - Beynəlxalq Təbəssüm Gününün şərəfinə hər zamankından 2 qat daha çox gülümsəyin. Viktor Hüqonun dediyi kimi, gülüş bir günəşdir, insanın üzündən qışı qovub baharı gətirir. Ömrümüz daim bahar olsun!
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

