Dünyanın ümumi dili...
14.10.2022 [10:55]
Bu gün Beynəlxalq Standartlaşdırma Günüdür
Hər kəsin gözlədiyindən daha yüksək standartlara cavabdeh olun ki, özünüzdən heç vaxt üzr istəməyəsiniz
(Henry Ward Beecher)
SƏİDƏ
Daha yaxşı, daha ədalətli, daha sağlam və gələcək nəsillər üçün qorunan bir dünyaya sahib olmaq istəyiriksə, nələrə diqqət yetirilməlidir? Cavab çox dəqiq və aydındır:
• Cəmiyyətin iqtisadi-mədəni inkişafına;
• İnsanların həyat səviyyəsinin daimi olaraq yüksəlmə meylinə;
• Sülh və firavanlıq şəraitində yaşanılmasına;
• Dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsinə;
• İqlim dəyişikliyi sürətinin yavaşladılmasına.
Bu məsələlərin diqqətə alınması və onların davamlılığının təmin olunması mühüm problemlərdir və bu problemlərin aradan qaldırılması üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən (ISO) beynəlxalq standartlar müəyyənləşdirilib.
ISO 1946-cı ilin oktyabrın 14-də standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasının həyata keçirilməsi məqsədilə 25 ölkə nümayəndələrinin Böyük Britaniyanın paytaxtı Londonda toplaşması ilə yaradılıb və rəsmi olaraq 1 il sonra fəaliyyətə başlayıb. 14 oktyabrın Beynəlxalq Standartlaşdırma Günü kimi qeyd olunması ISO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Bu günün məqsədi standartlaşdırmanın qlobal iqtisadiyyat üçün əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdır. Dünyanın bir çox yerində Beynəlxalq Standartlaşdırma Günü münasibətilə müxtəlif formada tədbirlər, sərgilər, maarifləndirici seminarlar, konfranslar keçirilir.
ISO hər bir şəhərin xüsusiyyətlərinə uyğun olaraq xüsusi həll yolları hazırlayır. Buna görə də “Standartlar şəhərləri daha dayanıqlı edir” bu günün əsas devizi olaraq qeyd olunur.
Standartlaşdırmanın əsas məqsədlərinə diqqət yetirsək, bizim üçün nə dərəcədə vacib olduğunu görə bilərik:
• İstehsalın effektivliyinin artırılması;
• İstehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
• İnsan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi;
• Ətraf mühitin qorunması və s.
Hər hansı bir beynəlxalq standart təklifinin qəbulu prosesi konkret sahədə müəyyən bazar ehtiyacına cavab verən layihənin hazırlanmasından başlayır, daha sonra üzv dövlətlərin nümayəndələri təklifi müzakirə edir və səs verirlər. Bu proses təxminən 3 il çəkə bilir. Bütün standartlar sistemi əməkdaşlıq üzərində qurulub.
Beynəlxalq standartlar işi daha səmərəli yerinə yetirmək üçün praktik həllər təklif edir. Məsələn, biz hazırda dünyanın istənilən ölkəsində saatın neçə olduğunu və ya ümumiyyətlə, bu gün ayın neçəsi olduğunu asanlıqla öyrənə bilirik. Kağızın müəyyən ölçülərdə istehsala buraxılması, hər bir ölkənin valyuta üçün öz standartlarını işləyib hazırlaması və s. hər biri beynəlxalq standartlara daxildir. Bu standartlardan istifadə etməklə biz həllin bir hissəsi oluruq.
Beynəlxalq standartlar bu gün avtomobildən tutmuş telekommunikasiyaya qədər bütün texnologiyaların inkişafını təmin edir, ticarətdə texniki maneələri aradan qaldırır və təchizat zəncirlərini təkmilləşdirir. İqtisadiyyatın inkişafında da standartlaşdırmanın rolu böyükdür. Bu standartlara uyğunluq istehlakçılara da kömək edir. Onlar məhsulların təhlükəsiz və ətraf mühit üçün yaxşı olduğunu bilirlər. Standartlar inam yaradır və bunlara sahib olmaqla həyatımızın nə qədər yaxşılaşdığını görə bilərik. Məsələn, beynəlxalq standartlardan və sənayeləşmədən öncə orijinal istehsalçıya getmədən bir maşın və ya ehtiyat hissəsi əldə etməyin heç bir yolu yox idi. Lakin indi biz elektron cihaz alan zaman onun şəbəkələr və ya digər elektron cihazlarla əlaqə yarada biləcəyini bilirik. Çünki onların hamısı bir sıra standart tezliklərlə işləyir. Avtomobillərimiz müəyyən yanacaq növü ilə işləyir, çünki ISO bu tip avtomobillər üçün standart təyin edir.
Müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olan ISO-da dünyanın 164 milli standartlaşdırma orqanı təmsil olunur. Azərbaycan Respublikası 7 iyul 2003-cü ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tam hüquqlu üzv olaraq təmsil olunur. Hazırda yerli ekspertlərimiz ISO-nun 14 Texniki Komitəsində müşahidəçi və tam hüquqlu üzv olaraq iştirak edir. Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından ISO-nun tam hüquqlu üzvüdür.
Azərbaycan Standartlaşdırma İnstitutu respublikamızı beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkəmizdə standartlaşdırma siyasətini həyata keçirir. Bu qurum yerli istehsal məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları təkmilləşdirir, beynəlxalq, Avropa, bir sıra qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırır.
Beynəlxalq Standartlaşdırma Günü ISO-nun zəhmətini və bugünkü dünyamızı tamamilə formalaşdırmasını qeyd edir. Bu gün həyatımızda standartlaşdırılan şeylərə və onların həyatımızı necə asanlaşdırdığına diqqət yetirək. Standartlaşdırma olmasaydı, həyatımız necə olardı?!
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45

