Heyvanlara da, özümüzə də əziyyət verməyək
01.11.2022 [11:45]
Bu gün Beynəlxalq Veqan Günüdür
Hər kəsin fərqli həyat tərzi var və bununla bağlı hər şeyin seçimi bizə məxsusdur. Bəzi insanlar heyvanlardan əldə edilmiş bütün qida məhsullarından imtina edirlər. Veqan həyat tərzini seçən bu insanların sayı gün keçdikcə daha da artır. Onların sayı artdıqca mağazalarda veqanlara özəl hazırlanmış qida məhsullarının çeşidi, veqan yeməklərinə diqqət göstərən otel və restoranların sayı da artır.
1994-cü il noyabrın 1-də İngiltərədə keçirilən Veqan Cəmiyyətinin 50-ci ildönümündə vegetarian heyvan hüquqları müdafiəçisi Louise Wallis bu tarixi Beynəlxalq Veqan Günü olaraq elan edib. Veqan Cəmiyyətinin prezidenti kimi onun məqsədi təkcə veqan assosiasiyasının davamlı mövcudluğunu vurğulamaq deyil, həm də ‘veqan’ sözünün ingilis dilinə keçməsinə diqqət çəkmək idi.
Əslində, veqanizm ideyasının ən az 2000 il əvvəl və vegetarianizm ideyasının (ət yeməmək) ondan 500 il əvvəl mövcud olduğu təxmin edilir. 1806-cı ilə qədər isə veqan həyat tərzi artıq formalaşmağa başladı. İlk əvvəllər veqanlar süd məhsullarından imtina etdi, daha sonra bu sıraya yumurtalar da daxil edildi. 1951-ci ilə qədər veqanlar artıq bütün heyvan mənşəli məhsullardan imtina etdi. Veqanların birləşərək İngiltərə Veqan Cəmiyyətini yaratması 100 ildən uzun çəkdi.
Veqan Cəmiyyəti 1944-ci il noyabrın 1-də Donald Uotson tərəfindən yaradılıb. O, ingilis mənşəli “vegetarian” sözünün ilk 3 və son 2 hərfini götürərək “veqan” sözünü yaradıb. Onun bu cəmiyyəti məhz 1 noyabr tarixində yaratmasına səbəb 31 oktyabr keçirilən “Halloween” bayramı ilə 2 noyabrda qeyd olunan Meksika Ölülər Günü arasına düşməsi idi.
Vegetarianlığın sərt forması olan veqan həyat tərzində insanlar:
* tərkibində heyvan mənşəli komponentləri istisna edən yalnız bitki mənşəli məhsullarla qidalanırlar;
* həm ətdən, həm də süd, bal, pendir, yumurta və heyvanlardan alınmış hər cür qida növündən imtina edirlər;
* dəri, xəz, yun və ipək paltar əsla geyinmirlər;
* heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan istifadə etmirlər və s.
Veqanlar heyvanlara əziyyət edilməsinin, öldürülməsinin və onlara qəddar rəftar edilməsinin qarşısını almağa çalışırlar. Onlar bu gün dünyanın müxtəlif ölkələrində Beynəlxalq Veqan Gününü xüsusi şəkildə qeyd edərək veqan həyat tərzinin yayılmasına, bu haqda insanların məlumatlılığının artmasına çalışırlar.
Onlar heyvanlara əziyyətin qarşısının alınmasında son dərəcə haqlıdırlar. Lakin bütün heyvan mənşəli qidalardan imtina etmək insan sağlamlığına necə təsir edər? Bir çox tədqiqatçılar bu həyat tərzinin sağlamlıq üçün bəzi təhlükələr yaratdığını qeyd edirlər. Heyvanlara əziyyət olunmasın, amma insanlar da bu həyat tərzini seçməklə özlərinə əziyyət etməsinlər.
Beynəlxalq Veqan Günü münasibətilə heyvanların qayğısına qalaq, onlara qarşı mehriban olaq və qapımızın önünə bir qab yeməklə su qoyaq.
Səidə RƏHİMLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

