Ramazanda necə qidalanaq?
28.03.2023 [11:20]
Şahanə XANKİŞİYEVA
Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdən tamamilə fərqlənir. Bu il orucluq yaz aylarına təsadüf etdiyinə görə günlər uzun keçəcək. Günün xeyli hissəsi ac qaldığımızdan elə qidalanmaq lazımdır ki, həm gün boyu aclıq hiss etməyək, həm də iftar açılana qədər taqətdən düşməyək. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə mayeni saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər.
Bəzi insanlar fikirləşir ki, ‘sahura qalxmasam da olar, yaxud bir stəkan su bəsdir’. Bu, qan şəkərinin günün erkən saatlarında düşməsinə və günün daha ağır keçirməsinə səbəb olur. Sahurda qidalanmanın ağır yeməklərdən ibarət olması da yanlış seçimlərdəndir. Belə ki, gecə maddələr mübadiləsinin sürəti azaldıqca yeməklərin yağa çevrilməsi və kilo alma riski artır. Sahur yeməyi yavaş həzm olunan və qida dəyəri yüksək olan ərzaqlardan ibarət olmalıdır. Çörək seçiminiz kəpəkli, çovdar çörəyi ola bilər. Ağ un, şəkər kimi çox tez həzm olunmayan qidalardan, xəmir və ya desert törəmələrinin istehlakından qaçmaq lazımdır. Qızardılmış yeməklər bütün gün ürək bulanmasına səbəb ola bilər. Tərkibində yüksək duz olan qidalar gün ərzində susuzluğu artırır. Sosiska, kolbasa kimi emal olunmuş ət məhsulları qəbul edilməməlidir. Süd, ayran, kefir qatıq, pendir, qaynadılmış yumurta, bol mövsümi təzə tərəvəzli salat; pomidor, xiyar, cəfəri, meyvədən hazırlanmış kompot, qoz, zeytun kimi qidalar sahurda sağlam qidalanma üçün yaxşı seçimdir. Sahurda bol su içmək məsləhətdir. Bu qidalanma gün ərzində həm bədənin vitamin balansını qoruyacaq, həm də artıq çəki almamağınız, sağlam olmanıza kömək edəcək.
Bu, artıq çəki problemi yaradır
Orucu ilıq su və ya xurma ilə açmaq lazımdır. Orucu açdıqdan sonra zeytun, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək həm ziyan, həm də artıq çəki problemi yaradır. İlk olaraq duru yeməklərdən başlamaq məsləhətlidir. 10-15 dəqiqə sonra isə az yağlı ət, tərəvəz yeməyi və ya salat ilə davam edə bilərsiniz. Ağ çörək, düyü plovu, qızardılmış kartof kimi qidaların əvəzinə bulqur plovu, tərəvəzli yeməklərə üstünlük verin. Yeməklərinizi tez yeməkdən çəkinin, yavaş-yavaş və hərtərəfli çeynəyin. Qidalanmadakı dəyişikliklər səbəbiylə meydana gələ biləcək qəbizliyin qarşısını almaq üçün maye istehlakınıza diqqət edin. Yeməklərdə yüksək lif tərkibli qidalara, yəni quru lobya, mərcimək, noxud, buğda çörəyi kimi ərzaqlar metobolizmamıza müsbət təsir göstərəcək. Təzə və qurudulmuş meyvələr, kompot, xurma, qoz, badam və s. kimi quru meyvələr yeyilməlidir. İftarda həddindən artıq şərbətli və yağlı desertlər yerinə, südlü desertlərə üstünlük verin. Bişirmə üsulları da vacibdir. Xüsusilə qaynatma, buxarda bişirmə kimi sağlam üsullarla hazırlanmış qidaları seçin. Qızardılmış, hisə verilmiş qidalardan imtina edin. İftardan 1-2 saat sonra qısa gəzintilər etmək həzmi yaxşılaşdıracaq. Eyni zamanda gümrah, əhval-ruhiyyəmizin yüksək olmasına kömək edəcək. İftarla sahur arasında susuzluq hiss etməsəniz də tez-tez su için. Tərkibində kofein olan içkilər yerinə süd, ayran, adi soda, təzə sıxılmış meyvə və tərəvəz şirələri, qızılgül, darçın kimi bitki çaylarına üstünlük verə bilərsiniz.
Qurani-Kərimdə yer alan ayəyə görə, xəstələr, səfərdə olanlar, hamilə qadınlar, yaşlılar oruc tutmaqdan azaddırlar. Allah tutduğunuz orucları qəbul eləsin!
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29

