“Buz qalxanlı” materik necə kəşf edildi?
30.03.2023 [11:34]
Şahanə XANKİŞİYEVA
Bu materikin sakinləri soyuğa davamlı pinqvinlər, yosunlar, delfinlərdir. Söhbət Antarktidadan gedir. Bu gün onun kəşfindən düz 203 il ötür. Antarktika heç bir dövlətə mənsub deyil. Lakin Avstraliya, Argentina və Böyük Britaniya müxtəlif dövrlərdə Antarktikaya sahib olmağa cəhd ediblər...
Orada zaman sonsuzdur...
Antarktika nəinki Yer kürəsinin ən soyuq, həmçinin ən quru yeridir. Materikdə yağıntıların orta miqdarı 10 santimetr təşkil edir. Lakin bu “buzlaqlar ölkəsində” bütün planetin 70 faiz su ehtiyyatı yerləşir. Antarktida sürünən heyvanların olmadığı yeganə ərazidir. Bu materikdə hətta qırmızı şəlalə axır. Antarktidada təxminən, 7 xristian kilsəsi mövcuddur. Qitədə atom-elektrik stansiyası (AES) da fəaliyyət göstərir. Antarktika zaman zonaları olmayan yeganə materikdir ki, buraya gələn alimlər ya öz vətənlərinin vaxtı ilə, ya da onları yemək ilə təchiz edən əməkdaşların vaxtı ilə yaşayırlar. Dünyanın ən təmiz dənizi Veddellin də burada yerləşməsi maraqlı görüntü yaradır. Belə ki, dənizin suyu o qədər şəffafdır ki, 80 metr dərinliyindəki əşyaları görmək olar. Antarktidada daimi sakinlər yoxdur. Burada yaşayan yeganə insanlar alimlərdir. Ağıl dişləri və appendisiti götürülməyənlər Antarktidada işləyə bilməz...
Yay aylarında bu “torpaqlarda” alimlərin sayı 5 minə çatır. Yay demişkən ən “isti” ayı fevral olan bir materikin şaxtasını təsəvvür edin. 1977-ci ildə Argentina qitənin bir hissəsini tələb etmək məqsədilə Antarktidaya hamilə qadın göndərib. Bununla da Antarktidada ilk doğulan insan - Emilio Markos Palmdır. Antarktikadakı aysberqlərin ölçüləri rekord həddədir. 2000-ci ildə buradan uzunluğu 295 metr, eni isə 37 metr təşkil edən bir aysberq ayrılıb. Antarktida meteoritləri tapmaq üçün ən yaxşı yerlərdən biri kimi tanınır, çünki onun quru və soyuq iqlimi meteoritləri qorumağa kömək edir. 2012-ci ildə çəkilmiş “Sanitin cənubu” qorxu filmi tamamilə Antarktidada çəkilmiş ilk bədii film idi. Çili və Argentinanın Antarktika qitəsində kiçik bir şəhəri var: Villa Las Estrellas və Esperanza Base.
14 min dollara buzlaq səyahəti
Bir çox ölkədə bu qitəyə gediş ilə əlaqəli hava limanları var. Antarktidaya turizmisə təşkil etmək heç də asan deyil. Ora səfər etmək arzusunda olan turistlər də yaxşı bilirlər ki, qiymətlər baha olacaq. “Buzlaqlar ölkəsi”nə səyahət etmək artıq mümkünsüz sayılmasa da, Azərbaycanın bu sahədə problemləri var. Birincisi, dənizlərdə və okeanda üzə bilən gəmilərimiz, o materikə getmək üçün özəl təchiz olunmuş təyyarəmiz yoxdur. Ondan əlavə bizim insanların bədən temperaturunun oranın havasına tab gətirməsi, çadır qurub orada qala bilmələri çətin məsələlərdəndir. Ancaq dünyanın bir çox ölkəsindən Antarktidaya turist səfərləri təşkil edilir.
Məsələn, Moskva şəhərindən Antarktidaya 9 günlük səyahət planlayırsınızsa, bu zaman sizin 14 min dollar xərciniz çıxacaq. Buraya yol, qidalanma və gecələmə daxildir. Antaraktidaya turist səyahəti 1960-cı illərdən sonra başlayıb və dəniz səyahəti formasında olub. 60-cı illərin sonunda buraya şəxsi yaxta ilə səyahət də əlavə olunub. Hava uçuşları isə 1970-ci illərdən Avstraliyadan və Yeni Zellandiyadan ekskursiya formasında həyata keçirilib. Ümumiyyətlə, Antarktidaya turizm mövsümü noyabrda başlayıb martda bitir. Ancaq buraya səyahət edərkən bəzi qayda-qanunlara riayət etmək vacibdir. Buranın havası çox soyuq olduğuna görə, yosunların bitməsi də uzun müddət ərzində baş verir. Buna görə də, onları tapdamaq, üzərində gəzmək qadağandır. Səfər bitdikdən sonra çoxları buradan özləri ilə kiçik də olsa nə isə götürmək istəyir. Xatirə olaraq götürəcəyiniz kiçik bir daş belə təbiətə zərərdir. Bu səbəbdən oradan “xatirə”götürmək qadağandır.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

