34 rublluq həyatdan milyarderliyə doğru...
05.09.2023 [12:12]
Vahid Ələkbərov necə varlandı?
Y.BAYRAMOVA
O, Azərbaycanda kasıb bir ailədə dünyaya göz açıb. Atası azərbaycanlı, anası isə rus olub. Söhbət Vahid Ələkbərovdan gedir. V.Ələkbərov 1950-ci ildə Bakı şəhərinin hazırkı Bakıxanov qəsəbəsində Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya göz açıb. Özündən başqa böyük 3 bacısı və Vaqif adlı qardaşı olub. Atası - II Dünya Müharibəsi veteranı Yusif Ələkbərov Beft Daşlarında çilingər işləyib. Anası isə evdar xanım olub. Ailə yalnız fəhlə maaşı ilə dolanıb.
Uşaq evinin bir addımlığında
Hazırda dünyanın ən böyük şirkətlərindən birinin sahibi olan V.Ələkbərovun uşaqlığı ehtiyac içində, kasıb şəraitdə keçib. Xüsusilə 3 yaşında ikən atasının vəfat etməsi ailənin maddi vəziyyətini bir qədər də çətinləşdirib. Həmin günə qədər heç yerdə işləməyən Tatyana Fyodrova beş uşağını əvvəlcə 34 rubl pensiya ilə saxlamağa cəhd edib. Qonşular, dostlar ona övladlarını uşaq evinə verməsini məsləhət görsələr də, razılaşmayıb. Müxtəlif yerlərdə işləyib. Müəyyən müddətdən sonra ailənin vəziyyəti düzəlməyə başlayıb. Belə ki, əvvəl V.Ələkbərovun böyük bacısı Züleyxa neft sahəsində işə düzəlib. Digər bacısı Nailə isə musiqi məktəbini bitirərək skripkadan özəl dərslər verib.
Ölümdən dönüş...
V.Ələkbərov orta məktəbi əla qiymətlərlə oxuyub. Hətta bəzən bacısı həyətə düşməsi üçün onu evdən qovurmuş. Məktəbi bitirdikdən dərhal sonra işləməyə başlayıb. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunub. Təhsili ilə bərabər neft-qaz hasilatı birliyində operator işləyib. 1974-cü ildə quyulardan birində baş verən partlayış zamanı təsadüf nəticəsində sağ qalıb. Bir qədər sonra isə fırtına səbəbindən sutkalarla neft platformasında qalmalı olub. Elə həmin ildə “Mədən mühəndis texnikası, neft və qaz yataqlarının kompleks mexanikləşdirilməsi” fakültəsinin məzunu olub. 1979-cu ilə qədər “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyib. 1979-cu ildə neft yataqlarının axtarışı məqsədilə Qərbi Sibirə göndərilib.
Orada neft emalı və hasilatı sahəsində “Başneft” və “Surqutnefteqaz”da yüksək vəzifələrdə işləyib. 1984-cü ildə Koqalım şəhərində “Koqalımneftqaz” İstehsalat Birliyində baş direktor kimi çalışıb. V.Ələkbərov orada elə dərin iz buraxıb ki, şəhər onun adı ilə bağlı olub. Belə ki, o, vaqonlarda yaşayan İstehsalat Birliyi işçilərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Nəticədə, Koqalımda əhali digər neft şəhərlərdən daha zəngin və rahat yaşamağa başlayıb. Bütün bu addımlar Kremlin diqqətini çəkib.
Çilingər oğlu və neft maqnatı...
Çilingər oğlu, adi operator vəzifəsi ilə iş həyatına başlayan V.Ələkbərov məhz 1990-cı ildə Rusiyanın neft maqnatına çevrilmək qərarı verir. BP-nin menecerlərindən olan Rondo Fellberg adlı şəxsin xatirələrinə görə, SSRİ-nin dağılmasından sonra “British Petroleum” sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir. V.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o, bu heyətin rəhbəri seçilir. Rondo Fellberg deyir ki, tədbirdə müzakirələrin gedişatını dərhal ələ alan Ələkbərov BP rəhbərliyinə müasir neft şirkətini necə yaratmaq haqqında suallar ünvanlayır: “Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqı biznes naharını belə ödəməyə yetərli deyildi”.
V.Ələkbərov niyyətinə çatır. 1991-ci ilin noyabrında Sovet İttifaqının süqutundan bir neçə həftə əvvəl Nazirlər Şurası tərəfindən “LUKoyl” yaradılır. “LUKoyl” 3 neft yatağını işlədən müəssisəni “Lanqepas”, “Urai” və “Koqalım”ı özündə birləşdirir. Ələkbərov SSRİ Neft və Qaz Sənayesi nazirinin birinci müavini vəzifəsindən istefa verərək şirkətin prezidenti və baş icraçı direktoru olur. Əslində “LUKoyl”ın yaradılması o zaman neft sektorundakı xaosdan doğur. Belə ki, Sovet İttifaqında neft hasilatı, emalı və istehlakçılara çatdırılmasına üç müxtəlif nazirlik nəzarət edirdi. Hər bir təşkilat öz mənafeyini güddüyündən, bu istehsalçıların maraqları ilə üst-üstə düşmürdu. Bütün bu məsələlər də nəticə etibarilə neft sənayesinin süqutuna gətirib çıxarırdı. Prezidentin imzaladığı sərəncama uyğun olaraq Ələkbərov “LUKoyl”u yaradaraq neft şirkətlərinin vertikal inteqrasiyası sxemini reallaşdırır. Həmin sxemə əsasən neft hasilatı, emalı, nəqli və satışı bir şirkətin tavanı altında birləşir. Əslində, Ələkbərov “neft quyusundan yanacaqdoldurma məntəqəsinədək” ideyasını gerçəkləşdirməklə yeni heç nə kəşf etmir. Çünki həmin vaxt analoji praktikadan İtaliyanın neft şirkəti ENİ də istifadə edirdi.
Sovet sənayesi əsasında yaradılmış digər şirkətlər kimi, “LUKoyl” da Rusiyanın dövlət əmlakı idi. Dağılmaqda olan Sovet İttifaqının dövlət aktivlərinin özəlləşdirilməsini tənzimləyən qanunlar isə son dərəcə sadə idi. Daha doğrusu, onlar yox səviyyəsində sayılırdı. 1993-cü ildə “LUKoyl” Səhmdar Cəmiyyət elan edilir və səhmləri şirkətin işçiləri arasında paylanır. V.Əhmədovun bəxti onda gətirir ki, “LUKoyl”a daxil olan müəssisələrin işçilərinin böyük hissəsi səhmləri kağız parçası hesab edərək satışa çıxarıblar. Adı, özü bazara bəlli olmayan şirkətlər “LUKoyl”un qiymətli kağızlarını almağa başlayırlar. Və bir gün bu şirkətlərin arxasında V.Ələkbərovun dayandığı ortaya çıxır. Qiymətli kağızlar bazarı üzrə analitiklər hələ də Ələkbərovun şirkətin səhmlərinin böyük hissəsini necə əldə etməsi üzərində baş sındırırlar...
Varidatı
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti bu ilin əvvəlindən 32,01 milyard dollar artıb. Bu barədə “Bloomberg Billionaires İndex”in (BBİ) məlumatlarında əks olunub.
Qeyd olunub ki, V.Ələkbərov növbəti dəfə ən çox kapital əldə edən iş adamı olub. Belə ki, həmyerlimizin kapitalı 7,25 milyard dollar artıb. Hazırda onun sərvətinin həcmi 22,6 milyard dollardır. Bununla belə, Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında dördüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, 2020-ci ildə koronavirus V.Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb olmuşdu. “Forbes Real Time”ın məlumatına görə, o zamanlar V.Ələkbərov 900 milyon ABŞ dollarından çox vəsait itirib.
Şəxsi həyatı...
İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların bir övladları var. 40 yaşında ata olan V.Ələkbərov övladına uşaq yaşlarında itirdiyi atasının adını-Yusif adını verib. Yusif Ələkbərov hazırda milyarderin yeganə varisi sayılır. O, 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir.
Onu necə tanıyırlar?
İşgüzar dairələr iş adamını hörmət əlaməti kimi “don” adlandırırlar. O, hətta salamlaşarkən, əlini öpdürürmüş kimi uzadır. Ələkbərov sakit və aramla danışır. Sözləri tələffüz edərkən səs tonunu azaldaraq sanki həmsöhbətlərinə “siz məni dinləyin” mesajını verir. Özünün dediyinə görə, həyatdakı idealı İtaliyanın neft şirkəti ENİ-nin rəhbəri Enriko Matteinidir.
Milyarderin personasından xəbər verən digər amil
“LUKoyl” ın Moskvanın mərkəzindəki şüşə və poladdan tikilmiş ofisidir. Ələkbərovun titan və şüşədən düzəldilən iş stolunun üzərində isə səliqə-sahman hökm sürür. Çünki o, səliqəsizliyi heç sevmir.
Ələkbərov özünü reklam etməyi sevmir. Milyarderlərə xas olan zirehli “Mercedes”də gəzir. Onun avtomobili daim mühafizə tərəfindən müşayiət olunur. Şəxsi təyyarəsi yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

